Məzmuna keç

Abbas Bağırov/Biblioqrafiya/Publisistik məqalələri

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Abbas Bağırov/Biblioqrafiya

../

B Ö Y Ü K N Ə R İ M A N L I L A R S İ L S İ L Ə S İ N D Ə N 237 həkimi olan kəndin həkim ŞƏHİDİ ETİRAF YUSİFOV HİDAYƏT OĞLU ....Bir yandan boşalır bir yandan dolur, Sirrini verməyir sirdaşa dünya. Etiraf Hidayət oğlu Yusifov 1967-ci ildə Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndində anadan olub. 1974-cü ildə Nərimanlı kənd orta məktəbinin birinci sinfinə daxil olub,1984-cü ildə həmin məktəbi bitirib. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra o dövrdə Nəriman Nərimanovun adını daşıyan Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olub. İxtisası üzrə professional kadr kimi yetişən Etiraf Yusifov insanların sağlamlığının keşiyində dayanıb, səhiyyə işçisi kimi xalqına xidmət edib. Ötən əsrin 90-cı illərində işğalçı Ermənistanın Azərbaycan ərazilərinə hərbi müdaxilə etməsi, dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı və digər hərbi cinayətlər törətməsi, azərbaycanlıları öz dədə-baba yurdlarından didərgin salması Etiraf Yusifovun da taleyini dəyişib.Yurd itkisi, Vətən həsrəti, mənfur düşmənin camaatımıza qarşı soyqırım törədib, torpaqlarımızı da işğal etməsi Etirafın içərisində olan milli təssüb hissini daha da alovlandırdı.Vətənin dar günündə O, könüllü şəkildə cəbhəyə yollandı, bilik və bacarıqlı hərbi həkim kimi öz qüvvəsini yaralı hərbçilərimizin sağlamlığının qorunmasına həsr etməklə, nəcib bir missiyanı terinə yetirməyə başladı. Milli Ordumuzun formalaşmağa başladığı andan etibarən bütün lahiyələrin icrasında səmərəli fəaliyyəti ilə seçildi. Odur ki, onu 1992-ci ildə Tərtər özünümüdafiə batalyonunun tabeliyindəki tibb məntəqəsinə rəis təyin etdilər. Döyüşlər intensivləşmiş, havadarlarından hər cürə dəstək alan erməni birləşmələri daha da azğınlaşmışdılar. Demək olar ki, hər gün onlarla şəhidimiz olurdu. Belə məqamda Etiraf Yusifov cəbhənin ən qaynar yerlərində, odun- alovun içərisində tibb xidmətinin təmin olunmasına canını qoymuşdu. O, yaralı əsgərlərin döyüş sahəsindən çıxarılmasında və ilkin tibbi yardım göstərdikdən sonra transportizasiyasında, şəhidlərimizin müqəddəs nəşinin döyüş sahəsindən çıxarılıb ailələrinə təhvil verilməsində, tibbi- hərbi təchizat məsələlərinin icra olunmasında atəşli Vətən sevgisi ilə canını qoydu və 1993-cü il avqustun 12-də Ağdərə uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri xilas edərkən düşmən gülləsinə tuş gəlib, ağır yaralandı. Milli Ordunun professional tibb zabitinin həyatını qorumaq üçün dərhal təxirəsalınmaz tədbirlər görülməsi tapşırığı gəldi, Etiraf Yusifovu Bakıya Mərkəzi Hərbi Hospitala köçürmək qərara alındı.Təcili Bakıya çatdırılsa da Etirafın həyatını xilas etmək mümkün olmadı. O, son nəfəsini Vətən uğrunda ‘’Vətən sağ olsun!’’ deyə verərək, şəhidlik zirvəsinə ucalıb, gözlərini əbədi olaraq yumdu. Əslində əbədiyyətə diri olaraq qovuşdu. Gəncə şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.

 Hər şey gəldi gedrədi deyə bir söz eşitmişdim lap uşaqlıqda. Elə insan həyatı da gəldi gedərdi. Necə deyərlər; 

‘’Gəlimli gedimli dünya, Bir ucu ölümlü dünya!’’

Uşaqkən ülvi, saf və məsum arzularla yaşayırsan. Böyüyüəndə valideynlərimə, qardaş- bacıma, qohumlarıma, dostlarıma, əzizlərimə bunları edəcəm deyə müxtəlif arzular pərvazalanır qəlbindən. A..ha birdən ayılırsan ki, uşaqlıq keçib getdi, cavanlq da yekunlaşmaq üzrədir, orta yaş dövrünü yaşayırsan və artıq bəlli bir  imkan və iqtidara sahib olmusan. Bu dəmdə başın dünyaya elə qarışır ki, uşaqlıqdakı arzularını unudursan,vaxt keçir, yaşlaşırsan, bir də görürsən ki, uşaqlıqda qulluğunda durmağını arzuladığın, nəsə etmək  istədiyin kəslərdən çoxu qalmayıb həyatda. Demək bu fani dünya səni aldatdı. Ahılsan, ahıllıq da da sona yetəcək, bəs o tərəfə aparmağa əlində bir şey varmı? Bəlkə var, bəlkə yox. Sıradan olan insanlar belə düşünürlər. Fəqət təsdiqlə inkarın arasındakı bu bəlkələrdən çıxıb, yəqinlik halına, şəhidlik məqamının mahiyyətinə vardıqca, İlahi tərəfindən Şəhidliyin hədiyyə olduğunun şahidliyini edirsən! Şəhidlik ali hədiyyədir, ənamdır, ruhlar aləmində xoşluq, rahatlıq, şadlıq ovqatıdır! Mütləqdir ki, şəhidlik dərəcəsinə nail oldunsa nə burada əli boş deyilsənmiş, nə də oraya əliboş getmirsən! Uca Allah tərəfindən seçilmiş bəndələrə verilən şəhidlik  dərcəsi yəqinlik halıdır, insanı nicata, axirət səadətinə, peyğəmbərlər məhzərinə çatdıran məqamdır. Şəhid ömrü digərlərinin ömründən mübarəkliyi ilə fərqlənir, mütləq səadət içərisindədir, bağışlanmışlar sırasındadır. Şəhidin axirət imkanları çox parlaq və genişdir! Allah Sübhana taala buyurur "Dünya həyatı ancaq bir oyun və əyləncədir. Əlbətdə ki, axirət yurdu təqvalılar üçün daha xeyirlidir. Heç düşünmürsünüz"?   Ənam surəsi 30. 

Şəhid axirərtini də dünyasını da müqəddəsləndirən kəsdir, o ölməz, o daim həyy içərisində , dirilik halındadır! Yaşlaşdıqca mahiyyətini anlamaq istədiyin bu hikməti dünya ilə üz-üzə dayanıb kölgəli, ləkəli, qaranlıq, mübhəm, bəzən də aydın, parlaq və şərəfli ömürlərlə ‘’söhbət edə-edə’’ daha aydın dərk edib, yəqinliyinə çatmaq əzmində olursan.

   Çılpaq gəldiyimiz yer üzündən kəfənlə gedəcəyik. O, da qismət olsa. Etiraf bəy  beşiyindən qəbrinədək verilmiş ömrünü yaşayıb insanlığın dirilişinə vəsilə oldu.
 Müqəddəs şəxsiyyət olan Etiraf Yusifovu hələ uşaqlıqdan belə gözəl tanıyırdım. Bir məhəllədə yaşayır, hər gün görüşürdük. Tay- tuşların hamısından ucaboy idi. Sülh adamı, haqq ədalət tərəfdarı olmağı ona qarşı ətrafdan  xüsusi münasibət yaratmışdı. Yeniyetməlik dövrümüzdə birlikdə futbol, aşıq, çilikağac, dirədöymə, hosdana, alıq-balıq oynayardıq. Mənim belə işlərə vaxtım çox az olmasına rəğmən hər dəfə oyunlara qartılanda Etirafı görürüdüm. Heç xoşlamazdı kimsə özündən zəif olanı incitsin, yaxud döyüb ağlatsın. Dərhal gücsüzün, yaxud kiçiyin tərəfindən gəlirdi ki, ‘’bacarırsan get filankəslə dalaş, o da səndən böyükdür’’. Keçdiyimiz dərslərdən suallaşardıq. Zahirdən elə bilirdin ki, suallara cavab verə bilməyəcək, amma çox səlis və səhih cavablar verirdi, savadlı idi.  Çalışırdı həmişə gözəl sözlərlə davransın, heç yalan danışmazdı. Cana və ruha təsir qoyan ifadələrlə özünü sevdirərdi. Futbol oynayan zaman oyunçuluğu ilə bərabər, ən gözəl hakimlik edər, bəzən həqiqət naminə rəqib komandanın lehinə qərar verərdi ki, söhbət uduzmaqdan getmir, qoy oyun düz olsun. Düzün tərəfadrı olmaq təqvanın, Allahdan qorxmağın nişanələrindəndir ki, bu xaisyyət ona İlahidən verilmişdi. Dini informasiyalar o zamanlar sıfır dərəcəsində idi. İndi mən fikirləşirəm ki, Etiraf bütün hallarda vicdanını Allah eşqi ilə ifadə edirdi, haqqın rizasını qazanırdı. Gözəl davranışları ilə dostluqlar qurar, könüllər fatehinə çevrilər, küsülü olanları barışdırardı. Yanında olub, məlhəm kimi sarardı sınan qəlbləri. Dürüstlüyü və əxlaqı ilə kirli ürəkləri, xəbis qəlbləri təmizləyər, hamının bir- birinə mehriban olmasının tellərini düzərdi.      
Yaddaşımda ona görə gözəl qalıb ki, uşaqlarda iki məsələ beyinə nəqş olunur. Bir onu daha çox mehribanlıqla tutan adam, bir də ən çox onu incidən adam. Mənim gözümdə Etiraf ucalıq rəmzi kimi qaldı, ona görə ki, dəyərli münasibətləri ilə özünü ucalda bilirdi. Rəhmətlik sözü bir olan, verdiyi sözünün üzərində duran adam idi.
 Etiraf  ‘’Qumlu bulağ’’ın suyu kimi pak, bərraq idi, sözlərini dinlədikcə hüzur verirdi. Onunla ünsiyyətdə olduqca insanın ruhunu oxşayırdı. Gözəl baxışları ilə gözəllikləri göstərər, yalnız gözəllikləri görərdi. Dağ selləri kimi bəzən coşar, vicdanının harayı ilə qəzəbləri qucağında soyudardı. Qurumuş çöllərə su səpilərkən can verdiyi kimi, su kimi sərin, su kimi axımlı təbiəti ilə qəlblərə süzülər onları dirildər, möhtac qəlblərə can verərdi. Bəsit və sadə xarakterə malik idi, bütün davranış, əhval, ünsiyyət tərzində səmimiyyət və nuraniyyət vardı. Çün ki, Rəhman onu şəhid olmaq üçün dünyaya gətirmişdi. Bu sirri yalnız Allah bilirdi, biz bilə bilməzdik ki, vaxtında hər gün əlini, ayağını öpək, hüzur qazanaq. 
 O, qəlbini  çirkinliklərdən təcrid edər, ədəb-ərkanı ilə ruhunu təmiz saxlayar, ilqarı pozmazdı. Vicdan zirehini öz abırı üçün sipər etmişdi. Ədəbi kim də dəyərli ifadələri ilə bəzəyərdi söhbətinin axarını. Ədəbli soyu olduğu üçün öz tükünün üstündə dolanan halal bir nəsilin davamçısı idi. Ədəbi ilə də axirət yolunun ən parlağına qovuşdu. Çün Yaradan onun belinə qurşadığı mərifət və əbəb kəmərindən tutub qaldırdı ali dərəcəyə, Haqqa dost, Vətənə oğul oldu Etiraf! 
Taleyimizi  özümüzmü qururuq, yoxsa alın yazısı dediyimiz tale yazısısıdr elə. Hər iki halda yaradılışın aqibəti Rəhman və Rəhimin hökmü  ilə yazılır. Fitrəti ilə bağlanar insan taleyinə, sonku gününə. Siz fitrətinizə dönüşünüzlə nail oldunuz əbədi diriliyə, hörmətli Etiraf bəy!
Ölümlü, itmli dünyanı kəsik ömrünüzün şəhidlik dərəcəsinə yüksəlməsilə ölümsüz etdiniz!  

Gerçək həyat axirət həyatıdır. Bu fani dünyada əlimizə olanları, elə buradaca tərk edəcəyik, onu verən geri alacaq. Fani dünyanın qayəsi elə bundan ibarətdir. Dünya hikmət qalası, möhlət içərisində imtahan meydanıdır. Ölümlə bitən dünyada mal- mülk, zənginlik, kreslo həvəsi, şöhrət cazibəsindən uzaq olub, şəhidlik ruhu daşıdın, Tanrının rizası üçün yaşadın. Həyatda iki yol var, ikisindən birini seçməlisən! Ya Şəhidlər Sərvəri İmam Hüseyn ə.s. həyalı ömrünün hikmətini örnək götürməlisən, ya da ki, yolunu azanların, azdırılanların hacətində olmalısan.

 Bu yazının müəllifi olaraq Haqqa qovuşanları haqq sözlərlə yad etməyin ruhuma sığal çəkdiyinin fərqindəyəm. Haqq olan sözlərlə könüllər şəfa tapır. Hər kəs haqqa tapınsa Allah onun izzətini atrırar, onun üçün ağıla gəlməyən dərəcələr, müjdələr hazırlayar. Etirafa parlaq dəyərlər sistemində geniş  Cənnət meydanı açılmasının səbəbini xəyal edərkən anlayıram ki,  erkən yaşdan çağlayan nəciblyi onu irəlidəki illərdə gördüyümüz uzun, sanballı, ləngərli bir ömrün davranış və dünyagörüşünə, ədalət və dürüstlüyünə malik kamilliyə aparırmiş. O, bu yolda  şəhidlik məqamına hazırlaşırmış. Ömrünü erkən başa vuranların inkişafı da, təbiəti də fərqli olur, belə adamlar kamilliyə tez çatırlar nəsə. Allah xəlq etdiyi hər bir varlığa onun fitrətini və taleyini yazır. Onu şəhidliyə aparan yolun göstəriciləri, iffətdən, sədaqətdən və şərafətdən yoğrulmuş ilahi sevda idi. Şəhidlik Ulu Tanrının yalnız özünün imzaladığı bir dərəcə, bir vəsiqədir, bəndəsinə rəva gördüyü ən böyük məqamdır. 
Yəqinlik halının göstəricilərinin mütləq sayılanlarından biri ölümdür. Ağıla sığışan və sığışmayan proseslər içərisində baş verən bütün hərəkət diapazonunda Allahın gücü vardır və o hakimdir. Şəhidlik məqamına yüksəldən mütləqiyyət gücü məhz Allaha məxsusudur. Əcdadlarımız da döyüş alnınlarına yazılmışdır deyə daim döyüşlərdə olublar onlardan bir hissəsi şəhidlik bir hissəsi qazilik, bir hissəsi isə zədəsiz, yarasız çıxmışlar bü döyüşlərdən. Şəhidlik zirvəsinə yüksələnlər sırasına diqqətlə baxdıqda Uca Yaradana daha çox iman gətirənlərin qəbiləsi görünür. Etiraf öz imanı ilə Vətəninin varlıq aləmindən silinməməsi üçün mücadiləsini etdi. Bu mücadilə içərinsində öz şərəfli tarixini, xalqın şanlı rişələrindən gələn ləyaqət istiqbalına qovuşmaq üçün, ‘’mən də bu vətənin bir parçasıyam’’ dedi, döyüş meydanına varid oldu, nərəsini ucaltdı, özünü, dəyərini təsdiqləməklə əbədiyyət yolunun uca və parlaq lövhələrlə bəzənmiş bir Cənnət məkanına ‘’Etiraf’’ yazdı. Oyanıqlıqdan kükrəyən xalqın istək istiqamətində taleyinə biganəlikdən uzaq oldu.  Vətən hayqırtısı ilə tunc, dəmir, polad yanğınları ilə göydən yerə ələnən od yağışının altına atdı özünü. Hüriyyətə səs verdi, şəhadətə tərəf çıxdı, Allahı çağırıb, Ya Rəbb kömək ol dedi, Allahın yaratdığı məxluqlara verdiyi mükafatın ən dəyərlisinə sahibləndi və şəhid oldu.  Öz səsini aşağıya, əvvəlki zamanlarda şəhadətə yüksəlmiş məzardakı keçmişinə, yuxarıya isə mələkut aləminə bu cür çatdırdı. Erməni kimi mənfurun fitnəsindən yağan yağdırdığı od-alovlu raketlərin, bombaların yaydığı alovun içərisinə atdı özünü, bura həqiqət qucağı idi, burada adamı od yandırmır, sadəcə od olur. İbrahimi ə.s yandırmadığı kimi, çün od şəhidi yandırmamaq əmrini Allahdan alır. Ruhu bədənindən çıxıb ərşi -əlaya qalxdığı zaman istiqlal marşının, Azərbaycan himninin müşayiəti ilə qalxır, bəlli bir yerdən sonra Qurani kərimin şirin avazı ilə qarşılanır, bir nur dəstəsi ilə şəhidlər Sərvərinin məqamına tərəf teylənir. Etirafın həyatın məziyyəti ilahi bir dəyər içərisində  fanidən baqiyə keçdi.  Bəli bir xalq olaraq tarixlər boyu ağrılı, sancılı günlər yaşamağa məhkum edilmişik. Bütün dönəmlərdə Vətənin ən dəyərli övladları öndə olub, Qarabağ savaşında da  yenə də onlar öndə idi -Etiraf kimiləri deyirəm.  Xain güclər artsa da, fırtınalar qopsa da, yerdən, göydən atəşlər alışsa da  Xalq sözünü, Şəhidlərimizlə deməli idi, al qanların Ay işığında inikası xalqın qaranlıq gecəsini işıqlara bürüməli idi, beşiyə azad qonub, məzara azad uçmaq hissi, son nəfəsədək azərbaycançılıq məfkurəsinə sədaqət hissinin daşıyıcısı olmaq hələm adamların işi ola bilməzdi. Etiraf kimilərin boynuna düşmüşdü əlini tətiyə atıb düşmənə tərəf tuşladığı silahın dili ilə xalqın dərdini izhar etmək, namus və qeyrətin fövqəlşüurların sahibləndiyi nəsnə olduğunu göstərmək. İstiqlaliyyətimiz üçün vətəni qorumaq dövlət və millət yaşasın deyə Vətənə sipər olmaq, Üçrəngli Bayrağımızla məsud yaşamağa qurban getmək və cismin yoxluğunu varlıq məbədinə çevrilmək nəaliyyəti qazanmaq, yalnız İlahi gücdən gələn sevda ilə baş tuta bilərdi. 
Etiraflar ərənlik, azamanlıq, ərlik, igidlik, qəhrəmanlıq nümunəsinin özəyini qoydular. Vətən, millət, xalq, dövlət yaşasın deyə, Üçrəngli Bayraq daim ucalarda dalğalansın deyə, sən, mən, o, sənin, mənim, onun zürriyyəti xoşbəxt və azad yaşasın deyə. Bəs bzidən onlara ənam nə olmalıdır? Sualın cavabını oxucunun öz ixtiyarına buraxıram.!,
 Dünya düşmənlərimizlə birləşib yurdumuzu talan, camaatımızı qətl etdiyi dar məqamda  xalqın halına dava olacaq vasitələr gərəkliyidi, bu dərman fədailərin qanı, onların iradəsi, əcdadlarını yoluna sədaqəti idi. 

