Məzmuna keç

Abbas Bağırov/Biblioqrafiya/Şeirləri

Vikikitab, açıq dünya üçün açıq kitablar
Abbas Bağırov/Biblioqrafiya

GƏRƏK
VAR-DÖVLƏTƏ ALDANMARAM,
BƏSDİR MƏNƏ BİR SAF ÜRƏK.
HƏR GƏDAYA ƏL AÇMARAM,
LAP YESƏM DƏ QURU ÇÖRƏK.

ADAMLIĞI QANMAYANDAN,
YAXŞI-PİSİ ANMAYANDAN,
DOST-QOHUMA YANMAYANDAN,
BAĞLARIMI AÇAM GƏRƏK.

DOST DEYİB DÜŞDÜM DALINDAN,
DOYMUŞAM QEYLİ-QALINDAN,
GƏDADAN AYAQYALINDAN,
ARALANAM QAÇAM GƏRƏK.

OD -ALOVLU İSTƏKLƏRƏ,
ÜLVİ, PARLAQ DİLƏKLƏRƏ,
TƏMİZ, SAĞLAM ÜRƏKLƏRƏ,
AL ŞƏFƏQLƏR SAÇAM GƏRƏK.

BAKI 23.02.1992 yataqxana 707


İNSAN
MEYMUN BALASINI ALAR ALTINA,
SUDA BOĞULANDA, DARA DÜŞƏNDƏ.
CAN DEYƏN "DOSTLAR"IM GƏLMİR YAXINA,
TALEHİN QURDUĞU TORA DÜŞƏNDƏ.
 
YADLARIN PİSLİYİ İNCİTMƏZ MƏNİ,
NAMƏRD QOHUM OLSA YANARMIŞ İNSAN.
YALANDAN İRİŞİB, ÜZƏ GÜLƏNİ,
SONRADAN SONRAYA TANARMIŞ İNSAN.

DÜÇAR ELİYƏNLƏR HƏR FELƏ, FƏNDƏ,
NECƏ SALARLARMIŞ SƏNİ KƏMƏNDƏ?!
YAĞILAR ÜSTÜNƏ HÜCUM ÇƏKƏNDƏ,
ORTADA TƏK-TƏNHA QALARMIŞ İNSAN.

KİMƏ İNANASAN, KİMİ SEÇƏSƏN,
KİMƏ BEL BAĞLAYIB, KİMDƏN KEÇƏSƏN,
ÖMRÜN ŞƏRBƏTİNİ KİMLƏ İÇƏSƏN?!
GET-GEDƏ SOYUYUB DONARMIŞ İNSAN,
SONRADAN SONRAYA QANARMIŞ İNSAN.
26.02.1992 BAKI - 707
 
DOSTUM

İNSANA DÜZ İLQAR, SƏDAQƏT GƏRƏK,
ŞƏXSİYYƏT BUNLARLA UCALIR, DOSTUM.
YOLDAŞA SÖZÜNDƏ HƏQİQƏT GƏRƏK,
DÜNYADA BİR TƏMİZ AD QALIR, DOSTUM.

SƏNİ MƏN ÖZÜMƏ HƏMDƏM SANIRDIM,
ODUNA-KÖZÜNƏ BİRGƏ YANIRDIM,
DÜRÜST İLQARINA BƏRK İNANIRDIM,
ADAM BƏD ƏMƏLNƏN ALÇALIR, DOSTUM.

ÇOX SINAQLAR GÖRDÜM MƏN BU DÖVRANDA,
SƏN KİM OLDUĞUNU BİLDİM BİR ANDA,
"YERİMƏZ YOLLARDA YORĞA ÇIXANDA",
ÖZÜNÜ ÇUXURA TEZ SALIR, DOSTUM.

MƏNİ SÜRÜDÜNÜZ TƏZƏ GƏLİNNƏN,
GÜNAHKAR KİM OLDU ? DE, ÖZ DİLİNNƏN,
YAXINLAR NAXƏLƏF ÇIXAN GÜNÜNDƏN,
ABBAS VAXT VƏDƏSİZ QOCALIR, DOSTUM.
06.03.1992 BAKI 707

İnsan ona görə insandır ki, O, dünyaya göz açan andan, qara torpağa tapşırılanadək arzu və istək hissləri ilə yaşayır!
..."Məslək varsa,
     o bilir ki, yaşamağın mənası nə,
Məslək yoxsa
     O bir yükdür, həm dünyaya, həm özünə." B. VAHABZADƏ.

