Ağbaba folkloru/Nanaylar/Əliyar, Əliyar
Görünüş
←../ | Ağbaba folkloru/Nanaylar |
../→ |
Nanay
Dəyirmana dən doldu,
Əliyar, Əliyar.
Gedən orda bənd oldu,
Qolları düyməli yar.
Sağa-sola dönməkdən
Əliyar, Əliyar.
Gözlərimdə qan doldu,
Qolları düyməli yar.
Çadramı yellətmərəm,
Əliyar, Əliyar.
Mən adımı qız qoyub
Əliyar, Əliyar.
Dul kişiyə getmərəm,
Qolları düyməli yar.
Dəyirmanın uzunu,
Əliyar, Əliyar.
Oğlan, qaytar quzunu,
Qolları düyməli yar.
Get, dədəmə nökər ol,
Əliyar, Əliyar.
Bəlkə verə qızını,
Qolları düyməli yar.
Toplayanı:Tacir Səmimi, AMEA Folklor İnstitutunun elmi işçisi