Əziz Etiraf Yusibov, cənab leytenent, Siz yandırdınız həqiqət çırağını! Hər bağbanın bağı yetirdiyi barla, hər dağın ucalığı onun vüqarı ilə,dənizlər dibində saxladığı ləl- mərcanla zinətləndiyi kimi, dar macalda sizlər də qanınıza və canınıza qıyaraq bu xalqın zinətini artırdınız, izzətini çoxaldınız ləyaqətini yüksəltiniz. Namınızı alilər siyahısına yazdırdınız, az ömrünüzü zlilətdən uzaq, rəzalətdən kənar yaşamaqla yaşam hədəfinizi haqq dərgahının müjdələrlə dolu məkanına yönəltdiniz. Kərbubəlaya sevdirdiniz özünüzü, Şəhidlər sərvərinin üzünü güldürdünüz, bu dünyanın məhz ər meydanı olduğunu göstərdiniz nə olsun ki, gədalar də az deyil!?

 Şəhidim Etiraf Hidayət oğlu! 
 Sizə səslənirəm!   
  Canınızla bizə olunan zülmün kökünü kəsməyin, ipini üzməyin yolunu- yolağasını göstərdiniz, Vətənə əsil oğul, haqqa əsil qul olduğunuzu göstərdiniz, Onun fərmanı ilə nicat tapdınız. Haqqın şəkər sözü ilə salamına layiq oldunuz! Şərəfli ordumuzu ilk quranlardan, əsgərliyinizlə onun şənini ucaldanların sırasını formalaşdırdınız. Yeddi qat yerin üzərində, yeddi qat göyün altında övlad acısı ilə yaşayıb, oğul itirən anaların təsəlli yeri, acılar içərisində məzlum şəkili almış ataların ümid yeri, qardaş sitəmi ilə yaşayan bacıları qürur yeri oldunuz, millətin hüzurunu, inamını özünə qaytarmaqla qüdrətli Azərbaycan siması yaratdınız! Alın yazısının qədəri ilə barışıb ölməzlik təkrarolunmazlıq yaradan qeyrət və qüdrət qalasının aşılmaz səddini əliyalın aşan, şərəfli ordumuz sizlərin ruhunun xeyir duası ilə quruldu, mübarək baxışlarınızın gücü ilə bayrağımız ucalarda dalğalandı. Səmalara qalxan bayrağımızın ucaldan təkanlar canınızla qüvvələndi. Qisasımızı alan, əzanlarımızı ucaldan, bükülmüş qəddimizi düzəldən sizin varislərinizdir. Xocalı harayına ruhunuzla səs verdiniz, şəhadətə yüksəldiniz, fatehlərimizin amalını yaşatdınız, qanınızla suvarılan torpağın yetirmələri milləti zillətdən ayırdı, özləri fatehlərə çevrildi. 
Qürur hissi ilə səslənirəm... Ehey... Qardaşım Etiraf Bəy! Bu günkü iftixarımız olan Azərbaycan Ordusu sizin varisinizdir, namusumuzu təmizlədilər, düşmənə qorxulu röyalar yaşatdılar, kabusa çevrildilər. Qarabağın zəfərini sizin qanınıza and içənlər qazandı. Sizin qanınızın qisasını aldılar. Əcdadlarımızın ruhu qürurlandı, gələcək nəslimizin şanı -şöhrəti sizin şəhidliyinzdən növraqlandı. Mənəviyyat yolumuzun mücadiləsini aparan əsgərlərimizin hər nəfəsi Sizin torpaqdan dirilib qalxan qanınızın təravəti ilə dolur onların köksünə.
Qazilərimiz hər nəfəsdə şəhidliyi yaşayanlardır. Ulu yaradan Kövsər çeşməsi başında, Rəcəb suyu ətrafında görüşdürməyi lütf edər Sizlərə İnşallah! 

Yaradanımız tək olan Allah c.c. hər kəsə və hər yaratdığını bir- birindən fərqli hal və görkəm vermişdir. Hər kəsin barmaq izləri, bədəninin biloji, morfofizioloji göstəriciləri fərqlidir. Hərənin bir cürə xisləti, xarakteri var. Biz Adəm (ə)- ın övladlarıyıq, peyğəmbər balalarıyiq. Bəs bütün canlı varlıqlardan Adəm övladının yemək, yatmaq, azuqə toplamaq, qorxmaq, nəsil törətmək kimi hallardan fərqimiz yoxdurmu? Var, dünyaya gələndə ağlayan insan bir gülmək hissi ilə, bir də ibadətinin gözəlliyi ilə digər canlılardan fərqlənir. Bütün ibadətlərin əcri şəhidlik rütbəsindən uca deyil! İmanlı, fitrətində həya olan,həyası ilə ilahiyə dönüş qapılarını ustalıqla açan incə dəyərlərə malik insanların rütbəsidir Şəhidlik!. Qəlb aynası təmiz İnsan- Etiraf bəyə də verildi bu çağırış şəhidlik çağırışı! O ən şirin nemət olan cavan canını Rəbbinə qurban etməkdə gördü infaq etməyi. Ali İmran suresi ayə 92. " Sevdiyiniz şeylərdən infaq etmədikcə əsla böyük xeyrə çata bilməzsiniz" .. ‘’Analarımızın ayaqları altında’’ olan Vətən torpağının hər qarışını öz qanınla zəfər mayasından yaranmış toxumlarla ilə canlandırdın!

Ən ali rütbəni- şəhadəti Rəbbimizdən aldın!
Yolun doğru, ilqarın düz, məkanın bəlli, məqamın aydın!
Oradan bizləri istəməyi də unutmayacağına əminəm çün ki, bu yazımı oxuyanlar Sənə və bütün şəhidlərimizə dualar edəcəklər, sən də biləcəksən ki, savab istəyənlərin vəsiləsisən, mən isə sayıl kimi sizlərin mütəhhər ruhuna əl açıb ALİYƏ tərəf yol almaq üçün möhtaclığımın izharındayam!

Hacı Abbas Əli oğlu Bağırov Provizor- Həkim Tibb üzrə fəlsəfə doktoru Qələbə Tibb Mərkəzinin direktoru





Ömrünün 90-cı yaşlarda qələmə aldığı,səlis və səhih fikirlərlə dolu olan "Ermənilər və faciələrimiz" kitabı qarşımda sotlüstü kitab kimi hər gün sətirlənməkdədir. Kitabda başqa mənbələrdə təsbit olunmayan çoxlu sayda qiymətli tarixi faktlar vardır. Həmçinin möhtərəm TALIB QURBAN OĞLU MUSAYEVİN gördüyü işlər, əmək fəaliyyəti ilə bağlı xatirələri, dəyərli tövsiyyələri yer almışdır. Oxuduqca fikirləşirsən ki, bu 320 səhifəlik kitabdan bir neçə cild də yazmaq lazımdır ki, onun ömür səlnaməsinin yalnız bir hissəsini əhatə edə biləsən. Amma ömrünün ahıl çağındakı güclü hafizəsindən, dərin zəkasından axıb gələn faktlar elə səviyyədə yazılıb ki, hətta bu yazını da yazmağa bir qədər ehtiyat edir, bir qədər utanc hissi keçirirəm. Çün ki, onun ömrünün 90 dan yuxarı bu yaşında da qələmə aldığı belə bir möhtəşəm əsərinin qarşısında nəsə yazmaq cürəti tapmaq üçün gərək şir ürəyi yemiş olasan! Mənəm -mənəm deyən ədiblərin, nasirlərin, tarixçilərin, alimlərin əsərləri ilə döş -döşə gəlib, onlara zorbalıq göstərə bilən böyük bir əsərdir bu kitab. “Hər kəsin dəyəri onun elminin dəyəri qədəri qədərdir.” Bu sözlərin müəllifi İsalm peyğəmbəri s.ə.s.-dir. Elə haq-qında söz açdığım dəyərli el ağsaqqallarımızdan olan, bir əsrlik dəyərli həyatında qərinələrin, əsrlərin helmini və elmini hafizəsində saxlamış, zehninin itiliyi ilə bütün təsəvvürlərini ən hündür qatlara çatdırmış hörmətli və unudulmaz - BÖYÜK NƏRİMANLI

TALIB QURBAN OĞLU MUSAYEV

Şəxsən özüdür. 1908 ci ildə Göyçə mahalının Nərimanlı, o vaxtkı Hüseynquluağalı kəndində anadan olmuşdur. İnsanın həyata yaşamağa, yaratmağa, işləməyə, iz qoymağa nə qədər eşqi olmalıdır ki, bu yaşda belə bir mükəmməlliyə malik kitab yazıb hazırlayasan. Kitabda məlumatlar xronologiyası elə bir tərzdədir ki, bunun üçün fenomenal yaddaşın, dərin düşüncən olmalıdır. Ən üstün cəhət də budur ki, bu əsər tək bir məsələyə həsr olunmayıb, qlobal məsələlərə, erməni məsələsinə, qan yaddaşımızın itməməsinə, gələcək nəsillərin özünə qayıdış prinsiplərini qorumasına, milli mənafeyimizin qorunması üçün ayıq -sayıq olmaqda zəruri yanaşmalara həsr olunub. Məqsədim təkcə bu maraqlı əsəri tərif etmək deyil! Hörmətli Talıb Musayevin yaşadığı bir ömür içərisində nümunə olan neçə-neçə dəyərli faktlar var. Bu böyük insanın şərəfi, ləyaqəti, əlçatmaq-ünyetməz göylər qədər hündür olan, dünyaları ağuşuna alan ömür dünyası dərindən fikir verəndə elə gözəl mənzərəli görünür ki. Çox fikirləşdim ki, zəmanənin bu sfətini görən cəmiyyət içərisində belə adamlar yenidən formalaşa biləcəkmi. Bəlkə də biləcək, amma beləsi yox... ...Gələnlər, gedən lər sığmayır saya, Dünya bu minvalla dolur boşalır. Nə qədər yaxşılar gəlir dünyaya, Yenə yaxşıların yeri boş qalır.

İnsanın ömrünün yaxşılıq müstəvisində canlanan görüntüsü  bir məna dairəsində məhdudlaşıb, bitmir. Niyyətində yaxşılıq etmək əsas qayəni tutursa, harada olsa O, yaxşılığından əl çəkməyəcək.Fitrəti belə qoyulubsa dəyişməyəcək. Ömürlər içərisində insana əzəmət, başucalığı gətirə bilən hansı sferaya rast gəlmək mümükündürsə,  həmin sferalarda hörmətli TALIB MUSAYEVİN izi var.

Hörmətli Talıb Musayev-valideynlərini erkən itirmiş olsa da atalı, analılardan məğrur böyüdü. Körpəlikdən həm özünün, həm bacısının dəyanətlə böyüməsinin sütunu oldu. Bibisinin (mamasının), əmilərinin qoynunda böyüyə- böyüyə kiməsə yük olmaqlığın mənasını dərk edərək, zəhmətə qatlaşmağın yolunu bildi. (Yeri gəlmişkən qayğıdan böyük yük yoxdur ki, onu da rəhmətlik bibisi çəkib). 1919 cu ilin qaçqınlığında hamı kimi, onlar da zəlalətlər çəkdilər, amma O, sınmadı, bir qədər də mətin və iradəli insan kimi daha da böyük təpərlilik halına gəldi.

Elmin dəyərini erkən yaşlarda dərk edərək, ucalmağın ancaq elm yolunda mümükünlüyünü yəqin edərək, məktəb açılan kimi təhsil almaq üçün bütün əzmini ortaya qoydu. Təhsil almağında elə səy və bacarıq göstərdi ki, qısa zaman ərzində yüksək biliyə malik olaraq o vaxtlar hamının gözündə ucaldı. Camaat onun savadından heyrətlə söhbət açar, tərif edərdi. İlkin təhsilini başa vurduqdan sonra isə elmlənmək yolunu davam etdirmək üçün Naxçıvana getmək qərarına gəldi. O vaxtalar nə minik var idi, nə də başqa nəqliyyat. Hörmətli Talıb müəllim məqsədinə çatmaq üçün onlarla kilometr yolu piyada qət etməli olurdu. Getdiyi bütün yolların kənarı erməni kəndləri idi deyə, yaşayış məntəqələrinin yanından ötüb dağlıq- daşlıq yollarla getmək məcburiyyətində qalırdı ki, dığalar tutub döyməsinlər, it -qurd tutmasın. Cavan, türk balası,  görkəmi də zahirdən nəhəng görünməyən bir adamı haylar görən kimi,  “es turka” -bu türkdür deyib, olmazın əziyyətini verərək döyürdülər.

Naxçıvana getmək üçün sənədlərini qatdaya sala bilmədi, çün ermənilər o sənədi vermədilər. Bu minvalda bir nəticə olmadı. 1929 cu ildə İrəvanda azərbaycanlılar üçün ticarət məktəbi açılmışdı. Hər bir halda təhsilin bir pillə irəli olması demək idi həmin məktəbi oxumaq. Hörmətli Talıb Musayev İrəvana göndərilərək həmin məktəbi bitirdi. Göyçəyə qayıdıb Canəhməd kəndinə satıcı təyin olundu. Hara təyinat alırdısa, böyük etimad qazanırdı. Odur ki, bir az sonra onu Bala Məzrə kəndinə beş kəndin kəndkopu qoydular. 1931-32 ci illərdə kolxozlaşma prosesinə start verilmişdi. O vaxtlar varlı -karlı adamların nəyi var idisə tutub əlindən alırdılar. Hərə nəsil- nəcabətini götürüb, bir tərəfə qaçıb, dağılmışdı. Adamlar azalmışdı. Hörmətli Talıb Musayevin bacarığını bilirdilər deyə onu çağırıb deyiblər ki, kolxoz quruculuğu çətinliklə gedir. Get Nərimanlıda tay-tuşlarını və əhalını başına yığ, kolxozu qur, özün də sədr qal orada işlə. Talıb müəllim qısa zaman ərzində kolxozu 35 təsərrüfata çatdırıb vüsətləndirdi. Əkin- biçin işlərinə elə bil fərəc düşmüşdü, həmin ildə yaxşı məhsul olmuşdu, bu məhsulu da kolxozçular arasında böldüklərini bölüb, hələ üstəlik qalanını dövlətə də vermişdilər. Bu vəziyyət Talıb müəllimə daha böyük nüfuz gətirir, kolxozdan başı çıxmayan adamın ( hərçənd ki, heç kimin başı çıxmırdı onun vaxtında) birinci ildəcə belə göstəricilərlə ortaya çıxması, o dövrdəki bütün mərkəzi aparatın diqqətini çəkmişdi. 1932 ci ildə hörmətli Talıb müəllimin özü iştirak etmədən onu kolxoz qurucusu kimi, Mərkəzi Komitənin üzvü seçmişdilər.1933 cü ilin axırında mərkəzdə söhbət gedir ki, Musayev kolxoz işini yaxşı bilir, lazımlı adamdır. Onu götürüb rayonda kolxozlar üzrə torpaq şöbəsinə məsul katib qoyurlar. Deməli məsələ belə idi ki, hər yerdə Talıb müəllim kimi adam yoxuydu . Ayrı yerlərdə kolxozu qura bilmirdilər. Əhali qaçıb, dağılırdı. Elə vaxtlar olub ki, Talıb Musayev günlərlə evinə gələ bilməyib. Harada kolxoz quruculuğu getmirdisə, kolxoz dağılırdısa onu oraya göndərirdilər. Belə bir dövrdə kolxozun dağılması çox təhlükəli məsələ idi. O, bir neçə kənddə kolxozu təkbaşına qurdu. 1934 cü ildə İrəvanda Zakraykomun qərarı ilə partiya kadrları hazırlayan birillik məktəbə daxil oldu. Buranı bitirən kimi Musayevi rayon partiya komitəsinə təlimatçı vəzifəsinə, 1936 cı ildə isə rayon komsomol komitəsinə I katib seçdilər. 1937 ci ildə onu rayon partiya komitəsinin III, bir az sonra isə II katibi seçdilər. Hörmətli Talıb müəllim əvvəllər Zod məktəbində oxuyarkən orta təhsil attestatı verilmirdi. 1938 ci ildə Zodda ekstern imtahanla tam orta təhsil haqda attestat alaraq, İrəvan pedaqoji institutuna qiyabi daxil olur.1943 cü ildə ali təhsil diplomu ilə institutu bitirir. 1939 cu ildə Basarkeçər Rayon İcraiyyə komitəsinin sədri, 1942 ci ildə Qarabağlar, 1946 cı ildə isə Basarkeçər Rayon Partiya Komuitəsinin I katibi təyin olunur. 1948 ci ildə vəzifəsinin icrasında qalmaqla Moskvada Marksizm- Leninizm kursunu da oxumuşdur. 1950 ci ilin göstəriciləri vəziyyətin tam yaxşılaşmasından xəbər verirdi. Rayonda hər şey görkəmli təşkilatçı və inzibatçı Talıb Musayevin rəhbərliyi altında düzəlmişdi. Belə olan halda ermənilər müsəlman əhalinin köçürülməsi barədə Moskvaya məsələ qoyurlar və buna da nail olurlar. 1951 ci ildə Göyçədən 600 ailənin köçürülməsi üçün 150 maşın gətirirlər. Müsəlman əhalinin ata- baba yurd- yuvasından köçürülməsinin pozmaq üçün Talıb Musayev olmazın zülmünü çəkdi. Əhalinin köçürülməsinə maneçilik törətdi. Bu məsələ ilə bağlı onu erməni höküməti çox təhdid etdi. Həbs olunmaq məsələsi qoyuldu, fiziki olaraq aradan götürülməsi məsləsi qoyuldu, amma iradəsi möhkəm, məğrur kişi hamsına dözdü. Beləliklə partiya töhməti almaqla vəzifəsində duruş gətirə bildi. 1953 cü ildə onu İrəvana ali partiya məktəbinə göndərirlər. Sonra isə Vedi rayonuna kolxoz qurucusu kimi məsul işlərə göndərirlər. Buradakı fəaliyyəti ilə bir daha Talıb Musayev olmağını təsdiqləyən bu mötəbər insan, üzərindəki partiya cəzasını götürtməyə müvəffəq olur. Vedi rayon İcraiyyə Komitəsinə sədr təyin edilir.1972 ci ilə qədər burada işlədikdən sonra Bakıya köçür. Bakıya köçməsinin səbəbi də bu idi ki, ermənilər onu fiziki olaraq məhv etmək istəyirdilər. Onun adı SSRİ də ən çox hallanan təcrübəli dövlət adamları siyahısında idi. Bu da erməni köpək uşaqlarını bərk narahat edirdi. 1972 ci ildən sonra Masallı, 1978 cil ildən sonra isə Abşeron rayonlarında məsul vəzifələrdə işləmişdir. Talıb Musayev onlarla fəxri fərman diplom, orden, medallarla təltif olunmuş nüfuzlu - siyasi xadim,el ağsaqqalı idi. Onun həyat yoluna ekskursiya etməkdə məqsədim budur ki, gənc nəsilə örnək olan əlamətlər görülsün. Yetimliklə, mərd, məğrur böyüyüb, mübariz şəkildə düşmən- özü də erməni kimi düşmən içərisində yaşayıb- işləmək, dinini, dilini, millətini, torpağını qoruyub saxlamq üçün görsünlər hansı dəyanətdə olmalısan! Hörmətli Talıb Musayev belə bir dəyanətli kişi olub. O, 1951 ci ildə Göyçəni qoruyub saxlayıb. O, Göyçənin camatının təhsil sisteminin formalaşmasına can qoyub. O, müsəlmanlara zülm edən ermənilərin, bilmədikləri yerdən daim burnunu sındırıb. O, SSRİ də Nərimanlı adını çox ucaldıb. Harada olubsa, işləyibsə el adına ucalıq gətirən ad- san qazanıb!