DALĞINLIQ
ARZULAR QUŞ KİMİ UÇDU QƏLBİMDƏN,
ARTIQ YOX OLUBDU, SÖNÜBDÜ ONLAR,
ACI XATİRƏLİ BU GƏNCLİYİMDƏN,
RÖYAYA, XÜLYAYA DÖNÜBDÜ ONLAR.
YOX!
    YOX! YAŞAMAQ VAR...
YAŞAMAQ VARSA DA ARZULAR SÖNMÜR,
BİRİ CAVANLAŞIR, BİRİ QOCALIR,
BİRİSİ YARADIR YENİ BİR ÖMÜR,
BİRİNİN ÜRƏKDƏ TƏK İZİ QALIR.

DÜNYADA BİR ÖMÜR YAŞAYIR İNSAN,
ARZU AMALLARDIR YAŞADAN ONU,
HƏYATIN MƏNASIN BİZ DUYAN ZAMAN
TÜKƏNMİR,
   YETİŞMİR,
                 ARZUNUN SONU!
BİR ÖMÜR,
         BİR HƏYAT-
İNSANA NƏLƏR BƏXŞ EDİR,
BİR YANDA TOY DÜYÜN, QURULUB BÜSAT,
BİR YANDA GÖZLƏRDƏN QAN YAŞLAR GEDİR!
BİT YANDA XEYİRDİR, BİR YANDASA ŞƏR,
BİR YANDA ACİZLİK, BİR YANDA HÜNƏR.
BİR YANDA TƏBƏSSÜM, BİR YANDA KƏDƏR,
BAX BUDUR YAŞAMAQ!
     HƏYATIN YÜKÜNÜ BUDUR DAŞIMAQ.
İSTƏRSƏ ALİM OL, İSTƏRSƏ MƏZLUM,
İSTƏRSƏ HAKİM OL, İSTƏRSƏ MƏHKUM,
HƏYATDA İNSAN TƏK YAŞAMALISAN,
BU YÜKÜ ŞƏRƏFLƏ DAŞIMALISAN!
ARZULAR,
    AMALLAR....
QURTARMIR YENƏ,
   QURUB YARATMAQ ÜÇÜN PARLAQ SABAHLAR,
GƏRƏK BOYLANASAN, KEÇƏN GÜNÜNƏ,
YAŞAMAQ HƏVƏSİ ÇOXALIR BƏZƏN,
AYDIN SƏMALARDA PƏRVAZLANIRSAN.
 DÜNYA KAMI ƏLDƏN ÇOX ALIR BƏZƏN,
SEVİNCİN YERİNƏ, QƏM QAZANIRSAN!
 SEVİNCLƏ, QƏM EKİZDİR!
BİRİSİ OLANDA BİRİSİ OLMUR,
ONLARSIZ HƏYATIN KASASI DOLMUR!
NAŞÜKÜR OLMAMAQ,
        OLMAMAQ BƏLİ!
MƏNALI ANLARDIR SƏNƏ TƏSƏLLİ,
TƏSƏLLİ OLMASAN ÖZÜN ÖZÜNƏ,
ZÜLMƏT GÖRÜNƏCƏK DÜNYA GÖZÜNƏ.
TEZ BÜDRƏYİB, TEZ DƏ YIXILACAQSAN,
GÖZLƏRDƏN YAŞLARI AXIDACAQSAN!
HƏYATIN SONUDUR GÖRƏCƏN BİRDƏN,
YAŞAYA BİLMƏZSƏN ONU YENİDƏN!

14.03.1992 BAKI 707.

FİKİRLƏRİMLƏ SÖHBƏT
YADLAR YAXIN OLMUR, YAXINLAR QOHUM,
MÜXƏNNƏSLƏR ÇOXALIBDI CAHANDA.
BƏDƏSİL BİR SOYDAN YETİŞƏN TOXUM,
BAR VERMƏZ LAP YANIB ODLANASAN DA.

