Məzmuna keç

Abbas Bağırov/Biblioqrafiya/Həyatı

Vikikitab, açıq dünya üçün açıq kitablar
Abbas Bağırov/Biblioqrafiya

Abbas Əli oğlu Bağırov — Azərbaycan alimi, tibb üzrə fəlsəfə doktoru, provizor-həkim. Ələsgərşünas, publisist.

Həyatı

[redaktə]

25 avqust 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1978-ci ildə Nərimanlı kənd orta məktəbinə daxil olmuş, 1988-ci ildə həmin orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1988-ci ildə Azərbaycan Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olmuş və 1994-cü ildə provizor ixtisası üzrə universiteti bitirmişdir. 1998-ci ildə yenidən həmin universitetin müalicə-proflaktika fakültəsinə daxil olmuş, 2004-cü ildə həkim ixtisası üzrə ikinci ali tibbi təhsilini tamamlamışdır. Provizor və həkim ixtisası üzrə ikiqat ali tibb ixtisasına yiyələnmiş nadir tibb kadrlarındandır.[1]

1992-ci ildə Xanlar (Göygöl) batalyonunun N saylı hərbi hissəsinin tərkibində Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Ağdərə rayonundakı döyüşlərdə yaralanmış şəxsi heyət üzvlərinə döyüş meydanında tibbi yardım göstərmiş, onların transportizasiyasını, qospitalizasiyasını, təxliyyəsini təşkil etmişdir. Həmçinin aktiv hərbi əməliyyatlarda da şəxsən iştirak etmişdir. Qarabağ müharibəsi veteranıdır.[1]

1993-cü ildən 1995-ci ilədək aptek müdiri, 1995-ci ildən 2003-cü ilədək Remedio şirkətinin direktoru, 2003-cü ildən 2013-cü ilədək Turay şirkətinin nəzdindəki klinikanın baş həkimi işləmişdir. 2013-cü ildən Qələbə Tibb Mərkəzi MMC-nin direktorudur.[2]

2020-ci ildə 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd olmuşdur.[3]

2005-ci ildən başlayaraq Azərbaycan Tibb Universitetinin farmokalogiya kafedrasında elmi iş üzərində işləməyə başlamış, 2011-ci ildə "Kalsium kanalı antaqonistlərinin təsir mexanizmində beynin monoaminergik sisteminin rolu" mövzusunda dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.[4]

50-dən çox elmi məqalə, 10-a qədər monoqrafiya, 10-dan çox tezisləri nəşr olunmuşdur. 2016-cı ildə çap olunmuş "Laborator müayinələrin diaqnostik əhəmiyyəti" adlı kitabın müəllifidir. Tibb universitetində təhsil alan tələbələr, praktiki həkimlər üçün nəzərdə tutulmuş dərsliyin rəyçisidir.

Hacı Abbas Bağırov müqəddəs Məkkə, Mədinə şəhərlərində və 14 məsumun ziyarətində olmuşdur. Poeziya vurğunudur. Klassiklərin əsərlərindəki dini məzmunlu mətlərin təhli və araşdırılmasında xidmətləri böyükdür. Dəfələrlə televiziya və radio verilişlərinin qonağı olmuşdur. Miskin Abdal, Aşıq Alı, Aşıq Ələsgər, Zodlu Abdulla, Bəhmən Göyçəli, Növrəs İman, Həsən Xəyallı və başqa aşıq-şairlərin yaradacılıqlarının araşdırılması ilə mütəmadi məşğul olur.[1]

Elmi əsərləri

[redaktə]
  • A. Ə. Bağırov, A. R. Mirzəyeva, V. Y. Əsmətov, M. M. Qəniyev. Verapamil və amlodipin istifadəsinin baş beyin strukturlarında neyromediatorların miqdarına təsirinin müqayisəli neyrofarmakoloji tədqiqi // Sağlamlıq jurnalı, Bakı, 2009, № 4, səh.143–146.
  • Асметов В. Я., Багиров А. А., Якубов К. М., Ганиев М. М. Нейрофармакологическая коррекция побочных еффектов галоперидола блокаторами кальциевых каналов.//Aстана медициналык журналы, 2010 № 4(62), стр.164–168.
  • Асметов В. Я., Гусейнов Б. М., Багиров А. А.,Бабаев И. И., Ганиев М. М. Антагонисты кальция как перспективные психотропные препараты // Журн. Астарханский мир науки.№ 1(5), 2010,стр. 11–15.
  • Baghirov A., Mirzayeva A., Ganiyeva G., Asmetov V. İn extermal conditions the effect calcium antagonists to the amount of burning products by the way of peroxide of lipids in different structures of brains of white rats // Tbilisi State Medical University, Collection of Scientific works, XLIII, Tbilisi 2009 p. 14–16.
  • A. R. Mirzayeva, A. A. Baghirov, G. G. Ganiyeva, V. Y. Asmetov // İn extermal conditions the effect of antagonists of calcium to the amount of monoamines in different structures of braine white rats|| Tbilisi State Medical University, Collection of scientific works, XLIII, Tbilisi, 2009, p. 93–96.
  • V. Y.əsmətov, A. Ə. Bağırov, G. M. Gəniyeva, A. R. Mirzəyeva. Amfetaminin əmələ gətirdiyi effektlərə kalsium kanallarının blokatorlarının təsiri./Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın materialları, Bakı, 2010, səh.419
  • В. Я. Асметов, А. А. Багиров, А. Р. Мирзоева, Ф. Д. Гусейнова. Предотвращение поведенческих нарушений, вызванных введением нейролептиков с антагонистами ионов кальция. // Астана Медициналык Журналы. № 2 (60), 2010, стр. 169–171.
  • В. Я. Асметов, А. А. Багиров, А. Р. Мирзоева, Ф. Д. Гусейнова, М. М. Ганиев. Влияние блокаторов кальциевых каналов на процессы перекисного окисления липидов тканей мозга в стрессовой ситуации. // Астана Медициналык Журналы. 2010, № 2 (60), стр. 165–169.
  • А. А. Багиров, А. Р. Мирзоева, Г. М. Ганиева, В. Я. Асметов, М. М. Ганиев. Роль моноаминов мозга в проявлении психотропных эффектов антагонистов ионов кальция. // Журн. Медицинские науки, Москва, 2010, № 3, стр. 28–31.
  • В. Я. Асметов, А. А. Багиров, М. М. Ганиев, Ф. Д. Гусейнова. Сравнительное исследование психоторпных эффектов блокаторов кальциевых каналов производных различных химических групп. // Астана Медициналык Журналы. 2011, № 1 (63), стр.81–85.
  • A. Ə. Bağırov. Postsinaptik noradrenergik reseptorların tənzim mexanizmlərinin pozulması zamanı kalsium antaqonistlərinin törətdiyi effektlərin müqayisəli öyrənilməsi. // Sağlamlıq jurnalı,, Bakı, 2011, № 3, səh. 109–113.
  • Bağırov A. Ə. Norepinefrinin endogen ehtiyatının tükənməsi fonunda kalsium antaqonistlərinin bəzi nümayəndələrinin müqayisəli neyrofarmakoloji tədqiqi. // Sağlamlıq jurnalı, Bakı, 2011, № 4, səh.160–164.

Ailəsi

[redaktə]

Ailəlidir, üç övladı var.

İstinadlar

[redaktə]

Xarici keçidlər

[redaktə]