Göyçə mahalının akademiyası sayılan Nərimanlının elmi potensialının özülünü hörmətli Talıb müəllim qoymuşdur. Qeyd etmək lazımdır ki, əvvəllər də Nərimanlıda- Hüseynquluağalıda məktəb, mədrəsə təşkil olunub(Bu işdə Kalvayı Qaranın zəhmətini də unutmaq olmaz!). Lakin kəndimiz üçün müasir təhsil sisteminin formalaşmasında, fundamental şəkildə tədris sisteminin  yaradılmasında Talıb Musayevin zəhməti unudulmazdır. Harada yüksək səviyyəli mütəxəsislər var idisə, çəkib Nərimanlıya gətirirdi. O cümlədən Gədəbəyin Nəriman kəndindən Əbülfət müəllim Heydərəli oğlu İsmayılovu , Şəkərbəy kəndindən isə Müzəffər müəllim Heydərəli oğlu İsmayılovu  hər ikisini məktəb direktoru vəzifəsindən çıxarıb Nərimanlıya dərs deməyə gətirir. Bu uzaqgörənlik hər adamda formalaşa bilmir. İndi də əlində ixtiyar sahibi olanlara, imkanı, vəzifəsi olanlara bir örnək olsa yaxşıdır ki, nə qədər imkan varsa əl tutmaq, sahib çıxmaq, rəhmət izi qoymaq lazımdır. Eyni vaxtı ilə milyonları barmağının işarəsi ilə yerinə oturdan rəhmətlik Talıb Musayev kimi.




“Bismillah”ı ilk olaraq sənin dilindən öyrəndim, deyilən “Bismillah”lar sayı qədər rəhmət diləyirəm müqəddəs ruhuna, ƏZİZ ƏMİM ŞAİR BƏHMAN İBRAHİM OĞLU QARAYEV! Uca Yaradan Ərrəhman surəsinin ikinci ayəsində buyurur: ” (Əzəli elmindən Lövhi- məfhuza nazil olmuş) Quranı (əvvəlcə göy aləminin məxsusi sakinlərinə təlim etdi, oradan da sonra ən gözəl vəkili- müqərrib mələklərindən olan -Cərayıl ə.s. vasitəsilə Peyğəmbər s.ə.s.- in mübarək qəlbinə nazil etdi, onun dili ilə də bəşər aləminə) öyrətdi. Ayənin mənası budur ki, insan öyrənən məxluq olaraq yaradılmışdır.Əqli inkişaf dövrünün bütün mərhələlərində o hər bir şeyə maraq edər, mənasını məğzini analamağa çalışar, anladıqlarını təkmilləşdirər, inkişaf edər və kamilləşmə həddinə çatar. Yeni dil açıb danışmağa başlayan bir körpənin verdiyi hər hansı suallar bəzən böyük yaşlı bir adamı çaşdıra bilir. Sualının cavabını elə verməlisən ki, qavraya bilsin, eyni zamanda onu qane etsin. Niyə soruşur, niyə sual verir? Soruşmanın mahiyyətini bilməsə belə soruşur ona görə ki, insanın fitrəti o cür qoyulub, öyrənmək istəyir. Eynilə ayədə göstərildiyi kimi! Mən də dünyaya göz açdıqdan sonra ətraf aləmi dərk edib, hər bir nəsnənin mahiyyətini analmağa çalışdığım dövrlərdə bu hissləri yaşadım. Təşəkkür edirəm gözəl və tək olan Allah c.c qüdrətinə ki, soruşub öyrənə bildiyim insanlar arasında ağılı, təfəkkürü, zəkası, helmi, dini, imanı, ağsaqqallığı, biliyi, kamalı ən böyük səviyyədə olanlardan bir müqəddəs və möhtərəm şəxsin varlığı mövcudiyyət tapmış idi. O, mənə çox mehriban davranırdı. Üç yaşım olandan duydum ki, “Abbas əmi” deyərək əzizləyir məni. Onun bu cür doğma və mehriban şəkildə əzizləməyi mənə xüsusi status vermişdi. O dövrdə ictimai münasibətlər belə idi ki, əgər nəsilin ağsaqqalı kimə isti münasibət göstərsə idi, hamı həmin münasibəti göstərərdi o adama. Hamı məni əzizləyirdi, bilirdilər ki, Bəhman əmim məni çox istəyir. Bəhman əmim mənim şəxsimdə Abbas əmisinin adını zikr edirdi. Nəsil- nəcabətinə , böyük- kiçiyinə çox bağlı adam olduğundan, əvvəliki nəslin bir- birinin yolunu gözləməyini, təəssübkeşliyini, canıyananlığını daim təlqin edirdi. Elə Bəhman əmimin dilindən bütün övldları da bu gün də mənə “Abbas əmi” deyə müraciət edirlər. Bəhman əmimdən sonra eyni münasibəti Əliqara əmimdən gördükdə, fərəhimdən elə bilirdim ki, mən bunların gerçək əmisiyəm. Zaman keçdikcə bu müraciətin mənası açılır və başa düşürəm ki, nəsilin istiqanlılığını yaşatmaq formulu imiş bu münasibət. Bəhman əmimin qara nimdaş parçaya bükülmüş dini kitabları və Quranı var idi. O vaxtlar Qurani Kərim az sayda idi, hər evdə tapılmazdı. Kimdə Quran var idisə hamı bilirdi ki, o adamın evində Quran var. Həmin ev sanki insanların qəlbində bir məbədgah kimi qalırdı. Bəhman əmimim evi urvatlı ev idi, isbatlı bir ocaq idi, çün oradan daim Quran səsi gəlirdi. Quranı elə gözəl titrəyişli, dolğun və kövrək səslə oxuyurdu ki. Mən çox xoşlayardım, onun əziz səsi gələn kimi, gedib yanında durardım, qulaq asardrım.

Bir dəfə Sədrəddin əsgərlikdən gəlmişdi. Qurban kəsmişdi, camaat gəlib bu qurbandan yedilər, getdilər. Heyvanın baş ayağı qalmışdı. Səhəri gün Gülara yengəm onu da bişirib Bəhman əmimin boşqabına qoymuşdu. Qoçun başı idi, bir də içalatının mütəlif yerləri. Getdim gördüm ki, əmim eyvanın yuxarısında oturub, göy rəngli  iri,  şirəli qabda tez-tez çeynəyərək bu yeməyi yeyir. Məni görən kimi; “Abbas əmi, gəl qadan alım “ deyərək, öz qabına məni də qonaq etdi. Hərçənd ki, heç kimə bunu etməzdi bəlkə də, heç kim də onun zəhmindən çəkinib, onunla bir qabdan yemək yeməyə ürək etməzdi də. Yeməyimiz yeyib qurtarandan sonra dedim, ay Bəhman əmi, mənə də Quran oxumağı öyrət! Gördüm kövrələn kimi oldu ki, Abbas əmim də oxuyucu idi, sən oxuycu olacaqsan(Əlhəmdu Lillah, oldum da). Başladı mənə Fatihə surəsini öyrətməyə. Dedi ki, Abbas əmi, qadan alım, denən “Bismillahir rəhmani rəhim”. Baxdım ki, bu cümlənin içərisində rəhman sözü var, məəttəl qaldım ki, görən Rəhmanın adını niyə deyir!? O vaxtlar Məşədi İsmayıl oğlu İsrəfil kişinin nəvəsi var idi- Rəhman, elə bildim onu deyir. Soruşdum ki, ay Bəhman əmi, bu İldırım əmi gildə olan Rəhmandı? Dedi ki, yox qadan alım, bu Allahın adlarından biridir. Sonra mənə Fatihəni öyrətdi. Vaxtaşırı soruşurdu ki, Fatihəni deyərsənmi? Mən deyəndən sonra arxasınca da özü nəsə oxuyardı, daha orası yadımda qalmayıb.

Mən çox xoşbəxtəm ki, ilk müəllimliyimi bu boyda düha -GÖYÇƏLİ ŞAİR BƏHMAN QARAYEV edib. Həmin müəllimliyin içərisində bəşəriyyətin ən gözəl hansı xarakterləri varsa hamsını görmüşəm. Dədə Ələsgərdən, Alıdan, İmandan, Məmmədsöyündən, Səməd Vurğundan, Firdovsidən, Xəqanidən, Nizamidən çox sitatlar gətirərdi. Kalvayı Qara babamın evində açdığı mədrəsədə oxuyanlardan danışardı. Bəhman əmim hər sözü dilinə almazdı. Onun baxışları nə dediyini hamı rahat başa düşürdü. Özündən kiçiklərə ümumiyyətcə sözünü kiminsə vasitəsilə çatdırardı. Dilindən bir dənə də olsun vulqar söz çıxmazdı .O qədər elm və fəzilət sahibi idi ki. Ağır duruşu, məğrur baxışı, ifadəli siması var idi. Başında iri əmmaməsi olardı. Bir də iri papağı ona xüsusi görkəm verərdi. O vaxt biz o papağa, “molla papağı”deyərdik. Heç başı açıq gözə dəyməzdi. Məhərrəm ayı gələndə xudmani və gözəl məclis qurar, mərsiyələr, rozalar oxuyardı. Bu ocağın qədim ənənəsinə sadiqliyin ifadəsi olmaqla bərabər, həm də İmam Hüseyn əleyhimussalamın əzəmətinə olan sonu görünməyən ehtiramdan irəli gələrdi. Hər gün Quran oxuyar,” Kərbəla şəhidlərinin müqəddəs ruhunə təhvil edirəm” deyərdi. Kitabının arasında riyaziyyat dəftərindən xırda və uzun ölçülü varaqlar kəsib hazır saxlayardı. Zəruri vaxtlarda əlindəki təsbehlə hesablayar, kitabını açar, sonra da uyğun olan dualar yazardı. Özü də elə səbəbli əli var idi ki. Yasin surəsini əzbərdən oxuyardı. Ona qulaq asdıqca necə gözəl həzz alardım, İlahi. Hərdən elə kövrəlirəm ki. Deyirəm kaş körpəliyim olaydı, Bəhman əmim Quran oxuyaydı, mən də onun yanında həyəcanlı və aramlı halda dayanıb qulaq asdığım günlər olaydı!!! Elə gözəl saz çalardı ki, Bəhman əmim. Mənim yadımdadır. Bir dəfə qış ayları idi. Əkbər qağam gildə kömür peçinin qırağında oturmuşduq. Əkbər qağam da hansısa jurnaldan nəsə maraqlı bir şey oxuyurdu, hamı da diqqətlə qulaq asırdı. Birdən Lətiflə ekizlərin hansı idisə gəldi ki, bilmirəm aşıq kimsə gəlib yadımda qalmayıb adı. Dədəm deyir gəlsinlər. Qışın oğlan çağı idi, bərk də qar yağmışdı. Gecənin vaxtı göyün üzündən ay işığı qarın üzərinə düşərkən elə gözəl bərq vurudu ki, aləm nura boyanırdı. Elə bilirdin ki, gündüzdür. Qar da ayaqlar altında qaldıqca ruhu oxaşayan bir xırtıltı səsi çıxarırdı. Belə bir şəraitdə Əkbər qağam, Qağam durdular, mən də bunlara qoşuldum bilikdə getdik Bəhman əmim gilə. İçəri girdik ki, stolun qırağında bir başı papaqlı, arıq, uzun kişidir, oturub saz çalır. Bəhman əmim də peçin qırağında krovatın üstündə oturub. Bunlar hansısa şeirin mübahisəsini edirlər. Bu qonaq gələn aşıq dedi qurtardı. Arada Bəhman əmim onun sözünü əylədi ki, orası elə deyil. Sonra sazı əmim aldı əlinə, dərin nəsə dedi gördüm ki, kişi diqqətlə baxır. Kaş indiki vaxtım olaydı başa düşəydim ki, nədən deyişirlər. Deməli bir sazı gah gələn o aşıq, gah da Bəhman əmim əlinə alıb deyişidrdilər. Daha bilə bilmədim o deyişməni köçürüb yaddaşa saxlayan oldumu!? Əziz oxucum, bu müqəddiməni qeyd etməkdə, uşaqlıq xatirələrimi bölüşməklə bərabər GÖYÇƏ MAHALININ saz –söz, sənət aləmində ən iri möhürlərdən birini vurmuş -ŞAİR BƏHMAN İBRAHİM OĞLU QARAYEVİN əziz, uca və əzəmətli xatirəsinə yadımda qalan yanaşmalarla səyahət etmək istəyimi reallaşdırmaq niyyətim var. Köhnə kişilərin mötəbər yollarının görkəmi yaşayır bu kiçicik uşaq xatirələrində. Saflığımın, məsumluğumun, güzgü kimi təmiz körpəlik çağlarımın izləri var bu xatirələrdə. İç dünyamda dünyanın özündən böyük olan ŞAİR BƏHMAN QARAYEV varlığının qüruru var bu yazımda. Qayğıkeşlikdən yaranmış qayğıkeşliyimin, təəssübdən pərvazlanmış təəssübümün, qürürdan doğmuş qürurumun yolları var bu yazımda. Həmin yollar ki, hamsının mənbəyi ŞAİR BƏHMAN QARAYEV ümmanına bağlanır. Bəşər tarixində heç bir gücün həll etmədiyi məsələləri sözün gücü həll etdiyinin çox şahidləri olub, bu gün də var. Söz kimi and olunası həzrət, cənab bir amilin sərrafı kimi dünyada ad- san qazanıb iz qoymaq, söz qoymaq, qəlblərdə anılıb, məclislərdə yaşamaq əmimin gerçək ümman olamğının əlamətlərindəndir. O qədər böyük bir sima ilə canlanır ki, gözlərimin önündə müqəddimədən sonra hansı abzasdan başlayacağımı belə müəyyənləşdirə bilmirəm.



BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN

" Oxu ! Uca yaradanın adı ilə dur oxu! "(Qurani kərim) Vladimir İliç Lenin də bu ayənin üstündə dəyişiklik edib deyirdi : -"Oxumaq, oxumaq, yenə də oxumaq!" İndiki dövrdə isə oxumaq deyəndə gənclərin bəziləri mikrofonla, ədəbəsığmaz geyimdə və davranışda "ulduz" olmağı nəzərdə tuturlar! Çox təəssüflər ki, cəmiyyətin istiqaməti işıq gələn tərəfdən uzaqlaşmaqdadır. Lakin təəssüflənməyəcəyimiz bir məqam var, əslində isə bizə qürur yaşadan, fərəh verən, iftixar hissimizi dərinləşdirən gənclərimizin nəaliyyətləri onu deyir ki; "Su gələn arxdan, bir də gələcək!" O yeniyetmə balalarımızdan söhbət gedir ki, onlar eynilə əzizimiz

ZÖHRƏ LİTVİN QIZI QÜRBANOVA

kimi ağılda, kamalda, bilikdə, savadda, əqidədə,məsləkdə, amalda, elmdə,helm dəryasının ümmanlarında zənginləşməkdə bütün rəqabət səddlərini keçərək müvəffəq şəkildə BÖYÜK NƏRİMANLI adını əllərində uca tutub, şərəf meydanında öz sözlərini dedilər! İlk öncə hamımızın adından 2018 ci il TQDK-nın siyahısında hələ 15 yaşı tamam olmayan, yaşca ən kiçik abituriyent ZÖHRƏ LİTVİN QIZI QÜRBANOVANI 677 balla BDU-nun hüquq fakültəsinə qəbul olması münasibətilə təbrik edirəm! Gələcək işlərində, elm yollarında böyük uğurlar müəllifi kimi tanınmağını arzulayıram! İndi isə yazının əvvəlində qeyd etdiyim, " Oxu ! Uca yaradanın adı ilə dur oxu! " ayəsinin təfsirindən qısa bir məlumat yazmaq istəyirəm. Allah Sübhanə və Taala Peyğəmbər s.ə.s. ilk ayə olaraq bu ayəni nazil etdi. Ən birinci Nur dağının, Hira mağarasında Peyğəmbərimizin mübarək köksünə bu ayə nazil oldu. Əcaba Allah Sübhanə və Taala birinci əmr olaraq namaz qıl, həccə get, oruc tut, xüms ver, cihad elə, zəkat ver, nəhy əz münkər, əmr be məruf, təvəlli, təbərri əmrini etmədi, oxu ayəsini nazil etdi. Demək ki, oxumaq, elm və fəzilət sahibi olmaq Allah qatında ən böyük dəyərlərdəndir. Ona görə də Peyğəmbər s.ə.s. buyurmuşdur ki; "Alimlərin mürəkkəbi, şəhidlərin qanından üstündür!" Oxuyan elmli insanların çöhrəsində xüsusi bir nuraniyyət, ziyalılıq, intellekt formalaşır. Bu görkəm elmin müqəddəsliyindəndir ki, insan nuraniləşir. Hər kəsin rəğbət göstərdiyi, hörmət etdiyi bir şəxsiyyət kimi tanınır. Rayon yerində, Bəyim Sarov kimi bir kənddə təbii ki, bu səviyyədə yetişmək üçün müəllimin əziyyətindən çox şagirdin səyi rol oynayır. Bu məqamda "elm öyrədilmir, elm öyrənilir" ifadəsinin fəlsəfi anlamını xatırlamaya bilmirəm.Zöhrə Qurbanova belə bir uğura qətiyyətlə, yorulmazlıqla, əzmkarlıqla, iradə ilə imza atdı. Zöhrə balamızın valideynləri də müəllim kimi, uzun illərdir pedaqoji fəaliyyətlə məşğuldurlar, həm Litvin müəllim, həm də Fəhruzə müəllimə. Fəqət Zöhrə Qurbanovanın elmi baza dəyərinin qiymətləndirilməsi onu göstərir ki, "əslində olan, dırnağında görsənəcək!" ..."Elmlə biliklə, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz!" (N.Gəncəvi) Bəli elm yolunda çəkdiyiniz zəhmətin bəhrəsinin sevincini ailəniz yaşadığı kimi biz də qürurla yaşayırıq, hörmətli Zöhrə xanım! ..."İnsanlığa qiymət verən elmdir var olur, Elmsizlər kor kimidir, dərdə giriftar olur!" (Bəhman Göyçəli) Hörmətli Zöhrə Qurbanova elminin qiymətilə öz insanlıq dəyərini artırması bir Nərimanlı əhli olaraq hamımızın sevincidir! Ən kiçik yaşlı abituriyent Nərimanlıdandır eşq olsun! Övladlığın, insanlığın, həyatda yaşamağa layiq olmaqlığın, insanlıq surəti ilə ucalmağın meyarları da məhz belə uğurlara imza atmaqdır! Uğurlarınız bol olsun, ƏHLİ NƏRİMANLI! Eynilə əzizimiz Zöhrə Litvin qızı Qurbanovanın uğurları kimi! Daha uca zirvələrə! Eşq olsun tələbə adını qazanan bütün vətən övladlarına, o cümlədən nərimanlılara!

Hacı Abbas Əli oğlu Bağırov provizor- həkim, tibb üzrə fəlsəfə doktoru, Qələbə Tibb Mərkəzi MMC-nin direktoru

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN

İnsan niyə görə kimliyini unudur görəsən? Niyə insanlar bir- birinə ” Allahın təqdirində səhvlik yoxdur !” fəlsəfəsini dərk edib, rəğbət göstərmir? Bəzən özümüzü yekə sayırıq, dədəmizi ayrısının dədəsindən yekə sayırıq! Kimsən axı sən, ay insan, Yaradan zinətləndirsə dəyərin var, zinətləndirməsə bir düşün nədən əmələ gəlimisən, bu dünyaya ən iyrənc suyun içərisində qədəm qoymusan, ən sonunda məsum deyilsən axı!? Elə məqamında bunu da qeyd edim ki, insan dünyaya gələn kimi başlayır ağlamağa. Niyə bəs digər canlı varlıqlardan yalnız gülmək hissi ilə fərqlənən insan dünyaya gələn kimi gülmür, elə başlayır ağlamağa? Bu məsələnin cavabını hər kəs öz bildiyi kimi verəcək, çün bu mücərrəd məsələdir, ona görə də mən bildiyim cavabı konkret olaraq budur ki, Ali- İmran Surəsində (150-156-ci ayələrdə olmalıdır zənnimcə ) Allah c.c.buyurur.”Bilin ki, bu dünya həyatı aldadıcı tələdən başqa bir şey deyil !” İndi ay böyüklər, görmüsünüzmü uşaqlara söz verib, vədiimizə əməl etməyəndə necə ağlayib etirazlarını bildirilər. Bu dünya da belədir, şirin görsənər,amma... axirda səni aldadar. Bu dünya həmin dünyadı ki, ağrı insanı ağlatdığı kimi, doğulan kimi insanı sıxar, ağrıdar, ağladar! Sözümü niyə gileyli başladım, üzr istəyirəm! Çox vaxt özümüzdən razı dolanırıq amma, axırda görürük ki, yox elə deyilmiş, qarşımızdakı elə bizdən də üstün imiş. Eynilə

Ş Ü K Ü R Ş Ü R A O Ğ L U M Ə M İ Ş O V

kimi. ...Onun atası Nərimanlıya Kəlbəcərin Geştək kəndindən gəlmişdi. Bizlərin də hamsının əcdadı bu kəndə nə vaxtsa digər yerlərdən gəlmə olmasına baxmayaraq, bunlar son zamanlar gəlmişdilər deyə, bunların da gəlmə olmaları tez unudulmamışdı. O, məktəbdə dərsləri də yaxşı oxumurdu, məhz buna görə də şagirdlər arasında çox diqqət mərkəzində saxlanılan uşaq deyildi. Sadə və halal çoban çörəyi ilə böyüyürdü.

İnsanlığın bəlası budur ki, vaxtında heç nəyin qiymətini bilə bilmir. Filankəsin dədəsi vəzifəlidir, pulludur, demək ki, o bahalı adamdır!!!

Heyhat..... Yox əzizim, elə deyil Yaradan kimə hansı qüdrəti veribsə onu zaman göstərəcək! Və O, nəyi yaradıbsa, kimi xəlq edibsə ondan ikinci eynisini yaratmayıb. Hər yaratdığına fərdi əlamətlər bəxş edib, hətta qar dənələrinə, yağış damcılarına belə elə bir fərq qoyub ki, onu ancaq ÖZÜ edə bilər. ...Dağda Tülkü təpəsinin başında sıraya getmişdim. O, da Dərəyurd tərəfdə mal otarırdı.Uzaqdan-uzağa sözümüz çəpləşdi, mən onu söydüm.O, isə heç nə demədən atını mindi, sürdü gəldi mənim yanıma ki; - Kimə söyürsən? -Sənə! Atın üstündə ona heç nə edə bilmədim, əlindəki hörmə və qalın, gözəl bir şallaqla ikisini mənə hərlədi və sürdü getdi.(Açığı bir az özümdən razı idim ki, onun mənə gücü çatmaz. Daha hardan biləydim ki, bu adam qisasını qoyan deyil, gücü çatmasa da bir yol tapıb qisasını alacaq.) Bir həftə şallağın zoğu getmədi. Hər gün onu yenə söyürdüm, amma ürəyimdə. Bir gün gördüm ki, məktəbin çəpərinin yanında bir nəfər onu döyür. Təsəvvür edin ki, necə yanıqlı idimsə hər dəfə ona zərbə dəyəndə elə bil ürəyimdən tikan çıxırdı! Şallağın izi hələ getməmişdi. O vaxtlar ona nə qədər hiddətlə ona baxırdımsa, indi min onun misli qədər əfsuslar deyirəm! Biz dağda calanın qabağını daşla, çimbizlə kəsib, çimmək yeri düzəltmişdik, günortalar gedib çimirdik. Dağın da özəlliyi toz, duman idi. Ayağmızdakı “tapoçka” nətəri toz olurdusa, hələ üstəlik futbol oynayandan sonra topuğumuzda qalın kir qatı əmələ gəlirdi. Çayda çiməndə gördüm ki,onun da dabanı bu göstəricisinə görə bizimkindən geri qalmır.Kaş bu günkü qədər dərk edə biləydim SƏNİN kimliyini, SƏNİN aliliyini, SƏNİN bizlərdən qat- qat bahalı İNSAN olmağını, SƏNİN ŞƏHİDLİK MƏQAMINI, elə həmin yerdəcə SƏNİN ayaqlarının kirini öpərdim, cənab ŞƏHİD QARDAŞIMIZ ŞÜKÜR CAN! Sən demə ALLAH yanında Sən bizim hamımızdan qiymətli, ləyaqətli, hörmətli imşsən! Bunu əvvəlcədn bilmək olmur axı !!! MƏMİŞOV ŞÜKÜR ŞURA OĞLU 1967 ci ildə Yer üzünün gözəllər göyçəyi Göyçə mahalının Nərimanlı kəndində dünyaya gəlmişdir. Uşaqlığından çox istiqanlı, qohumcanlı, qoçaq idi. Gözəl at çapa bilirdi. Tüfənglə istənilən hədəfi atın çaparına vura bilirdi. Heç nədən qorxusu yox idi. Atı da çox bərk gedirdi. Çapa-çapa atın qarnının altından keçib, o biri tərəfdən yenidən belinə sıçrayırdı ki, bunu da hər adam edə bilməzdi. Kim hara buyurub çağırsa etirazsız deyilən sözü yerinə yetirən bir adam idi. Heç haram yedizdirmədi rəhmətlik Şura kişi balalarına. Gözəl surətli, qeyrətli, namuslu bacılarının and yeri idi böyük qardaşları Şükürün adı. Şükür əsgərliyi bitirəndən sonra Göyçənin növbəti fəlakəti başladı. Şura dayı da doğma kəndini tərk etmək məcburiyyətində qalaraq ailəsi ilə Şəmkirin indiki Nərimanlı kəndində məskunlaşmışdı. Bir müddət burada yaşayandan sonra Naftalan şəhərinə köç edib burada da məskən saldılar. Şükür ləyaqəti ilə hər kəsin dərin hörmət qoyduğu qeyrətli bir el qızı ilə evləndi. Onun həyat yoldaşı Nəzakət xanım ismət rəmzi olaraq hər an insanların ehtiram ünvanı olaraq tanınır. Bu evlilikdən Şükürün torpağı sanı yaşasın bir ləyaqətli oğul övladı Ramil onun çırağını yandırır. Şükür Şura oğlu Məmişov erməni zülmünü unutmamışdı. Zaman keçdikcə onun içindəki qisasçılıq hissi onu rahat buraxmırdı. Odur ki, milli qan yaddaşımız qarşısında borcunu yerinə yetirmək üçün künüllülərdən ibarət hərbi dəstəyə daxil oaraq, Vətən uğrunda gedən döyüşlərə qatıldı. Bütün döyüşlərdə şərəfli yol keçərək, öz şücaəti ilə dillər əzbər oldu. Şükür ən çətin yerlərdə döyüş aparan cəsur döyüşçü idi. Onun amalı “Vətən sağ olsun, mən ölsəm də olar!” prinsipinə əsaslanırdı. Qeyd etmək istəyirəm ki, hərbi formada Bakıya gəlmişdi. Qohumlar etiraz elədilər ki, gəl bir yolla döyüşdən çıx. Ölə bilərsən, əsir düşərsən anan , atan yazıqdı. Cavabı: - “Mən ölənlərdən artıq deyiləm ha... öləndə də öləcəm, amma ermənilərin anasını ağlatmamış ölən deyiləm!” Belə bir şücaət sahibi idi ki, erməni polkovnikin, komandirin gedib erməni tərəfdəcə başını kəsib gətirdi. Döyüş yoldaşlarının qanı əvəzinə. O murdar başı da bir həftə Naftalanda asdılar bir yerdən, hamı lənətlədi. Atası Şura kişi, bu hərəkətinə etiraz etmişdi ki, öldürürsən, öldür daha niyə başını kəsirsən!? Bəs bizimkilərin başına nə oyun açıblar bunlar!? Deyə Şükürün gözünü qan örtmüşdü. Neçə- neçə erməni qulaqları kəsib gətirmişdi.Onun vətənpərvərliyinin ayrı bir cəhəti var idi. Müharibənin psixo - emosional təsirini bilmədən onun bu hərəkətini dəyərləndirmək olmaz! Hər əsir uşaq, qız, qadın, qoca sanki Şükürün ailəsinin bir üzvü idi. O, hamının qisasını tək alacağına söz vermiş kimi görünürdü. Şükürün dəstəsi çox şücaətli idi. Ermənilər onları yaxşı tanıyırdılar.İzləsələr də yaxına gəlməyə risk etmirdilər. Təkbaşına gedib altı erməni əsir gətirmişdi.Övladı şəhid olan bir ANAYA –daha doğrusu döyüş yoldaşının anasına təsəlli olsun deyə. 1992 ci ildə Gülüstan kəndi yaxınlığında gedən döyüşlərin birində Şükürün Yunusla bərabər iki nəfər döyüş yoldaşını Fransadan gətilrilmiş erməni qadın snayperlər vurmuşdu. Hamı sürünüb, yumallanıb gözdən itə bilmişdi. Lakin təkcə Şükür snayper gülləsinə tuş gəlmiş komandiri İspəndiyarın mübarək nəşini götürmək üçün geri dönmüşdü. Elə şəhid yoldaşının nəşini alıb biz tərəfə gələn moment gicgahından Şükürü də vurmuşdular. Xəbər gəldikdən sonra hamı bir- birinə dəydi. Tanıyan tanımayan çox ağladı. Bizim uşaqlar gedib bir erməni tutub gətirmişdilər ki, Şükürün qanını alsınlar. Onu da anası Zemfira xala qoymamışdı ki, ona dəyməyin. Şükürü O vurmayıb ha. İnanın ki, həmin uzun ermənini iki gün Şura kişinin zirzəmisində saxladılar, Zemfira xala ona yemək verdi. Kəsilmiş qulağını sarıtdırdı.İki gündən sonra da kimləsə dəyişməyə aparıb təhvil vermişdilıər o məlunu. Şükür Məmişovun mübarək nəşi 50 gün erməni tərəfdə qaldı. Demək ki, ermənilər onu tanıyırlarmışlar. Onunla bərabər üç nəfərin də nəşini yeri qazıb aralarına şifer qoyaraq üst- üstə basırmışdılar. Yəqin ki, satmaq üçün belə ediblərmiş. Meyit basdırıldıqdan bir həftə sonra əti sümükdən tamalilə ayrılır. Ən maraqlı budur ki, əlli gün keçməsinə baxmayaraq Şükürün meyidi çürüməmişdi. Elə bil bu gün şəhid olub kimi görsənirmiş. Demək ki, Allahın Şəhidlərə xas olan məxsusi əmri var. Bu fakt göstərir ki, şəhidlər doğrudan da ölmürlər. İndi kimdən deyim ŞƏHİD ANASI ZEMFİRA MƏMİŞOVA TELİŞ QIZINDAN. Şükürün meyidini vermək üçün ermənilər 50 ton neft istəmişdilər. Xəbər Zemfira xalaya çatanda O, buna qəti etiraz etmişdi ki, yox nefti vermək olmaz. Bütün döyüşən əsgərlər məndən ötəri Şükürdür. İndi də erməni nefti doldurub, tankını xodlayıb gəlib o biri uşaqları qıracaq. Neft zad verilməsin!” Baxın cavan oğlunun itirmiş bir şəhid anansının belə vəziyyətdə olan davranışına özünüz qiymət verin! O da şəhid qismində nəzərdə tutla biləcək qədər qüdrətli, bütün əsgərlərin anası olan bir xanım kimi köçdü bu dünyadan. Cənnət məkanında doğma ŞƏHİD oğlu ilə görüşmək üçün! Ölümündən sonra Məmişov Şükür Şura oğluna “Hərbi xidmətə görə” medalı verilmişdir. Qeyd etməliyəm ki, bu addan çox yuxarı dərəcənin müqabilidir Şükürün xidməti.

Son döyüşündə ondan artıq ermənini gəbərtmiş igid döyüşçünün mübarək məzari Naftalan şəhərində Şəhidlər  xiyabanındadır.