YERİNİ ÇOX GƏZİM QƏDİRBİLƏNİN,
TAPMADIM YOLLARDA YORULUB QALDIM.
NAŞI QƏVVAS KİMİ SU DEYİLƏNİN,
ZİLLƏDİM GÖZÜMÜ, SEYRİNƏ DALDIM.

"HƏR SU SEL YARATMAZ" BELƏDİR BƏLİ,
ÇAYLARA QARIŞIB YATAQ BASMASA.
ÖZ YERİN TƏRK ETMƏZ HEÇ VAXT DAĞ KƏLİ,
GÖYDƏKİ BULUDLAR QOŞALAŞMASA.

QOŞALIQ QÜVVƏTDİR, BİR GÜCDÜR BİLİN,
DAĞIN DA ÜSTÜNƏ DAĞ QOYA BİLİR.
İLAN ZƏHƏRİNDƏN BETƏR "O DİL"İN,
HÖKMÜ DAĞ ÜSTÜNƏ DAĞ QOYA BİLİR.

HEÇ KİMƏ BİR PİSLİK ELƏMƏMİŞƏM,
YAXŞI DA SAĞ OLSUN, PİS DƏ SAĞ OLSUN.
KİMSƏYƏ BƏD DİLƏK DİLƏMƏMİŞƏM
HƏR KƏSİN EVİNDƏ GÜNÜ AĞ OLSUN!.
BAKI 18.03.1992 yataqxana 707

SALIR

TANRI TALELƏRİ BÖLMƏYİR DÜZGÜN,
YAXŞININ GÜZARIN YAMANA SALIR,
BƏXTDƏN KƏM EYLƏYİR YIĞVALDAN ÜZGÜN,
DƏRD- QƏMİ YÜKLƏYİB AMANA SALIR.

ÇOXUNUN NƏ KÖNLÜ, NƏ ÜZÜ GÜLMƏZ,
HEÇ VƏDƏ GÖZÜNÜN YAŞI SİLİNMƏZ,
ÇƏKƏNLƏR NƏ ÇƏKİR, ÇƏKMİYƏN BİLMƏZ,
OD ALOV YÖNÜNÜ YANANA SALIR.

ƏLİNDƏ YAXŞI ŞEY OLARSA ƏGƏR,
TEZ VERİB NADANA, EDƏR MÜXTƏSƏR,
FƏHM YOLLARIMDA MÜŞKÜLLƏR ƏKƏR,
MAT QOYUB GÜMANDAN GÜMANA SALIR.
18.04.1992 BAKI yataqxana 707

ƏZİZİM

GƏL PƏRDƏ ASMA GÖZÜMDƏN,
DÜZ YOLDA DUR SƏN, ƏZİZİM.
DOSTU HEÇ VƏDƏ ÖZÜMDƏN,
SEÇMƏMİŞƏM MƏN, ƏZİZİM.

XƏBƏRİN YOX HALLARINDAN,
KİM YAPIŞIB QOLLARINDAN,
ATİŞLƏMƏZ YOLLARINDAN,
KEÇMƏMİŞƏM MƏN, ƏZİZİM.

QANAN SÖZÜM DOĞRU BİLSİN,
QİYMƏTİN BİL LƏLLƏ MİSİN,
HEÇ ZAMAN YADIN ZƏMİSİN,
BİÇMƏMİŞƏM MƏN, ƏZİZİM.

ADAM GÖZLƏR AD, SANINI,
ÖZÜM TƏK BİLLƏM HAMINI,
ƏSLA NAQİSLİK CAMINI,
İÇMƏMİŞƏM MƏN ƏZİZİM.
İÇMƏYƏCƏM MƏN ƏZİZİM!
1992 BAKI yataqxana 707

SEVGİYƏ OYUNCAQ KİMİ BAXAN BİR QIZA

SƏNİ SEVMƏK MƏNƏ ÇƏTİNDİR ÇƏTİN,
NİKBİN AMALLARDAN UZAQLARDASAN.
SƏNİN NƏ HAQQIN VAR, NƏ ƏDALƏTİN,
NADANLIQ HARDASA, SƏN DƏ ORDASAN.

EŞQİMİ QLDADAN O BAXIŞLARIN,
MƏSUM GÖRKƏMİNƏ YANMAQ ƏBƏSDİR.
HİYLƏGƏR GÖZÜNDƏN AXAN YAŞLARIN,
İÇİMƏ VURDUĞU YARALAR BƏSDİR.

