Məzmuna keç

Ağbaba folkloru/Vəsfi-hallar/Vəsfi-hal (1)

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Ağbaba folkloru/Vəsfi-hallar

../

 
1.
Ay mənim ağa qaynım,
Sallan gəl bağa, qaynım.
Sən gələn yola verrəm,
Canı sadağa, qaynım.

Eşiyə çıxdım, səs gəlir,
Qoyun basabas gəlir.
Çəkərəm yar qəhrim,
Necə ki, həvəs gəlir.

Eləmi nəynən alım,
Əlifnən, beynən alım.
Yarım küsüb gedibdi,
Könlümü nəynən alım.

Bazarda qul olarmı,
Cibində pul olarmı.
Cavan igidlərin də,
Həmdəmi dul olarmı.

Atını bağla danış,
Sözünü sağla, danış.
Sirr torbasın gəl açma,
Ağzını bağla, danış.

Bu dərənin yovşanı,
Yüyrək olar dovşanı.
Gözəl ona demişəm,
Çəkilməsin kirşanı.

İsitmə tutdu məni,
Tutdu, qurutdu məni.
Neynirəm elə yarı,
Getdi, unutdu məni.

Sarı çit, sarı yaxa,
Yoruldum qaxa-qaxa.
Başım-gözüm ağrıdı,
Yollara baxa-baxa.

Su gəlir daşa dəyir,
Kipriklər qoşa dəyir.
Gün gələr dövran dönər,
Həlbət baş başa dəyər.

  • Toplayanı:Tacir Səmimi, AMEA Folklor İnstitutunun elmi işçisi