Hacı Abbas Əli oğlu Bağırov provizor, həkim, tibb üzrə fəlsəfə doktoru, Qələbə Tibb Mərkəzi MMC nin direktoru

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN ƏLİYEV SAHİB ŞAHMALI OĞLU Göylərinin səması aydın,sonsuz asimanı parlaq, Göyçəklər göyçəyi,göy rənginin gözəlliyi Göyçə gölünün ritmik və harmonik dalğalarına əsrarəngiz gözəlliklər verən, saf sulu, ləziz nemətli,eyşli -işrətli, sözlü- söhbətli, qonağa hörmətli ,qəribə inayətli qədim və ULU Göyçənin təbiətində, rüzgarında hansı zənginlik var idisə, hamsı Göyçə mahalının Nərimanlı kəndinin saz- söz aləmində, hikmət dünyasında tanınıb urvat- hörmət qazanmış şair Şahmalı Əliyevin xasiyyətində var idi. Kaloritli , mehriban, duyğulu səsi ilə, gözəl avazı ilə, nəfəsinin hənirtisi, halal çörəyi ilə gözəl layiqli övladlar böyütdü Hörmətli Şahmalı Əliyev. Oğlanları və qızları el içində namusu, qeyrəti təssübü ilə saf- sağalm bir əxlaq xətti üzərində böyüdülər. El sənətkarının balaları içərisində Sahib Şahmalı oğlu Əliyevin özünəməxsus fərqli bir xasiyyəti var idi.

Bu məqaləmdə əziz və mehriban, həm hörmətli, əbədiyaşar, ALLAH TAALANIN özünün ali rütbə vermiş olduğu Sahib qardaşımız haqqında xatirələrimi bölüşmək niyyətindəyəm. Niyə görə ALLAH TAALANIN özünü ali rütbə vermiş olduğu deyirəm, çün ki, insanlar xidmətlərinə görə, fəaliyyətlərinə görə müxtəlif peşələrdə, müxtəlif səviyyələrdə və vəzifələrdə xidmətlərindəki müsbət göstəriciləri ilə fərqləndikdə rəhbərlik tərəfindən təltif olunurlar. On səkkiz min aləmin şəkksiz RƏHBƏRİ tərəfindən təltif olunmaq nə deməkdir, mahiyyəti nədir bu insan zəkasının tamamilə dərk edəcəyi bir məsələ deyil. Uca yaradan seçilmiş bəndələrini ŞƏHİDLİK səviyyəsinə qaldırmağı rəva bilib öz zatının fitrətinə. Sahib də dünya və axirətin seçilmişlərindən olduğu üçün ona bu rütbə verildi İLAHİDƏN!

Onun barəsində ilk təəssüratım mən altıncı sinifdə oxuyanda başladı. Biz məktəbin ikinci mərtəbəsində kimya kabinetində oxuyurduq. Axırıncı dərsdən sonra məktəbdə qalmışdım. Koridorun başında rus dili kabineti var idi. Rus dili dərslərini sinifi iki qrupa bölüb keçirdilər. Niyəsə SSRİ- nin siyasəti idi bu. Bütün dərslərdə sinif bütünlüklə olurdu dərsdə, amma rus dilində iki qrup yaranırdı. Xülasə ikinci mərtəbədən məktəbin çəpəri xaricində doqquzuncu sinifin uşaqlarının Hərbi hazırlıq dərsinə baxırdım. Həmişə adını hörmətlə andığımız hörmətli Qoşunəli müəllim Hacıyev şagirdlərə hərbi hazırlıqdan “ Hərəkət zamanı geri dön və irəli marş!”məşğələsini tədris edirdi. Demək olar ki, hərbi hazırlıq hərəkətləri içərisində ən müşgüllərindən biri bu hərəkəti qüsursuz icra etməkdir. Uşaqlar sıradan çıxır, iki –iki bu hərəkəti yerinə yetirirdilər. Təsəvvür edin ki, bu işin öhdəsindən Sahibdən başqa səlis gələn olmadı.Yalnız O, müvazinətini saxlayaraq dəqiq hərəkətlər edirdi. Sonra mən özlüyümdə bu hərəkəti xeyli məşq etməli oldum ki, görəsən bunu niyə hamı yaxşı yerinə yetirə bilmir.Sən demə bu hərəkəti dəqiq etməyin də bir fəlsəfi anlamı, insanın öz-özlüyündə bir iradə ölçüsündə olmağı var imiş.Bu həmən mətinlik həmən iradə, həmən cəsurluq imiş ki, biz bilmirikmiş və hörmətli Sahib Alıyevin mübarək vücudunda cəmləşibmiş. Bir xatirə də yadıma düşdü. 1990 cı il idi. Biz də tələbə idik. Gecə Nəsimi bazarına tərəf gedirdik . Birdən Sahiblə rastlaşdıq.Əlində iki kulok nəsə aparırdı. Bizi görən kimi dedi ki, alın bunun birini verim sizə. Bunun sovqatını aldıq bir qədər söhbət edəndən sonra ayrıldıq. Ayrıldıqdan dərhal sonra O, geri döndü və dedi ki, bizim burda evimiz var bunu da götürün. Məcburən bu kuloku da bizə verdi. Kuloklarda da tələbə üçün zəruri olan ərzaq var idi. Həmən ürək, həmən qəlb, həmən qayğıkeşlik, canıyananlıq idi Sahibi ən mübarək həddə qədər ucaldan! Əliyev Sahib Şahmalı oğlu 1968 ci ildə Göyçə mahalının Nərimanlı kəndində anadan olmuşdur. Gözəl uşaqlıq, gənclik illərinin hörmətli seçilən bir şəxsiyyəti kimi gəncliyindən hamının nəzərində ucalıq tutmuşdu. Orta məktəbi müvəffəq şəkildə bitirdikdən sonra 1985 ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşdur.1986 cı ildə sovet ordusunda hərbi xidmətdə olmuş, məktəb illərində aldığı hərbi biliklərin təkanı ilə çox yüksək göstəricilərlə 1988 ci ildə ordu sıralarından təxris olunmuşdur. 1988 ci ildən mənfur qonşularımızın xain, şərəfsiz, alçaq düşmənçiliklərinə qarşı aparılan bütün tədbirlərdə Sahib Alıyev ön sıralarda olmuşdur.1992 ci ildə ali təhsilini bitirib erməni rus birləşmələrinin amansız və xəyanətkar əməllərinə dözməyərək, diplomunu belə almamış torpaqlarımızın işğalıdan azad edilməsi üçün aparılan hərbi əməliyyatlara könüllü olaraq qoşulmuşdur. Ağdərə bolgəsində aparılan hərbi əməliyyatlarda peşəkar döyüşçü kimi - şöhrət qazanmışdı. Bu məsələ komandanlığın diqqətini çəkmiş və Daxil İşlər Orqanlarına qəbul olunması üçün Bakıya göndərilmişdi. O, bu tapşırığı yerinə yetirmək üçün Bakıya gəlmiş, bitirdiyi İnstitutdan sənədlərini götürərək Daxili İşlər Orqanlarına təqdim etmiş və yenidən döyüş yoldaşlarının sıralarına qatılmaq üçün Ağdərə bölgəsinə yollanmışdır. Bir neçə əməliyyatlarda misli görünməmiş şücaətlər göstərən Sahib Alıyev düşmənlərin diqqətini çəkmişdir.Sahib Alıyev heç kimin cürət edə bilmədiklərini etməklə öz vətəndaşlıq və vətənpərvərlik borcunu yerinə yetirirdi. Döyüşlərdə şəhid olmuş əsgərlərimizin mübarək nəşini döyüş bölgələrindən çıxarmaq üçün təşkil edilən taktiki əməliyyatlara məhz Sahib Alıyev rəhbərlik ediurdi ki, bu əməliyyatlar zamanı neçə- neçə erməni tulası cəhənnmə vasil edilirdi. Operativliyi ilə yüksək bacarığa malik olan Sahib Alıyev 1992 ci ildə hərbi əməliyyatların birində qəhrəmancasına müqəddəs ruhunun cismindən ayrılaraq Şəhidlik məqamında əbədiyyətə qovuşması ilə adını ali bir lövhəyə yazdırmışdır.

Olarmı dünyada ele bir insan,
Ona fələk kəmənd atmamış olsun.
Sürə dövranını ömür və ömür,
Bu qara torpaqda yatmamış olsun!
Kimə qismət olur cənnətin bağı,
Acıq sexaveti, kefi, damağı
Nə bir fikir cəkə, ne sinə dağı
Ölüncə bir qəmə batmamış olsun!
Bu qoca dünya da fanidir fani,
Qurduğu qurğunu pozarmı yəni, 

Tapın Sahmalı tək bir beynəvanı,

Əhdi peymanına catmamış olsun!

Bu şeiri oxuyanda adam hiss edir ki, bu böyük sənətkar gələcəyi hiss edirmiş demək! Hörmətli Şahmalı Əliyevin qərib ruhuna xitabən deyirəm, ki, ey dahi insan, sən hardan bilirdin ki, dünyanın sonunda fələyin kəməndinə sənin də övladın tuş gələcək !? Yox bəlkə də elə deyil!!! Sənin və Sahibin mübarək və qərib ruhu Sahibin ŞƏHİDLİK mərtəbəsində cənnətdə görüşəcək, bu halətiniz mübarək olsun! 1992 ci ilin avqust ayının 3-də xəbər gəldi ki, Sahib şəhid olub. Həmi vaxtlar əziz və hörmətli Sahib Alıyevin böyük qardaşı Şəmşir Alıyev də Fizuli bölgəsində döyüşlərdə idi. O zamanlar şəhəri gəzmək belə olmurdu. Hansı tinə dönürdün şəhid mağarı qurulub, psixoloji cəhətədn çox ağır idi vəziyyət. Sahibimn mübarək nəşi döyüş sahəsində müqəddəs torpağının üzərində şəhid nəşi kimi ərşə nuraniyyət qaldıran bir mücəssimə kimi görünürdü. Yenidən taktiki əməliyyat başladı bu dəfə sahibsiz və sahibin mübarək bədəni sahədən alınaraq bakıya gətirildi. Avqust ayının altısı ən qiymətlilərimizn uyduğu ŞƏHİDLƏR XİYABANINDA dəfn edildi. Onun dəfninə bütün tələbə yoldaşları gəlmişdi. Bütün tələbə yoldaşları sanki ən əziz adamını itirmiş kimi ağlayırdılar. Onun qızlardan ibarət patok yoldaşlarının hərəkətləri heç vaxt gözümün önündən getməyəcək. Sanki onların həyatı sönmüşdü, sanki onların ümüdləri sönmüşdü, sanki onlar elə bilirdilər ki, Sahib oradadırsa torpaqlar mütləq alınacaq. Sanki onlar üçün dünyanın sonu idi. Sahibə bu qədər bağlılıqlarının səbəbini yazmaq üçün cildlər lazımdır . BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNİN bu günkü ünvanı da ŞƏHİDLİYİ ilə vətən, el, Azərbaycan, insanıq adına şərəf gətirən şəhid qardaşımız SAHİB ŞAHMALI OĞLUNUN güzarına düşdü.İndi də xatirələr sizlərindir.


Allah- taala müqəddəs məkanlara, müqəddəs məqamlara, müqəddəs insanlara böyük dərəcələr verməklə yaratdıqları içərisində fərqlilik ölçülərini sonsuzluğa qədər genişləndirməyi ilə öz zatına bənzərsiz əzəmət təqdir etmişdir. Azərbaycan xalqının müqəddəs yaradılışın ehtiramını saxlamaq kimi təbiəti çox qədim köklərə bağlıdır. Bu gün də özünün kimliyini, əcdadlarının yollarını, qan yaddaşını unutmayan, milli qüruru ilə yaşayan iman və əxlaq elmi ilə tofiqata çatmış hər kəs müqəddəslik simvollarının qarşısında öz hörmət və ehtiramlarını saxlamaqdadır. Müqəddəs məkan- şəhidlər xiyabanı, müqəddəs məqam- şəhidlik məqamı, müqəddəs insan –şəhid. Bu üç ölçüyə sığmaz müqəddəslik əlamətləri bir vucudun üzərində cəm olduqda görün idrakın ala bilməyəcəyi hansı bir möhtəşəmlik yaranır! Xatirəsi daim əziz olan, qürur və and yerimiz- şəhid -MİLLİ QƏHRƏMAN- ŞÖVQİYAR! Müqəddəs məkanda- Şəhidlər xiyabanında, müqəddəs məqamda-şəhid məzarında, müqəddəs insanlıqda -axirətinə peyğəmbərlər məqamından sonrakı məqamda yol açmış Ulu Yaradanın öz qatında zinətləndirdiyi əziz bəndəsi BÖYÜK NƏRİMANLI - ŞÖVQİYAR CƏMİL OĞLU ABDULLAYEV

Bizim uşaqlığımız hörmətli və əbədiyaşar Şövqiyar Abdullayevlə birlikdə keçib. Uca Allahın özünün cənnət əhli olmaq dərəcəsinə çatdırdığı bu böyk şəxsiyyətlə birlikdə böyüyüb, dostluq münasibətləri ilə yaşamaq mənə müyəssər olmağından daim iftixar hissi keçirirəm! Keçən günləri, bu günlər sırasında onun hər davranışını, hər sözünü, hər münasibətini təhlil edərkən bütün hallarda Şövqiyarın varlığında məsumluq görürsən. O, qədər canıyanan idi, o qədər zəifin yanında durub onun haqqını qoruyan idi, ədalətsizliyə o qədər sərt münasibət göstərirdi ki, belə adamlıq meyarlarını müqayisə edə biləcək bir ülgü tapamaq indi mümükünsüzdür desəm yanılmaram. Kiçik yaşlarda o qədər qəlb genişliyi, ətrafa diqqət, umduğunu görməməyinin qarşısında özünü vüqarlı tutmaq, sınmamaq, sındırmamaq kimi gözəl əlamətlər idi onun xasiyyətnamə yazıları. Elə bu yazılar da tale yazısını ŞƏHİDLİK zirvəsinə qaldlrdı. Biz məhəllədə aşıq oynayardıq. O, kiminsə aşığını udanda deyərdi; yaxşı gəl indi Ənnəxas oynayaq, Sultan oynayaq, Əlli üç addım oynayaq onda sən udacan. Çün ki, Cız oynamağı hamımızdan mahir idi. Kiminsə aşığını udub onu pisikdirmək istəməzdi. Futbol oynayanda cığallıq edən uşaqlara nə qədər təpər və hövsələ ilə haqlı olmadığını başa salmağa çalışardı, ağsaqqal kimi başa da salardı. Şövqiyar əlində yükü olan hər kəsin köməyinə tez çatmaqda birinci təşəbbüskar idi. Xüsusən də qıraq kəndlərdən kəndimizə qonaq gələn insanlara elə bir dəyər verərdi ki, heç indi onun uşaqlığında etdiklərini biz bu yaşımızda edə bilmərik.O, çox qohumcanlı idi. Axşamlar mal- qoyun sıradan qayıdandan sonra gecə yarısına qədər biz onunla birlikdə heyvanları otarardıq. Ancaq köhnə kişilərə xas olan təbiəti ilə daim ədalətli olmağı təbliğ edər, daim keçdiyimiz dərslərdən suallaşar, sanki kiçik bir sinif açıb müəllimlik edərdi. Ən acıqlı vaxtında heç kimin işlətmədiyi vulqar bir ifadə də işlədərdi. Doğulduğu hansısa bürcün ulduzunun nuraniyyəti bütünlüklə onun mənəviyyatına çökmüşdü. Erməni deyilən şərəfsizdən o qədər zəhləsi gedirdi ki. Ferma tikməyə gələn ermənilər işləyirdi kənddə. Mən gedib onlarla ermənicə danışanda, O, həmişə əsəbləşərdi ki, onlara yaxın getmə, onlar ermənidir. Düzdür bizim də ermənidən zəhləmiz gedirdi, çün həmişə düşmənçiliklərini tanıtdırdılar bizə. Deyirdim, ay Şöqü, sən özün kəndə gələn adamlara necə xoş münasibət göstərirsən axı. Erməni bizim düşmənimizdir, onlar murdardılar deyirdi. Heç o vaxtlar heç kimin ağlına indiki haqq-hesablar gəlməzdi. Elə onun uşaqlıqdan erməniyə olan nifrət yolunun mənsəbi erməniyə qarşı döyüşdə ŞƏHİDLİKLƏ tamama yetdi. Bütün təsərrüfat işlərində öz evlərinin və qohumlarının ən böyük dayağı idi. Necə gözəl qəhmər çıxmağı bilirdi. Hosdana, eşşəkbeli, dirədöymə, çiliyağac, cız, alıx- balıx oynayardıq . “Zülmə” düşənləri həmişə Şövqiyar çıxarardı vəziyyətdən. Şövqiyar Abdullayevin böyüklüyü nərimanlılıq sərhəddini çox geniş diapozonda keçir. O, İnsan üçün ən əziz olan mübarək canını Vətən yolunda qürbət qəsdi ilə təhvil etdi. Qəbzi -ruhu şəhidlik yolunda cənnətə verildi. Bu ALİ dərəcəsini Allah özü mübarək etmişdir İnşAllah! 1969 cu il doğumlu idi. Lakin öldüyü tarix yoxdur. O, ölməmişdir! Allahın vədidir- şəhidlər ölmür! (ARDI SOSİAL ŞƏBƏKƏDƏNDİR. Yazı gözəl işləniyinə görə cüzi dəyişikliklə əlavə etmək qərarına gəldim.Müəllifinə təşəkkürlər!)