NECƏ YALANSANMIŞ BU DÜNYA QƏDƏR,
ÇİRKLİ DUYĞULARA QAPILMISAN SƏN,
DÜŞÜN Kİ ÖZÜNÜ HƏR AXŞAM SƏHƏR,
BİR ÖMÜRƏ NƏ ÜÇÜN SATILMISAN SƏN!?
BAKI 1992 yataqxana 707

BƏMDİKİ-BƏMDİ
Nə qədər əlləşib vuruşsan yenə,
Bu dünyanın sonu qəmdiki-qəmdi.
Kimdən xəbər alsan, soruşsan yenə,
Kasıbın yığvalı kəmdiki-kəmdi.

Onun hər gününü xoş keçirsən də,
Əyninə qızıldan don biçirtsən də,
Bəxtsizə əlinlə bal içirtsən də,
İçdiyi ağıdan cəmdiki-cəmdi.

Xoş sözlə,rəftarı ha eylə hasil,
İstərsən yalvarıb, ha tökəsən dil,
Üstündən gözünü ha qurut, ha sil,
Yenə də gözləri nəmdiki-nəmdi.

Dürüst kəlamları heç danma, Abbas,
Elə söz söylə ki, qınanama, Abbas,
Kim xoşbəxtəm desə inanma, Abbas,
Həyatın sədası bəmdiki-bəmdi.

Bakı 31.08.1992 yataqxana 707

Sərhədin hamı "Sənsiz" yazır sən də "Mənsiz" yaz sözünə bədahətən.

Gedirsən?
  Get sənə yoxdu təmənnam,
Qəmlər dəryasına dalarsan mənsiz.
Onsuz da eşqimin oduna yannam,
Qüssələr içində qalarsan mənsiz.

Sən nikbin aşiq tək olan olmadın,
Nə həqiqət nə də yalan olmadın,
Heç mənim qəlbimi alan olmadın,
 Bir soyuq ürəyi alarsan mənsiz.

Nə məni güldürdün nə də gülmədin,
Necə gəldin, necə getdin bilmədin,
Gülüstan bağçama üçüb gəlmədin,
Özgə bir budağa qonarsan mənsiz.

Getmək,
   Nə qayğısız, necə də asan,
Çalış ki, yollarda yorulmayasan,
Həyatın özünü üşüdən zaman,
Soyuqda şaxtada donarsan mənsiz.
Zülmətlər içində olarsan mənsiz .
Qədrimi sonradan qanarsan mənsiz! (AY QANDI HA!!!)
Bakı 11.10.1992 yatqxana 707

Ay qız

Bilmirəm duymursan niyə sən məni,
Qəlbimin alovu, odusan, ay qız.
Anlaya bilmirsən deyəsən məni,
Ömrümün ən şirin dadısan, ay qız.

Sənsizlik ağırdır, çətindən çətin,
Ruhumu oynadır saf məhəbbətin,
Qəlbə fərəh verən hər bir hikmətin,
Daimilik ünvanı, adısan, ay qız.

İstəmə alışıb yana könlümü,
İstəmə boyana qana könlümü,
Abbas deyər verdim sana könlümü,
Öz ismi- sevginin adı san, ay qız.
Bakı 1993 şin zavod.

Xoş gəlmişsiniz

(Tələbə yoldaşımızın toyu idi getmişdim toya.Uşaqlar dedi ki, camaata "xoşgəlin"i sən edəcəksən özü də Göyçəlisən bu toya bir şeir yaz. Dedim baş üstə.Botanika imtahanı deyil ha Ənvərdən qiymət ala bilmiyəm)

Mübarək qədəmlə təşrif buyurub,
Dostlar əylənməyə, xoş gəlmişsiniz!
Könlünüzdə düyün, büsat, toy qurub,
Birgə şənlənməyə, xoş gəlmişsiniz!

Al şəfəq saçılsın gözlər önünə,
Qoy şənlik yönlənsin qəlblər yönünə,
Bəyimizin belə gözəl gününə,
Təbriklər deməyə, xoş gəlmişsiniz!

Məclis şölələnir el adətinnən,
Mahnının çağlayan saz-söhbətinnən,
Bu halal süfrənin naz-nemətinnən,
İçməyə, yeməyə,xoş gəlmişsiniz!

Göydə bir cüt ulduz vüsal dəmində,
Yerdə bir cüt sevgi öz həmdəmində,
Abbas deyər bu büsat aləmində,
Məni dinləməyə, xoş gəlmişsiniz !
 Bakı toy 1993

'SƏNİNLƏYƏM

SƏNİNLƏYƏM,
           ÖMRÜN ÜÇÜN, BƏXTİN ÜÇÜN,
                  BİR NEMƏTƏM, PAYAM MƏN.
SƏNLƏYƏMSƏ, TƏPƏLƏRƏ TUŞ OLMARAM,
                      ZİRVƏLƏRƏ TAYAM MƏN.
SƏNLƏ OLSAM,
            YAŞ ÖTDÜKCƏ,
                  HEÇ BİR ZAMAN QOCALMARAM,
SƏN OLMASAN,
           DÜNYA QƏDƏR,
             CAHAN QƏDƏR,
               YAŞLIYAM MƏN ,
                   QOCAYAM MƏN!
SƏNLƏ OLSAM,
 O KƏM TALE,
     MƏNƏ HEÇ VAXT
           YAXIN OLUB DƏYƏ BİLMƏZ.
O NƏ QƏDƏR GÜCLÜ OLSA,
           MÖHKƏM OLSA,
               MƏN ONDAN DA YENİLMƏZƏM,
                            SİNDİRSA DA ƏYƏ BİLMƏZ.
SƏNLƏ OLSAM,
         ÖMÜR SEVDAM
               ÖMRÜM BOYU SƏNLƏ YAŞAR.
HEÇ BİR VARLIQ ONU GÖRÜB,
                 VARLIĞINI ÖYƏ BİLMƏZ,
SƏNLƏ OLSAM,
            ÖMÜR BAĞÇAM
                    ÖMRÜM BOYU ƏTİR SAÇAR, YAŞILLAŞAR,
XƏZAN YELİ ÇOX ƏSSƏ DƏ,
                ONU HEÇ VAXT DÖYƏ BİLMƏZ.
SƏNLƏ OLSAM TƏPƏLƏRƏ TUŞ OMARAM,
                       ZİRVƏLƏRDƏN UCAYAM MƏN.
SƏNLƏ OLSAM,
           ÖZÜN KİMİ SƏMALARDA QƏRAR TUTMUŞ,
                              GÜNƏŞƏM HƏM AYAM MƏN,
                               SƏN OLMASAN YAŞSIZ İKƏN
                                           YAŞLIYAM MƏN,
                                              TARİXLƏRDƏN QOCAYAM MƏN!
BAKI 1993 ŞİNZAVOD

QANUNSUZ QANUN

İNSAN DOĞULANDA AĞLAYARDIMI,
HƏYATIN ACISI ONU SIXMASA ?
iGİD HEÇ MEYDANDA SARSIYARDIMI,
DÖVRANIN GƏRDİŞİ VURUB, YIXMASA?

HEÇ KİM İSTƏMƏZ Kİ, BELİ BÜKÜLSÜN,
ÖMÜR SARAYININ DAŞI SÖKÜLSÜN.
KİM RAZI OLAR Kİ, QANI TÖKÜLSÜN,
ÇIXAN QAN DAMARDAN ÖZÜ ÇIXMASA.

GÖRÜR ÖZ İŞİNİ DÖVRAN VƏ ZAMAN,
QANMAZA BORCLUDUR DEYİBLƏR QANAN,
ABBAS, ÜZLƏR GÜLƏR DAİMİ, HƏR AN,
GÖZDƏN YAŞ AXANDA QƏLB YANIXMASA.
BAKI avqust 1996

ÇIXA

Yarımaq gözəl şeydi,
Bəxtinə yarın çıxa.
Ömür gülüstan ola,
Bağçanda barın çıxa.

Sevdiyin sənə çata,
Adını uca tuta,
Ömrünə şərbət qata,
Təamın,nübarın çıxa.

Yaradan belə yaza,
Yaza oğulu qıza,
Ürək isinə qıza,
Könül, qübarın çıxa.

Bakı 1993.