Orta məktəbi bitirdikdən sonra, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuşdur. Birinci kursu bitirib ikinci kursa keçən Şövqiyarı 1987-ci ilin payızında hərbi hissəyə çağırdılar.Əsgərliyə yola düşməzdən əvvəl valideynləri və qohumları ilə görüşmək üçün Şövqiyar Göyçəyə Nərimanlıya gəlmişdi. Son dəfə əsasən bütün dost-tanış, qohum-əqraba, məktəb yoldaşları və müəllimlər onunla görüşə təşkil olunmuş böyük ziyafətə toplaşmışdı.Həmin ziyafətdə, qədim Göyçənin son şirinliyini dadırmış kimi, Şövqiyar dostları və yoldaşları ilə bütün gecəni səhərə kimi deyib-gülmək, yeyib-içmək, oynayıb şənlənməkdən zövq aldı. Xüsusən aşıq şerinə vurğunluqla qulaq asan bu gəncin sinəsində neçə-neçə dəyərli şer inciləri əzbər idi! Əsgəri xidmətini Monqolustanda tank qoşunları sırasında tank komandiri kimi başa vuran Şövqiyar iki illik əsgəri xidmətdən qayıdanda -1989 –cu ildə ana yurdu Göyçə mahalı yağıların caynağına keçmiş, yurdun əsl sakinləri qovularaq yerində faşist xislətli yağılar at oynadırdı. Bir qərib aşığın bu bayatı deyimi Şövqiyarın dilinin əzbərinə çevrildi. Vətənini, doğma ana-bacısını (yeri gəlmişkən, Şövqiyar gil 6 qardaş, 2 bacıdan ibarət şirin bir ailə idilər, onların sırasında Şövqiyar 3-cü evlad olsa da, ailədə hamı onunla hesablaşmalı olurdu) dərini bir ehtirasla sevən Şövqiyar Vətən həsrətini doğma yurdun nisgilini bir an unuda bilmirdi. Yağı düşmənlərin son dönüklüyünü Şövqiyarın təhsilinə də təsirsiz qalmadı. Əvvəlki həvəs və ehtiraslardan, elmə olan qeyri-adi aludəlikdən Şövqiyarda elə bil əsər-əlamət qalmamışdı.20 yanvar faciəsi, vertalyotda vurulan görkəmli azərbaycanın oğullarının itkisi, tarixdə misli-bərabəri olmayan Xocalı faciəsi vətən və millət təəşşübkeşi olan Şövqiyarı bütün varlığı ilə sarsıtdı. Ürəkaçan işlərdən xüsusi zövq alması ilə bərabər faciələrdən hədsiz kədərlənməsi ilə də Şövqiyar hamıdan seçilirdi. Şuşa və Laçın itkisindən sonra onu dindirmək, danışdırmaq olmurdu. Dərslərinə müntəzəm davam etmir, gənclər hərəkatına qoşulur, günlərlə evə gəlmirdi…. 1992-ci ilin mart ayının 3-də oxuduğu ali məktəbin məşğələlərini tərk edərək könüllü surətdə ordu sıralarına daxil oldu.Onların tank bölməsi Ağdamda yerləşirdi. İlk döyüş aprelin 26-da Şelli istiqamətində oldu. Sonra onun silahdaşları Gülablı istiqamətində müdafiə mövqeyi tutub Abdal, Aranzəmin, Pircamal, Naxçıvanik kəndləri uğrunda şiddətli döyüşlər apardılar. 1992-ci ilin avqustun 23-də Gülablıdakı çox böyük strateji əhəmiyyətli yüksəklikdən müəmmalı şəkildə onun tank briqadası çıxarılaraq Drambon kəndinin müdafiəsinə kömək üçün göndərildilər. Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edildi və ən böyük müvəfəqiyyət isə o oldu ki, mühasirə halqasına düşmüş çox böyük sayda piyada döyüşçülərimizi mühasirə halqasından çıxara bildilər. Həmin döyüşdə Ş.Abdullayevin tankı vuruldu və igid döyüşçü hər iki qılçasından qəlpə yaraları aldı. Onu Ağdamdakı hərbi qospitala çatdırdılar. Həkimlər ona qılçalarına dolmuş qəlpələri təmizləmək üçün Bakıya getməyi məsləhət görüb, müvəqqəti sarıq qoydular. Şövqiyar isə sarıqları açıb ataraq «Mən yoldaşlarımı odun-alovun içərisində qoyub heç yerə gedə bilmərəm, elə adamlar tanıyıram ki, bədənlərində Böyük Vətən müharibəsindən indiyə kimi qəlpə gəzdirir» - demiş və xəstəxanadan qaçaraq döyüş bölgəsinə gəlmiş, öz komandiri olduğu tanka qalxaraq son nəfəsinə qədər Vətən, yurd, torpaq uğrunda döyüşmüş, canını vurğunu olduğu doğma torpağa qurban vermişdir. O zamankı qəzetlər Şövqiyar Abdullayev Cəmil oğlunun igidliyindən çox yazmışdı. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı kimi şərəfli bir ada layiq görülən Şövqiyarın Azərbaycan, Aydınlıq, Vətən səsi, Azərbaycan müəllimi, Ziya, Şəhriyar, Bakı və s. qəzetlərdə döyüş yolundan bəhs edən yazılar getmiş Göyçə şəhidləri (Qədim Aslan), Azərbaycanın Milli Qəhrəmanları (Vüqar Əsgərov) Ağrıdağlı Qəhrəmanlar (Bilal Ənsər), Oğuz elinin müqəddəs ocağı Göyçə (Salman Vilayətoğlu) Ömür karvanı II hisə (Əli vəkil) və sair kitablarda onun xatirəsi yad edilərək əbədiləşdirilmiş, haqqında bir çox şer və poemalar da yazılmışdır. Onun təltif olunduğu Azərbaycanın Milli Qəhrəmanının Qızıl ulduzunu ulu öndərimiz Heydər Əliyev qəhrəmanın valideynlərinə təqdim etmişdir. 1992-ci ilin 27 avqustunda Drambon döyüşündə qəhrəmancasına həlak olan Abdullayev Şövqiyar Cəmil oğlu 29 avqust 1992-ci ildə müqəddəs Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Hacı Abbas Əli oğlu Bağırov provizor, həkim, tibb ürə fəlsəfə doktoru, Qələbə Tibb Mərkəzi MMC-nin direktoru


BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN

Yazılarımı BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN başlığı altında verməyimin qürurunu yaşamaqdan məmun olduğumu sizlərlə paylaşıram ! Mübhəmlikdən uzaq olsa da məncə bu başlığın bir qədər məchul, bir qədər də mücərrəd mənası var! BÖYÜK NƏRİMANLILIAR deyəndə nəzərdə tutlan fikir nədir? Əcaba yaşca böyük nərimanlılar, ya böyük zirvələrə çatmış nərimanlılar, yaxud böyüklüyü tamamən kimliyinə köçürmüş nərimanlılar!? -Hər üçü. Bəli hər kəs öz elinin, öz mahalının, öz vətəninin təəssübü ilə yaşamalıdır. Məmunluq hissi ilə qeyd etmək istəyirəm ki, bizim yaşadığımız təəssüb payının kütləsi ağırdır. Həmən təəssüb ki, milli həmrəyliyə, barışa, dövlətçiliyimizin müqəddəsliyinin dərkinə və qorunmasına yönəlmişdir. Bu hissləri yaşayan kimsə kiçik ola bilməz, elə eynilə bir çox göyçəlilər və nərimanlılar kimi. Böyüklüyü qurmaq və yaşatmaq təkcə yaş, imkan, vəzifə, ictimai mövqeyə bağlanmır təbii ki. Yaşca kiçikliyi ilə BÖYÜKLÜYÜNÜN sevincini bizə yaşadan - əzizimiz QARAYEVA NƏZAKƏT QRA qızına hamımızın adından təşəkkürlərimizi bildirməklə, yeri gəlmişkən bu dəfəki yazını da onun hörmətli və mötəbər şəxsinə həsr etmək istəyirəm. Rumınyada stolüstü tennis üzrə Avropa birinciliyi başa çatıb! Mükafatların təqdim olunma mərasimi keçirilir. Hər kəs sevinc, həyəcan, mükafat ala bilməyənlər isə təəssüf hissi içərisindədirlər. Yəni insanların bütün hissləri çılğın fomada qabarıq şəkil almışdır və arenada uca səslə qaliblər müəyyən olunur. Yekunda fəxri kürsünün ən uca pilləsinin sahibəsi, Avropa birincisi, AZƏRBAYCAN adının möhtəşəmliyini bir daha dünyaya bəyan edən, yaşca kiçik, özü isə nəhəng səviyyə tutmuş Nəzakət Qara qızı Qarayeva dünyaya təqdim olunur! Budur, O, fəxri kürsünün ən uca pilləsinə qalxır və birinci yeri qazanması münasibətilə Qızıl Medalını sevinclə və fərəhlə alır! Ardınca bu sevincin, fərəhin dərhal kövrək, bakir, həyacanlı hisslərlə əvəz olunması başlayır ! Arenada dünyanın ən şirin, ən gözəl, ən məzmunlu, ən qüdrətli himni səslənir- MÜSTƏQİL AZƏRBAYCANIN himni! Bu himn bütün millətlərin qəlbini, duyğusunu riqqətə gətirən, insanın səhhətini İlahi bir məqama yaxınlaşdıran, hər dəfə səslənəndə kövrəklik notları üzərində insanın daxili aləmində qüdrət və rəşadət, qeyrət əlamətlərini dərinləşdirən bir himndir ! Dünyanın ən GÖZƏL musiqisidir! Sağ ol, Qızım, bu müvəffəqiyyəti bizlərə yaşatmağınla, bu himni beynəlxalq aləmdə səsləndirməyə nail oldun! Nəzakərt Qara qızı Qarayeva 2001 ci ildə Bakı şəhərində anadan olub. Onun adına nənəsi Nəzakət xanımın adını qoymağın da daxili mühitinə, mənəvi dünyasına təsiri olmamış deyildir yəqin. Çün bu övlad böyüdükcə kimin adını daşımağının məsuliyyətini dərk edərək böyüyüb. O, 2008 ci ildə Arif Vəliyev adına 158 saylı məktəbin birinci sinfinə gedib. Onun məktəb yolu mənim iş yerimin qarşısından keçirdi. Mən hər dəfə Nəzakətın anası Raminə xanımın onu məktəbə aparıb, dərslərdən sonra evə qaytarmasını görəndə fikirləşirdim ki, bu uşağın parlaq gələcəyi var! Yol boyu suallaşmalarla, Nəzakətin dərsə hazırlıq səviyyəsi anası tərəfindən kontroldasaxlandığını görürdüm. Başqalarının övladları özləri sərbəst gedib gəlirdi lakin,Raminə xanım isə öz valideynlik və ANALIQ missyasının məsuliyyətinin yükünü daşımaqla övladının hər anının qayğısından kənarda qalmadığına şahidlik edirdim.

Nəslin əlifbası anadır- ana, Bu sərt həqiqəti qoy bilsin hər kəs, Bir ANA yüz övlad verər cahana, Yüz övlad bir ana yarada bilməz!

Atalar evlərdə tək qoyub bizi, Evdən ayrılanda qəmə dolmuşuq. Analar çəkibdir hər dərdimizi, Qadın zəhmətilə kişi omuşuq.

Ananın ümmanca dərdi- səri var, Onun zəhmətindən ellər halıdır. Övlada verilən bütün medallar, Onun yaxasından asılmalıdır.

Anasız olmasın ömrü heç kəsin, Günəş tək nur saçır eşqi cahana. Everest zirvəsi qoy inciməsin, Dünyada ən uca zirvədir ana.

Hörmətli Raminə xanımım dəyərli ana ömrünə və onun bəhrəsinə ərmağan osun deyə yazımın içərisində bu şeiri xatırlatdım. Qara Əliqara oğlu Qarayev! Demək olar ki, bu adamın çoxlarından fərqli olaraq bildiyim qədər haram anlayışından xəbəri yoxdur! Əziz Qara müəllim, ona görə də övladınız haqda olan bu yazını həvəsdlə yazıram.

Nəzakət Qarayevə məktəbə getdiyi ilk ildən stolüstü tennis dərnəyinə yazılr. Qoçaq qız olduğu üçün bu vərdiş onda qısa zaman ərzində professional səviyyəyə qədər gedib çatır. Davamlı uğurlar qazanan Nəzakət əvvəlcə 2009 cu ildə yaşıdları arasında Respublika Çempionu adını alır. Bundan sonra yığma komandaya üzv seçilir. O, milli yığmamızın yarışlarında 2017 ci ildə Portuqaliyada keçirilən Avropa çempionatında III yeri qət etmişdir. 2018 cil ildə isə Rumınyada I yeri qət edərək, Avropa birincisi oldu! Büründüyünüz bu BAYRAQ daim Sizə mübarək olsun, hörmətli Nəzakət xanım! Vətən adını, Azərbaycan adını, El adını, Nərimanlı adından başlayan bir mənbə ilə ucaltın, Qızım, Tanrı ucalıq məqamından heç vaxt ayırmasın Sizi!

Hacı Abbas Əli oğlu Bağırob -provizor, həkim tibb üzrə fəlsəfə doktoru. Bağırov Abbas adlı şəxsin şəkli.


TÜRK DÜNYASININ TARİXİ MARAQLARINI MÜFƏSSƏL ŞƏKİLDƏ TARİXİ FAKTLARLA ORTAYA QOYUB MÜDAFİƏ EDƏN, MƏNFUR TÜRK DÜŞMƏNLƏRİNİN UYDURMALARINI GERÇƏK SUBUTlLARLA İFŞA ETMƏKLƏ TARİXİ MÖVQEYMİZİN ÜZƏRİNƏ LƏKƏ YAXMAQ İSTƏYƏN BÖYÜK QÜVVƏLƏRİN QARŞISINA BÖYÜK ELMİ DƏLİLLƏRİ İLƏ ÇIXIB, ONLARI MƏHVƏ SÜRÜKLƏYƏN, AZƏRBAYCANÇILIQ MƏFKURƏSİNƏ SƏDAQƏTİNİ DAİM BARİZ ŞƏKİLDƏ GÖSTƏRƏN, DÖVLƏTÇİLİYİMİZİN MARAQLARINI BÜTÜN DƏYƏRLƏRDƏN ÜSTÜN TUTAN, TƏHSİLİMİZİN İNKİŞAFINDA XÜSUSİ ROL OYNAYAN, İCTİMAİ- ELMİ-SİYASİ HƏYATDA RƏVAN VƏ TƏRTİBLİ ŞƏKİLDƏ MÖVQE SƏRGİLƏYƏN NÜFUZLU İCTİMAİ-ELMİ -SİYASİ XADİM, SANBALLI ALİM, DƏYƏRLİ VƏ HÖKMLÜ İDEYALAR MÜƏLLİFİ, GÖRKƏMLİ MÜTƏFƏKKÜR, TARİX ELMLƏRİ DOKTORU, PROFESSOR, BAKI DÖVLƏT UNİVESİTETİNİN PROREKTORU