NƏLƏRİ QAZANDIQ, NƏLƏR İTİRDİK,
NƏLƏRİN HÖKMÜNDƏ QUL KİMİ QALDIQ?
BİZ NƏYİ GÖNDƏRDİK, NƏYİ GƏTİRDİK,
NƏLƏRİN ÖNÜNDƏ ŞAH OLMALIYDİQ!?



YAXŞILIQ HEÇ ZAMAN İTMİR DEYİRLƏR,
AMMA YAXŞILIĞI İTİRƏN DƏ VAR.
BİÇİB QIZILGÜLÜN TƏR KOLLARINI,
YERİNDƏ QANQALLAR BİTİRƏN DƏ VAR.



YUXUDA SƏNİ GÖRMÜŞƏM, SƏNİ GÖRMÜŞƏM,
GÖRMÜŞƏM BAĞÇAMDA AÇMISAN, GÜLÜM!
MƏNİM HƏR ANIMA, HƏR DƏQİQƏMƏ,
GÜNƏŞ TƏK AL ŞƏFƏQ SAÇMISAN ,GÜLÜM!




GÜLÜM
SƏHƏR GÜNƏŞİNİN ÜFÜQLƏRİ TƏK,
HÜSNÜNƏ ŞÖLƏLƏR ÇİLƏRƏM, GÜLÜM.
ÖZ ÖMÜR DÜNYAMDAN, ÖMÜR DÜNYANA,
ALOVLU SEVGİLƏR ƏLƏRƏM, GÜLÜM.

KİÇİK ÜRƏYİNDƏ BÖYÜK SEVGİLƏR,
SEVGİNİN QİYMƏTİN SEVƏNLƏR BİLƏR,
BİLSƏM Kİ, SƏNSİZƏM DÜNYADA ƏGƏR,
İNAN Kİ, BAŞ QOYUB ÖLƏRƏM, GÜLÜM!

ABBAS, YARA YANAR VƏFALI YARSA,
SAĞALDAR YARAMI ÖZ YARIM SARSA,
BU DÜNYANIN GÖZƏL HƏR NƏYİ VARSA,
HAMSINI SƏNİNÇÜN DİLƏRƏM, GÜLÜM.
BAKI- GƏNCƏ YOLU 1993

<poem>GÜLÜM


Qaranlıq anımı,tutqun vaxtımı,
Nurlara qərq edən ayımsan, gülüm.
Bu tale yazımmı, yoxsa baxtımmı?
Mənim öz qismətim payımsan, gülüm.

Yaşa! Məni yaşat təravətinlə,
Ətir saç qəlbimə baharım mənim.
Həm ucal, həm ucalt tut səmaları,
Dağlardan uca ol vüqarım mənim.

Sənlə qönçələnib bir də solmaram,
Səninlə yaşaram, sənsiz olmaram,
Dünyam şöhrətimdir, neçə ki, varam,
 Nemətim qismətim, nübarım mənim.

Kainat qədəri ürəyim də sən,
 Hər bir çağım üçün gərəyim də sən,
 Qəlbimdə arzumda diləyimdəsən,
Ay əhdi peymanım, ilqarım mənim.
Yaşa məni yaşat, qübarım mənim!

XII. 1993 Bakı Şin zavod.

Mənim qəlbim sən deyən tək deyil daş,
Əzəldən duymadın hələ duymursan,
Qüssələr sitəmlər olmayaydı kaş,
Onlardan nə doyursan, nə də doymursan.

Bunlar müəmmamı, yoxsa həqiqət,
Belə düşünməzdim əzəldən fəqət,
Yaşamaq yanmaqdır, deyilib əlbət,
Yanmağa nə qoyursan, nə də qoymursan.

Özüm unutmuşam öz qədərimi,
De kimə söyləyim dərdi sərimi,
Böyük Nəsimi tək mənim dərimi ,
Biryolluq nə soyursan nə də soymursan.

Bakı 1993 N. Rəfibəyli


OLDU

Nə müşgül qazandım, nə cəfa çəkdim,
Hamsı söhbətimdən sözümdən oldu.
İşıldayan hər kəsə qızıl dedim,
Bütün səhvliklərim gözümdən oldu.

Dedim çörək verim yaxşılıq edim,
Yüzünü payladım birni yedim,
Canımı yandırdım, isinin dedim,
Qədri bilinmədi közümdən oldu.

Qohumlarım söz satıb, söz alanda,
Hey dedilər bayağı da, yalan da,
Əfi olub məni daldan çalanda,
Zəhər daşıyanı özümdən oldu.

Piyadayam vədə keçir zaman az,
Dağlar belə mən çəkənə dayanmaz,
Dizimdən vurdunuz məni a qanmaz,
Dayana bilmədim dizimdən oldu.

Gədəni ucaldım dedim ki, bəydi,
Özünü göstərdi qəddimi əydi,
Elə hey daşladı başıma dəydi,
Qanım dayanmadı bezimdən oldu.

Xətir üçün ha yüyürdüm ha qaçdım,
Hey alışdım qaranlığa nur saçdım,
Külüng çaldım qayalardan yol açdım,
İzim bilinmədi izmdən oldu.

Ərlər əylənəndə, qalxar gədələr,
"Gədədən bəy olmaz" deyib dədələr,
Ürəyimə vurduqları zədələr,
 Dözüb dayandığım dözümdən oldu.
19.VII.2002 Xutor


Fikirlər içində bu axşam yaman,
Dolaşıb, çarpışıb vuruşmaqdayam.
Sorğu suallarla, həm nidalarla,
Özümlə gah küsüb, barışmaqdayam.

Əkib becərdiyim nələr olubdu,
Nələr boşalıbdı nələr dolubdu,
Açılıb bağçamda,nələr solubdu,
Məni mənliyimdən soruşmaqdayam.

Səsləri adlayıb yerlər aşiram,
Yollar ayrıcında bəzən çaşıram,
Gahdan varlığımdan aralaşıram,
Gah da ki, özümə qarışmaqdayam.

Nadanlıq eyləyib boş yerə gülsəm,
Özgənin varını özümün bilsəm,
Rəqib tək özümlə üz üzə gəlsəm,
Döyüşüb mən mənlə vuruşmaqdayam.

Yixib qurduğumu viran edirlər,
Dağıdıb uçurub talan edirlər,
Doğru sözümü də "yalan" edirlər,
Abbasam şeytanla yarışmaqdayam.


VAR

Gülümün həsrətin çəkirəm yenə,
Başımda həm çiskin, həm dumanım var,
Dolaylı yollarla hey enə-enə,
Gözəl bir məqama çox gümünım var.

Sənin hər qəhrində yanaram oda,
Baxası deyləm özgəyə, yada,
Xoşbəxt yaşamağa fani dünyada,
Ümidim, təsəllim, mehribanım var.

A dünya maralı, könlüm qubarı,
Görüm taleyindən bəxtindən yarı!
nəyinə lazımdır dünyanın varı?
Qurbanın olası bircə canım var.

Abbasam ürəyim səninlə vurur,
Hələ gözəl günlər qarşıda durur,
Könlümdə iftixar həm dəki qürur,
Ayım qərar tutan asimanım var.
30.VIII.1994 bakı N.Rəfibəyli

VARIYMIŞ

Ömrün bahar çağı dolandı keçdi,
Sən demə baranı, qarı varıymış.
Sonu görünməyən həyat yolunun,
Yoxuşu, genişi, darı varıymış.

Yuxuya qalıbmış başı fələyin,
Atanda ağırdır daşı fələyin,
Dost düşmən bilməyən naşı fələyin,
Nə yaman qüvvəsi, karı varıymış.

Dünyaya etibar yoxdu binədən,
Bir an sonra bilinməyir, de nədən?
Ömür şərbətini alıb zay edən,
Yerinə verdiyi marı varıymış.

Soruşdum yerini, yaxşı yamanın,
Səmiri çıxmadı vaxtın zaamanın,
Görüb yaşadığım ahın amanın,
Hələ yarısıymış, yarı varıymış.

Ay Abbas qqoyuluş belə qoyulub,
Daha dönən deyil hər nələr olub.
Boşalan boşaldı, dolansa dolub,
Hər olanın min azarı varıymış.


Sənə ümüd bağlamışdım,
Bir də sənlə gülərəmmi?
Bulaqlar tək çağalmışdım,
Yenə axıb gələrəmmi?

Ümidimi qırdın niyə?
Qəlbə yar vurdun niyə?
Bəs qarşımda durdun niyə?
Göz yaşını silərəmmi?

Taleyimdə budur yazı,
Çörəyimin yoxmuş duzu.
Olsam da tək tənha quzu,
Sənin üçün mələrəmmi?

KASIB

Dövlətli var deyər, tutar kisəsin,
"Olar" xəyal edər yaşıyar kasıb.
Dünyanın zor olan hər bir nəsnəsin,
Çiyninə götürüb daşıyar kasıb.

Susub düz otursa çaşıb deyəllər,
Danışsa həddini aşıb deyəllər,
Dərdi dəryalardan daşıb deyəllər,
Ag günü biryolluq boşuyar kasıb.

Varlıda tapilmaz ondakı ürək,
Adam adamlıqla seçilsin gərək,
Fəqət o, tapnca quruca çörək,
Daşı dırnağıyla qaşıyar kasıb.

Abbas kasıb qədrin, kasıblar bilər,
Söhbəti tez tutar, sözü düz gələr,
Dostiyla ağlayar, sirdaşla gülər,
Yre gəlsə can qıyar, baş qıyar kasıb.
04.I.1995 Bakı, N. Rəfibəyli

ATA
 
Alqatıd müəllimə nəzirə.

Mənası dərindir məlul baxşının,
Baxışına qurban olum, ay ata.
Sinənə süzülən o göz yaşının,
Axışına qurban olum, ay ata.

Mənimçün aklınmaz qala qurmusan,
Arxamda vüqarlı dağ tək durmusan,
Ömrünlə ömrümə naxış vurmusan,
Naxışına qurban olum, ay ata.

Quruma,sızqama çaaylar kimi ax,
Uca zirvələrdən uzaqlara bax,
Alovlan gurulda şimşək kimi çax,
Çaxışına qurban olum, ay ata.

Elə yarnmısan səndən yoxuymuş,
Nəfəsin nə təmiz, necə toxuymuş,
Mənə fərəh verir, sən çıxan yoxuş,
Yoxuşuna qurban olum, ay ata.
avqust 1996 Bakı
 
 





Mübarək


Sevənləri qovuşduran bu ana,
Bu günə bu aya ilə mübarək!
Bu məclisi xoş niyyətlə anana
Xoş dualı şirin dilə mübarək!

Toy büsatlı, saz söhbətli məclisə,
Düz diləkli saf niyyətli məclisə,
Dost qohumlar bu çöhrətli məclisə,
Yığılıblar gülə-gülə mübarək!

Kefiniz kök, damağınız çağ olsun,
Ömrünüz bar verən bağça- bağ olsun,
Vaxtınız şən günləriniz ağ olsun,
Qovuşan bülbülə gülə mübarək!

kiminsə toyuydu 1997


İtirmə

Vəfalı dost qəhətləşib, sədaqətli yar azdı,
Xislətində düzlük olan dostu, yarı itirmə.
Güclü vaxtın cavanlıqdı qocalığa gün saxla,
Zimistana umud olma, novbaharı itirmə.

Əldən qoyma, ələ aldın hər işini gör qurtar,
Atalardan qalan sözdü "Bal tutan barmaq yalar!
Ya borc alma, aldınsa da tez qaytar,
Dünyanın varı fanidir etibarı itirmə.

Uca dağlar əzəmətdir, daim başı qar olar,
Bu dünyada mərdə qalan namus olar, ar olar,
Mərdanələr meydanında namərd qəlbi daralar,
El içində ucaldınsa bu vüqarı itirmə.

Ucalmağın söylənəndə nanəciblər hər olmazı deyəllər,
Hələ bu nə,? üstəlik də düz qəlbini əyəllər,
Arlı varsız, varlı arsız qapını da döyəllər,
Hər zadın sonu boşluqdurdüz ilqarı itirmə.

Bar ağacı bar verəndə budaqları əyilər,
Yaxşıların adı gəldi "əhsən" olsun deyilər,
Hər meyvənin vədəsi var, öz vaxtında yeyilər,
Bağban olub bağ saldınsa ilk nübarı itirmə.

Balalarıma 1996 Bakı.(Guya ki, qocaman bir kişiyəm da)))) )



 

</poem>