SANİ TOFİQ OĞLU HACIYEV

Sevindirici haldır ki,müqəddəs missiyamız olan dövlətçilik maraqlarımızın beynəlxalq səviyyədə qorunmasında hörmətli professorumuz Sani Tofiq oğlu Hacıyevin mövqeyi xüsusi rol oynayır və bütün dairələrdə hörmətlə qarşılanır. Dövlətimizin tarixi gerçəklərinin uydurmalarla qənşər- qənşərə gəldiyi hər bir zaman professor Sani Hacıyevin parlaq zəkası həqiqətin parlaqlığı qarşısında, həqiqəti görə bilməyən gözləri kor omağa məhkum edir. O, bütün beynəlxalq konfranslarda seminarlarda, simpoziumlarda tarixi gerçəklərimizi və Azərbaycanın bu günkü vəziyyətini gözü götürməyən qüvvələri həqiqəti anlamağa məcbur etməkdə mahir manevrlərin müəllifidir. Harda Azərbaycanın tarixi haqlı mövqeyi varsa, orada hörmətli professor Sani Hacıyevin araşdırmalarının, elminin böyük dəsti -xətti mövcuddur. Onun tarixçi alim olmağı qandan gələn genetik kodlara bağlı olduğu üçün, elmi çıxışlarında da daha güclü təsir efdfekti yaradır. Doğma dayısı, nadir şəxsiyyətlərdən olan böyük dövlət adamı, elmi-ictimai- siyasi xadim, tarix elmləri doktoru, professor, millət vəkili- Səfiyar Bəylər oğlu Musayevin tədris, təbliğ və təşviq meydanından çıxıb sədaqətlə elmi- siyasi -ictimai mövqe sərgiləyən hörmətli Sani müəllimin sözü və ideyaları yüksək dairələrdə hörmətlə qarşılanmağı da xüsusi qeyd edilməsi lazım gələn məsələlərdəndir. Hörmətli professor Sani müəllim Hacıyev tarixi uydurma erməni soyqırımı məsələsini ifşa edən ən potensiallı alimlərimizdəndir. O, elmi- praktiki faktlarla sübut etdi ki, erməni soyqırımı olmayıb, əslində 600 min türk şəhid edilib. Mükəmməlliyi ilə ən ağır çəkili fakt kimi ortaya qoyulan Sani Hacıyevin tarixi yanaşmaları aktuallığı ilə bərabər, zəruri sənəd kimi bütün mübahisəli tarixi məsələlərin çözülməsində ən qiymətli material kimi qoyulur ortaya . Sani müəllimin atası hörmətli ziaylımız, alimimiz, el ağsaqqal- larımızdan olan Tofiq Pənah oğlu Hacıyevin qoyduğu yol da Sani müəllim üçün böyük örnək rolunu oynamışdır. Hörmətli Tofiq Hacıyevin Neft-Kimya Prosesləri İnstitutunda apardığı tədqiqatların nəticəsi keçmiş SSRİ- nin bütün kimya laboratoriyalarında tətbiq olunurdu. Bu gün də Azərbaycanda və dünya miqayasında rəhmətlik Tofiq müəllimin elmi -praktiki əhəmiyyətə malik olan səmərəli işlərinin nəticəsi neft- kimya sənayesinin inkişafında əvəzsiz rol oynayır(sonra bu haqda söhbət açmaq istəyim var). Bu məsələni qeyd etməkdə məqsədim odur ki, "Ot kökü üstə bitər!" misalı həqiqətən tarixin sınanmış doğru hikmətlərindəndiur. Bu nəsilin ruhundadır pedaqoqluq xarakteri. Hələ tələbəlik illərində təhsil alarkən Sani müəllim kəndə gəlmişdi. Nərimanlıda gözəl bir tendensiya var idi, tələbələr tətilə gələndə hər bir tələbə olan kəndçimiz öz profilinə uyğun dərsləri keçməyinə məktəb rəhbərliyi şərait yaradardı. Açığını deyim ki, növbəti nəsilin instituta qəbul olmasına ən böyük stimullardan biri idi bu tendensiya. Tələbələr gəlib sinifdə dərs keçəndə adam elə gözəl stimul alırdı ki. İstəyirdin daha da əzmlə hazırlaşıb sən də tələbə olasan. Mən beşinci sinifdə oxuyanda ikinci dərsimiz orta əsrlər tarixindən "Feodalizm dövründə kəndlinin mükəlləfiyyəti, kəndlilərin məcburi vergiyə cəlb olunması" mövzusu üzrə idi. Sani Hacıyev sinifə daxil oldu və kübar bir formada əlindəki paltosunu çıxarıb stolun başına səliqə ilə qoydu və dedi:"Salam uşaqlar, adım Hacıyev Sanidir, özüm tarix fakültəsinin tələbəsiyəm!" Bakıdan gəlmiş ziyalı təbiətli kəndimizin nümayəndəsinin hər hərəkəti diqqətimizi cəlb edirdi. Lövhədə bir sxem çəkdi amma sxem simmetrik alınmadı.Dedi ki,uşaqlar başğışlayın rəssamlığım yoxdur, amma fikrimi izah etmək üçün bu sxemi çəkdim. Əcaba "bağışlayın " ifadəsi kənd yerində işlənən ifadə deyil?! Nəzakətli tərzdə kübarlıq rəmzi olan bu ifadə təvəzökarlq nümunəsi kimi qaldı yadımda.(Həmin dərsi bu gün də Sani müəllim izah etdiyinin kopiyası kimi danışa bilərəm.)İndi də hərdən fikirləşirəm, kaş heç zaman heç bir müəllimimin dəftərində qiymətim aşağı düşməyə! 2 oktyabr, 1964-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonu Nərimanlı kəndində anadan olmuş, Hacıyev Sani Tofiq oğlu 1981-1986-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır.1986-cı ildə BDU-nun Tarix fakültəsini bitirərək təyinatla Kəlbəcər rayonu 3 saylı orta məktəbə müəllim vəzifəsinə təyin olunmuşdur.1988-ci ildə, təyinat müddətini bitirdikdən sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunda baş laborant vəzifəsində çalışmışdır. 1990-cı ildən Bakı Dövlət Universiteti Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasında baş laborant işləmişdir.1993-cü ildə həmin Universitetin əyani aspiranturasına gəbul olunmuş və 1996-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir.1996-cı ildə “Birinci dünya müharibəsi illərində Türkiyə-Rusiya münasibətləri və erməni terroru” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və elmlər namizədi alimlik dərəcəsi almışdır,kafedrada müəllim, 2000-ci ildən isə dosent vəzifəsində calışmışdır. 2000-ci ildən Tarix fakültəsinin dekan müavini, 2005-ci ildən isə dekan vəzifəsinə seçilmişdir. 2007-ci ildə “XX əsrdə Türkiyəyə qarşı erməni və PKK terroru” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və 2008-ci ildə AAK-ın qərarı ilə tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. 2011-ci ildən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə seçilmişdir. Asiya və Afrika ölkələri tarixi kafedrasının professoru, tarix elmləri doktorudur. Onun tədqiqatları müasir dünyanın bəlasına çevrilmiş "Müasir dünyada terrorizm "mövzusuna aiddir, bütün dünyanın ehtiyac duyduğu və mükəmməlliyi ilə seçilən istinadlar, həmin tədqiqatların praktiki əhəmiyyətinə yer üzündə böyük ehtiyac yaratmışdır. Professor Sani Tofiq oğlu Hacıyev xarici ölkələrdə tədris olunan tədris kitablarını müəllifidir. O,gözəl ailə başçısıdır. BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİ yazılarımın içərisinə el adına elminin bəhrəsi və şöhrəti ilə şöhrət gətirmiş hörmətli Sani müəllim haqda sizlərin də fikirlərinizin qatılmağında fayda var deyə düşündüm.


PLANETİN CƏRRAHLIQ ELMİNİN SEÇİLMİŞ 7 NƏFƏRİNDƏN BİRİ, TƏBABƏTİN SON NƏALİYYƏTİ OLAN ELMİ TRANSPLANTOLOGİYANIN AVANQARD NÜMAYƏNDƏSİ, ƏN SON CƏRRAHİ YENİLİKLƏRİN DÜNYA MİQYASINDA İLKİN VƏ HƏLLEDİCİ RƏYÇİSİ, ELM FƏDAİSİ, MÜƏLLİMLİK MƏFHUMUNUN DƏYƏRİNİ HƏM ÖZ MÜƏLLİMLİYİ İLƏ, HƏM DƏ ÖZ MÜƏLLİMLƏRİNİN TİMSALINDA ƏN ÜMDƏ DƏYƏR KİMİ YÜKSƏK TUTAN BÖYÜK ELM XADİMİ, İCTİMAİ MÜHİTDƏ OLDUĞU BÜTÜN YERLƏRDƏ SƏMƏRƏLİ FİKİR VƏ TƏKLİFLƏRİ İLƏ DƏRİN İZ QOYAN BÖYÜK İCTİMAİ XADİM, LEKTORLUĞUNUN MÜHAZİRƏLƏRİ NİTQİNDƏN BAL KİMİ SÜZÜLƏRƏK İNSAN ZƏKASINA DAŞ ÜZƏRİNDƏ YAZI TƏK YAPIŞAN ELM SAHİBİ -BÖYÜK ALİM, ÜLƏMANIN İÇƏRİSİNDƏ ELMİNİ DƏYƏRİ, KÜTLƏSİ AĞIR BƏDƏL TUTAN NÜFUZ SAHİBİ, ZİYALILIĞI İLƏ KƏNDİNİN, EL- OBASININ, XALQININ, MİLLƏTİNİN , ÖLKƏSİNİN, MÜSƏLMAN DÜNYASININ ADINI UCALDAN BİLİK VƏ HELM SAHİBİ, ATU-NUN I CƏRRAHİ XƏSTƏLİKLƏR KAFEDRASININ MÜDİRİ, TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR, AMEA-NIN MÜXBİR ÜZVÜ

NURU YUSİF OĞLU BAYRAMOV

Mən uşaq olanda xalalarım bizə tez tez gəlrdilər, yığılışıb çox maraqlı söhbətlər edərdilər. Onların bəzilərinin dişlərində çürümə var idi, bir birinə diş ağrısı barədə danışırdılar ki, bəs çəkdirmək lazımdır, təzə diş düzəltirmək lazımdır. Mən də diqqətlə bunlara qulaq asardım. Birdən ani olaraq onlara dedim ki; " yekələndə doxtur olajam, sizin dişlərinizi qızıldan düzəldəjəm!" Nəsə, bu minvalla doktoluq sevdalısı olmaq içimi, bütün arzularımı zəbt etdi sanki. Hər zaman doktorlarla bağlı verilişlərə baxardım, onların danışıq davranışlarından xüsusi əlamətlər varlığıma əxz olunardı. Öz aləmimdə tütün parniklərinin ramkalarının şüşəsindən iki, üç mərtəbəli "xəstəxana" düzəldər, içərisinə ağac budağına parçadan paltar tikib, geyindirib insan şəklinə salaraq bacılarımın düzəltdikləri kuklalar yığardım, onlara yataq düzəldərdim.Bu kuklaları xəyalən xəstə kim qəbul edib, hərəsinə bir "diaqnoz" qoyub gündəlik öz düzəltiyim "şprislə " iynələrini vurardım, gündəlik "obxod" edərdim. Doktor adı bütün hisslərimin ən həssas sədasına çevrilmişdi artıq. O vaxtlar mənim yaşımdan əvvəl kəndimizdən bir neçə doktorlar çıxmışdır. Lakin mən özümü dərk etdiyim dövrdən ilk olaraq Azərbaycan Tibb İnstitutuna (o vaxtlar AMİ deyirdilər) qəbul olan ilk kəs hörmətli Nuru Yusigf oğlu Bayramov oldu. Nuru müəllimin həkimlik sahəsinə istiqamətlənən bu addımı onu mənim gözümdə əlçatmaz bir ideala çevirdi. Hələ orta məktəbdə oxuyurdu hörmətli Nuru Bayramov, Bakıya gəlməmişdən əvvəl kim hara hazırlaşır soruşulanda, deyirdilər ki, Nuru AMİ-yə gedəcək. O dövrlər uşaqlar əsgərliyə gedəndə, gələndə şadyananlıq keçirilərdı. Nuru Bayramov da arabir məclislərdə şirin bir tərzdə kitatada ifa edərdi. Bu ifaya qulaq asa-asa mən onu seyr edərdim, elə bil qarşımda gerçək bir həkim oturmuş kimi xəyal edərdim. Özümü də doktorluğa hazırlamaq sevdamın ilk arzusu bu oldu( ilk dəfədir deyirəm bunu) : "Allah eləsin Nuru baş həkim olsun, mən də gedim onun yanında baş həkim olum" )))) Zaman keçdi, orta məktəbi yüksək səviyyədə biliklə bitirərək, qızıl medal almağa nail olmuş Nuru Bayramov Tibb İnstitutuna sənədlərini təqdim edib, uğurlu və nümunəvi qəbul imtahan konkusundan böyük nəticə ilə keçib, müalicə- profilaktika fakültəsinə qəbul oldu.O,institut dövründə bütün müəllim, professor heyətinin, tələbə heyətinin tanıyıb hörmət qoyduğu bir şəxsiyyət idi. Onun ciddi nizam- intizamla qurduğu və heç vaxt pozmadığı həyat rejimi ilə bağlı olan tələbəliyinin həyat tərzi belə idi; " əsas dərslərdir, imtahanlardan "əla"dan aşağı qiymət almaq olmaz, idman, istirahət, bazarlıq, dostlarla görüş, qohumlara baş çəkmək, özünü düz aparmayan yoldaşlara yol göstərmək, onları başa salmaq, yaradıcılıqla, musiqi- saz ifası ilə məşğul olmaq,sabahın planlarını qurmaq." Bir gəncin belə bir rejimdə özünü saxlaması görün nə qədər əzmkarlıq tələb edir! Nuru müəllimin yaşam tərzi onun yaşam hədəfini müəyyənləşdirdi. O, ali məktəbi qırmızı diplomla bitirdi. İnstitutun bitirlməsi münasibətilə keçirilmiş toplantıda Nuru Bayramov tələbələr adından çıxış edərək, yadda qalan ifadələrlə özünün ali dərəcəsini nümayiş etdirmişdir. Həmin törəndən "Azərbaycan gəncləri "qəzetində yazı getmişdi. Mən təsadüfən bu yazını gördüm, çox fəxrlə yaşadım, aparıb məktəbdə hamıya göstərdim ki; "qəzetdə Nurudan yazıblar!" Həmin dövrlərdə senzura o qədər güclü idi ki, hər adamın adını, hər bir məsələni mətbuatda verməzdilər (iraq indidən).Sevincimin əsas səbəbi o idi ki, fəxrimiz olan hörmətli Nuru Bayramova institutu bitirməsi münasibətilə "Qızıl skalpel" təqdim olunmuşdu, özü də təntənəli şəkildə. Siz təsəvvür edin bir nərimanlı Bakıdan gələn belə bir xəbərə Göyçədə necə raeaksiya verər.!? Elə hərdən nostalgiya ilə yaşayanda deyirəm görəsən insanlarda belə hisslər yenə də formalaşa biləcəkmi!? Professor Nuru Bayramov kəndimizin elimizin fəxrinə çevrildi, erkən yaşlardan, institutu bitirən kimi O, Moskva şəhərində aspiranturaya qəbul oldu. Aspiranturanı da özünə layiq , adına uyğun formada bitirdikdən sonta, tibb elmləri namizədi adı aldı. Mən hörmətli professorumuz, Nuru Bayramov haqda bir neçə kitab yaza bilərəm- tam mübaliğəsiz. Çün həm yaxşı tanıyıram onu, həm də tibb sahəsinin böyük alimlərindən olduğu üçün, daim göz önümüzdədir və onun barəsində geniş informasiyamız var. BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN olan yazılarımı əslində elmi dərəcəsinin yüksəkliyinə görə hörmətli Nuru müəllimlə başlamalı idim, bəlkə də. Lakin dədə- babadan qalan tərbiyəmiz böyüyə yol verməyi bizə unutdurmadı. Ona görə də ilk əvvəl yaşca böyüklərimizdən başladım. Elə böyüklük demişkən hamımızın böynumuzda axirətədək haqq qoyan, əziz müəllimimiz hörmətli Yusif Bayramovu xatırlamaya bilmətrəm. Yusif müəllim Əli molla kimi elmli və müdrik hazırcavab, qoçaq bir adamın ocağında böyüyüb. Böyüdükcə daim fəlsəfi, tərbiyəvi uzaqgörənlik mövzularının təsiri övladlarının həyatında və gələcəində təsir qoyub. Ona görə də Əli Molla balaları mötəbər şəxslər sırasına qatıldılar. Yusif müəllim kasıbın balası instituta girəndə onun valideynindən çox sevinərdi. Hamının balasının uca omasını səmimi qəlbdən istəyən, dərin hikmət sahibi idi. Kiminsə haqqına daş atmazdı. O, böyük el ağsaqqalı , hamının məclisinin başında yer alan bir şəxsiyyət idi.Təbiidir ki, belə bir əsildən- nəsildən gələn İNSAN hörmətli professorumuz Nuru müəllim kimi dərəcəyə çatmalı idi. Professor Nuru Yusif oğlu Bayramov AMEA -nın müxbir üzvü olmaqla akademiklər sirasına halal zəhmətilə, biliyinin, təcrübəsinin açdığı qapı ilə adını yazdırmağa müvəffəq olmuşdur. Onun bu yüksək titulu bizim fəxrimizdir! Dünya konfranslarında elmi simpoziumlarda onun çıxışları Azırbaycan adına şərəfdir. O, bir neçə alimlər yetirib. Əvəzi bilinməyən kitablar müəllifidir. Gözəl ailəsi var. İnsanlığın ali dərəcəsinə uyğun olan nə varsa, Allah Taala sevgidsi ilə bəxş etmişdir ona. İndi isə VİKİPEDİYADAN şərhsiz Nuru müəllimin səhifəsini əlavə edirəm bur ki, NƏRİMANLIMIZLA öyünək!


BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN

DÜNYA ÇAPINDA TƏSDİQLƏNƏN VƏ YÜKSƏK DƏRƏCƏDƏ QƏBUL OLUNAN ELM, SAVAD YİYƏSİ, ALİ MƏKTƏB PEDAQOQİKASINDA ÖZÜNƏMƏXSUS ÇƏKİYƏ MALİK, NEÇƏ-NEÇƏ ALİMLƏRİN YETİŞMƏSİNƏ KÖMƏKLİYİ VƏ TƏLƏBKARLIĞI İLƏ VƏSİLƏ OLAN, SANBALLI ELMİ KİTABLAR MÜƏLLİFİ, ELMİ YOLUNDA ÇƏKDİYİ ƏZİYYƏTLƏRLƏ MÜASİR DÜNYANIN İNKİŞAF TEXNOLOGİYALARINA BÖYÜK SƏMƏRƏLƏR VERMİŞ BÖYÜK ALİM ,İŞLƏDİYİ KOLLEKTİVLƏR İÇƏRİSİDƏ XÜSUSİ HÖRMƏT GÖSTƏRİLƏN, SAYILAN, TƏMİZLİYİ İLƏ TƏMİZ AD QAZANAN, DOST CANIYANANI, QOHUM HARAYINA TEZ YETİŞƏN, SƏMİMİ MÜNASİBƏT QURMAQLA ƏTRAFIN İZZƏT GÖSTƏRDİYİ TUTUMLU HÖRMƏTƏ LAYİQ OLAN, BÖYÜKLƏ BÖYÜKLÜYÜNÜ, KİÇİKLƏ- KİÇİKLİYİNİ HƏDLƏŞDİRMƏKDƏ KAMİL OLAN HÖRMƏTLİ TEXNİKA ELMLƏRİ DOKTORU , PROFESSOR

VİDADİ HƏSƏN OĞLU MUSAYEV

Nərimanlı kənd orta məktəbinin inkişafının təşəkkül tapmasında hörmətli el ağsaqqallı Talıb Musayevin uzaqgörən siyasəti, ağıllı və müdrik qərarı demək olar ki, həlledici rol oynamışdır.O, irəliyə doğru inkişafın əsasını el -oba camaatının maariflənməsində görürdü, odur ki, özünün doğma kəndi olan Nərimanlıda özülü möhkəm biliklərin qaymağından qurulan gözəl bir məktəb formalaşdırmağa müvəffəq oldu. Belə ki, harda güclü biliyə malik olan müəllim ünvanı var idisə, hörmətli Talıb Musayaev onları bu və ya digər şəkildə Nərimanlı kəndinin məktəbində tədris prodsesinə cəlb edərək təhsil alan şagirdlərin savadlanmasına, elmi biliklərinin genişlənməsinə səbəb olan bütün zəruri amilləri reallaşmasına zəmin yaratdı. Allah Talıb müəllimə rəhmət eləsin! Bu gün də onun 60 il bundan əvvəl müdrikliyinin sayəsində yaranmış təhsil spektri göz önündən getməməkdədir.Onun vaxtilə böyük dəyərə malik olan atdığı gözəl addımının bəhrəsi kənd əhli ilə bərabər, öz qəhum qələbəsinə də yansımışdır. Musayev soyadı daşıyan çoxlu sayda doğmaları kütləvi surətdə Nərimanlıda yaranmış elm məbədinin bəhrəsini görərək ali məktəblərə daxil olmuş, cibi diplomlu yüksək mərtəbələrə qalxmışlar. Həmin şəxslərdən biri də görkəmli alim, Azərbaycan texniki universitetinin kafedra müdiri, prorektoru,texnika elmləri doktoru, professor hörmətli Vidadi Həsən oğlu Musayevdir. Vidadi Musayev 1966 cı ildə orta məktəbi qızıl medalla, 1971 ci ildə isə ali məktəbi qırmızı diplomla bitirmişdir. Bir müddət Ç. İldrım adına Politexnik İnstitutunda tədris və elmi fəaliyyətlə məşğul omuşdur,1980 ci ildə elmi fəaliyyətinin birinci mərhələsini tamamlayaraq Moskva şəhərində uğurlu və müvəffəq şəkildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi almışdır. 1983-cü ildən Azərbaycan Texniki Universitetinin “İnformatika və kompyuter texnikası” kafedrasının dossenti, 2000-2007-ci illərdə həmin universitetdə prorektor, 2007-ci ildən “Kompyuter sistemləri və şəbəkələri” kafedrasının müdiri işləyir.AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu nəzdində dissertasiya şurasının, BDU nəzdində Riyaziyyat İnstitutunun dissertasiya şurası seminarının, “AzTU-nun Elmi əsərləri” elimi-texniki və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Texnologiyaları Problemləri” elmi-texniki jurnallarının redaksiya heyyətinin üzvüdür. 2011-ci ildə Azərbaycanda mühəndis kadrların hazırlanmasında və texniki elmlərin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.200-dək elmi işlərin, o cümlədən 10 dərslik və dərs vəsaitinin, bir neçə metodiki vəsaitlərin, dörd monoqrafiyanın (onlardan biri Almaniyada nəşr edilmişdir) müəllifidir. Hörmətli professor Vidadi Musaevi tanıyan hər kəs, onunla olan əlaqəsini iftixar hissi ilə qeyd edir, onunla öyünür. Bu hörmət sadəliyi ilə qazanılaraq, elminin, intellektual səviyyəsinin, istiqanlılığının hesabına əmələ gəlmişdir və hamı ondan razıdır. Mən də öz razılığımla münasibətinizi bildirmək üçün fikirlərinizi bölüşməyi rica edərdim! Bağırov Abbas adlı şəxsin şəkli.



BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN

İNSANLIĞIN ZƏRİF DƏYƏRLƏRİNİ MƏNLİYİNDƏ DAŞIYAN BÖYÜK FƏZİLƏT SAHİBİ, ELMİNİN QÜDRƏT VƏ KƏRAMƏTİLƏ ÇÖHRƏSİ NURANİYYƏTƏ QƏRQ OLMUŞ SAF QƏLBLİ, MÖHTƏŞƏM İNSAN, HƏYATDA, İŞDƏ, İCTİMAİ MÜHİTDƏ KAMİL TƏRƏF MÜQABİLİ , SƏDAQƏTİLƏ ÜRƏKLƏRİN PARLAQ GUŞƏSİNDƏ ETİBARLILIQ RƏMZİ YARADAN -CƏMİYYƏTİN SEVİMLİSİ, ARXASİZLARIN ƏRK VƏ ÜMİD YERİ, SİMASI ƏDƏB, ƏXLAQ, İSMƏT CİZGİLƏRİ İLƏ DOLU OLAN, GÖZƏL TƏXƏYYÜLƏ, GENİŞ TƏFƏKKÜRƏ MALİK, GERÇƏK ALİMLİK RÜTBƏSİ QAZANMIŞ, BƏLAĞƏTİLƏ SƏLİS VƏ RƏVAN NATİQLİYƏ MALİK DƏYƏRLİ, ALİ DƏRƏCƏLİ ŞƏXSİYYƏT, ADAMLAR İÇƏRİSİNDƏ ADAMLIĞI İLƏ SAYILIB- SEÇİLƏN İCTİMAİ XADİM, İTİ QƏLƏM SAHİBİ HÖRMƏTLİ PROFESSORUMUZ

RASİM QARA OĞLU MƏMMƏDOV

– fizika-riyaziyyat elmləri doktoru (2004), Professor (2005), Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Sayılmağı, rəğbətlənməyi ilə seçilən çox kişilər yetişib Qədim Oğuz Yurdu Göyçə mahalında. Belə el adamlarından biri də hörmətli ağsaqqallarımızdan biri- Qara müəllim Məmmədov idi. Uzun müddət inzibati və rəhbər vəzifələrdə işləmiş, rəhbərlikdə, qonşuluqda , qohumluqda ellilikdə, din içində din təəssübü, dil içində dil təəssübü çəkməkdə üstün keyfiyyətlərə malik mötəbər şəxslərdən biri idi rəhmətlik Qara müəllim. Hər zaman ətrafdakıların məşvərətinə qulaq asar, lakin yekun, müdrik qərarlarını axırda özü verərdi. Onun ömür- gün yoldaşı geniş ürəkli, açıq qəlbli, geniş süfrəli, hamının el anası kimi qəbul etdiyi rəhmətlik hörmətli Xədicə xanımla izdivac sevdasının müdriklik beşiyində boya- başa çatan hörmətli fizika riyaziyyat elmləri doktoru, professor Rasim Qara oğlu Məmmədov şübhəsiz ki, öz ziyalılıq tərbiyəsi ilə bu səviyyəni tutmalı idi. O,1950 ci ildə anadan olub,1967-ci ildə Nərimanlı kənd orta məktəbini “Qızıl medal”la bitirib, Azərbaycan Texniki Universitetin Avtomatika və Hesablama Texnikası fakültəsinə qəbul olmuşdur. Daha sonrakı illərdə isə Moskva İdarəetmə Problemləri İnstitutunda təhsilini davam etdirib və ali təhsilini “Fərqlənmə diplomu” ilə başa vuraraq, radiofizika ixtisası üzrə aspiranturada oxuyub. 1983-cü ildə BDU-nun Fizika fakültəsində “Yarımkeçiricilər və dielektriklər fizikası” üzrə müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Möhtəşəm elmi potensialı onun tədiqiqat işlərinin yeni mövzular üzərində aparılmasına istiqamət vermiş və “Yarımkeçiricilər və dielektriklər fizikası” üzrə müdafiə etmiş, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. Hikmətlərlə dolu olan elmi təqiqatın burulğanlı, fırtınalı, təlatümlü yollarında elm adamına məxsus elə gözəl xarakterlər formalaşmışdır ki, Rasim müəllimdə, onunla ünsiyyətdə olduqda həmin hikmət bulağından adamın ruhuna damla- damla aramlıq süzülür sanki. Onun davranışındakı əxlaq işarələri insanı mütləq şəkildə möhtərəm şəxsiyyəti ilə sakit və başıaşağı danışmağa sövq edir. Professor Rasim Məmmədov BDU-nun Fizika fakültəsi Elmi Şurasının sədridir, BDU Elmi Şurasının üzvüdür, BDU nəzdindəki D.02.012 doktorluq Dissertasiya Şurasının sədr muavinidir, Fizika fakültəsi Elmi Praktiki Seminarının rəhbəridir, “Bakı Universiteti Xəbərləri” jurnalının redaksiya heyətinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür. Görkəmli fizika riyaziyyat elmləri doktoru professor Rasim Məmmədov fəxrimizdir. O, gözəl ailə başçısıdır. Həmçinin övladlarının ikisi alimlik rütbəsini Rasim müəllimin verdiyi tərbiyə, halal çörək və elm sayəsində zəhmətləri ilə qazanıblar. BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN HÖRMƏTLİ PROFESSORUMUZ RASİM MÜƏLLİMİN BARƏSİNDƏ XÜLASƏ ŞƏKLİNDƏ YAZDIM indi isə söz sizindir.


BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN

MÖTƏBƏRLİK ƏMƏLLƏRLƏ QAZANILIR (ixtsarla) Öz mənliyinə dəyər verib, şəxsiyyətini ucaltmaq istəyi ilə müəyyən mövqelər qazana bilmiş bir çox insanların həyatında böyük rol oynamış, bütün yetirmələrinə qüdrət və kəramət sahibi olan Allaha, valideynə hörmət, ehtiram qoymağın vacibliyini incələmiş, el –oba sevgisini aşılamış, millətininin, xalqının, torpağının, tarixinin taleyinə biganə qalmamağı təlqin edərək, onlarda əsil ziaylılıq hissləri formalaşdırmağa müvəffəq olmuş, ilk qədəmlərimi sevgili- doğma məktəbimizə atdığım zaman müəllim, eyni zamanda, direktor kimi əzəmətinə uşaqlığımdan belə heyranlıqla baxdığım hörmətli Əhməd Qasım oğlu Hacıyev haqda bir məqalə yazmağa qərar verib, sizlərlə bölüşmək fikrinə düşdüm, əzizlərim. ... Onun şərəfli şəxsiyyət kimi ictimai həyatda nüfuzu, sosial ədaləti qorumağı, kaloritli, aramlı, müdrik danışıq tərzi, ləngərli, ağır yerişi, sivri ucundan, qalın kökünədək dik dayanıqlı qaşları altındakı qısa və sahmanlı şəkildə düzülmüş kirpikləri arasından süzülən məğrur baxışları ruh və cisimin elə bir vəhdətini yaratmışdır ki, kamillik həddində yer üzünün əşrəfi - İNSAN surətinin əsil ifadəsi kimi sevdirirdi mötəbərliyini. O, ahəstə -ahəstə yol yeridikcə sanki yol qürrələnirdi; ” Şəxsiyyət gəlr!”- deyirdi. Ətrafdakı hər kəsin rəğbətinə səbəb olan bəsit və nurani simasının zəhmi, səlis ,ifadəli, hökmlü davranış tərzi var idi hörmətli Əhməd müəllimin. Hələ məktəbə getmədiyim dövrlərdən valideynlərimin, ailəmizin və qohumlarımın əhatəsi istisna olmaqla ilk doğma və hərarətlə dolu olan bir səs kimi duydum hörmətli Əhməd müəllimin səsini. “Diqqət,diqqət! Danışır Nərimanlı kənd orta məktəb direksiyasının radio qovşağı! Bu gün imtahan verən şagirdlərin imtahan nəticələrini elan edirik!” Bu səs uzaqdan sakit, səması aydın, təbiəti əsrarəngiz saflığa malik Göyçə düzənliyinə tamamilə yayılırdı. Bu səs bir laylanı, qəlbləri məftun edən bir muğamı, ruhu ağuşuna alıb göylərə qaldıran bir məlahəti xatırladırdı. Bu səs eşidiləndə sanki Göyçə çuxuru sükuta qərq olurdu. Məktəbin ikinci mərtəbəsinin dam örtüyünün baş tərəfində pərçimlənmiş səsgücləndiricidən gələn bu səs çox riqqətləndirici səs idi. Camaat yay aylarında tütün plantasiyasında işləyərkən saat 17-00 də buraxılış imtahanlarının nəticələri elan olunardı. Hər kəs elliklə öz övladının bilik və davranış səviyyəsindən halı olardı. Bu ənənə ona xidmət edirdi ki, dərsə passiv münasibət göstərən şagirdlətrin valideynləri öz övladlarına daha da tələbkar yanaşaraq, onların savadlı böyüməsinə nəzarəti artırsınlar. Bu ənənə ictimai qınağın formalaşmasına xidmət edirdi ki, əsasını da məhz Əhməd Hacıyev qoymuşdur. Qeyd etmək lazımdır ki, bu münasibətlər çərçivəsində müəllim- valideyn əlaqələri hər bir şagirdin gələcək müqəddəratı üzrə zəruri məsələlərin təhlilinə yönəlmiş olurdu. Bunun nəticəsində məktəb şagirdlərinin bilik, bacarıq, davamiyyət səviyyəsi artmaqla hər il ali məktəblərə qəbul olan məzunların sayı müsbət dinamika üzrə inkişaf edirdi. Kənd əhlinin zəhmətlə böyütdüyü övladların xoşbəxt gələcəyə çatması Əhməd müəllimin həyatının məziyyətini təşkil edirdi. Hörmətli direktor Əhməd Hacıyev hər səhər tezdən hamıdan əvvəl olardı məktəbin qarşısında. O, aram- aram dalğın baxışları ilə məktəbə tərəf yönələn insan selini müşahidə edər, hər kəsin fizionomiyasından onun sağlıq durumunu və hazırlığını müəyyənləşdirə bilirdi. Kimliyindən asılı olmayaraq hazırlıqsız şəkildə onun qarşısına çıxdıqda O, bunu hiss edərdi və yalnız baxışları ilə bütün fikri ifadə olunardı. Odur ki, ondan heç nəyi gizlətmək mümkün deyildi. Bir dəfə üçüncü sinifdə oxuyurdum, səhər məktəbə axsaya- axsaya gedirdim (boyatma dövründə). Müəllimlərə yaxınlaşanda hörmətli Əkbər müəllim soruşdu ki; -“Ayə, niyə axsayırsan?” Dedim: -“Axsamıram.” Əhməd müəllim o tərəfdən qayıtdı ki; -“Denən axsamıram, maytıyıram.” Bundan sonra Göyçə leksikonunda olan maytamaq sözü mənim danışıq ifadələrimdən birinə çevrildi. O, bütün prosesləri rəvan, rahat yola yönəlməklə hər yerdə sülhü, səmimiyyəti bərqərar edə bilirdi , özü də mahir şəkildə,əsil ağsaqqalıq nümunəsi ilə. Onun sözünün məğzi üzündən bilinərdi. Əsəbləşdiyi bir məsələ ortaya çıxanda hikmətli kəlamlar mənbəyi olan dili ilə qalın və zərif dodaqlarına bir xəfif sığal çəkərdi. Bu akt onun daxili gərginliyinin boşalması üçün yetərli idi. Ən passiv şagirdə ən ağır sözü yalnız bir kəlmə-“axmaq “ demək idi. Bundan savayı onun dilində öyrəşə bilməyəcəyimiz vulqar heç bir söz olmazdı. Özü də belə deyirdi: -”Sən niyə axmaqsan, gör səndən başqa axmaq deyilən adam varmı?!” Məktəbimizdə onun direktorluğu dövründə oktyabryatların, pionerlərin, komsomolların öz aralarında elm və bilik yolunda gözəl şəkildə rəqabət meydanı açılmışdı. Eyni zamanda ədəbiyyat, poeziya sahəsində istedadı olan uşaqların ədəbi irsimizlə bağlı yaradıcılıqlarının sərgilənməsini təşkil etməklə, səhnə dramaturgiyasının ixtisaslaşmış aktyorların qurduğu kompozisiyaya yaxın səviyyədə təşkil olunması onun diqqət göstərdiyi məsələlər siyahısına aid idi. Özü müharibə iştirakçısı olduğundan hərb fənnindən şagirdlərin mənimsəməsini daim yoxlayar, pedaqoji şuranın qərarlarının dəqiqliklə icra olunmasını nəzarətdən kənarda saxlamazdı Dərsdən sonra qrup məşğələlərini xüsusən izləyərək birdən gözlənilmədən siniflərə daxil olaraq: “ sabahın dərslərini hazırlamısınızmı”, “yoxlamadan neçə alımısan?” deyə ahəstə şəkildə soruşardı. Tədrisin yekun göstəricilərinın faiz dərəcələri yüksəldikdə onun gözlərinin dibindəki sevinc hissi atəşli şəkildə ətrafa səpələnərdi. Qış aylarında məktəbin içərisinə daxil olan kimi dərhal əllərini isidici batereyaya toxundurardı, bu onun özünün əllərini isitməsi üçün deyil, sinif otaqlarında soyuq olmamasını yoxlamamq üçün idi. Məktəb direktoru kimi inzibatçılıq xasiyyəti sovet təhsil sisteminin ən üst qatlarında duran bir səviyyəni tutmuşdu. Nərimanlı məktəbi adla deyilən bir məktəbə çevrilmişdi. Bəli, hörmətli Əhməd müəllimdən də əvvəl Nərimanlıda mədrəsə və məktəb sistemi özünəməxsus yer tuta bilmişdir , lakin Əhməd müəllimin rəhbərliyi dövrü Nərimanli məktəbinin intibah dövrü adlanır ki, bu da bir təbəddülatdır. Bəzən uşaqlar bir yerdə topa şəkilində oynayar, yaxud dərsdən xaric nə iləsə məşğul olardılar. Birdən kimsə; “Əhməd müəllim gəlir” desəydi, göz qırpımında hamı yoxa çıxardı. Bu qorxmaqdan yox, öz nüfuzunu tanıtmış bir el ağsaqqalına insanların hədsiz hörmətindən, onun gözündən düşməmək istəyindən yaranırdı.Onun olduğu yerdə isə “fərəqət “ vəziyyəti alına bilmirdi. Əhməd müəllim özünəməxsus özəlliklərə malik qənirsiz təbiəti, zəngin, tədbirli insan olmağı, sonu görünməyən fəzilət dünyasında yaratdığı, insanlıq ölçülərini tamamilə əhatə edə bilən bir təşkilatçı- inzibatçı rəhbər olmağı ilə xatirimizin dərin köklərində qırılmaz şaxələr yaratmışdır. Əhməd müəllimin fərqli bir fitrəti var idi. El məclislərində az-az görünərdi, lakin yas məclislərinin birindən də qalmayaraq dəfələrlə eyni hüzr yerində iştirak edərdi. Qərbi Azərbaycanın demək olar ki, bütün regionlarında onun şəxsiyyətinə hörmətlə yanaşardılar. Əhməd Qasım oğlu Hacıyev 1923 cü il aprel ayının 23 də qədim Oğuz Yurdu- havası, suyu, təbiəti, mühiti, yetirdiyi barı- bəhrəsi saf olan, torpağının gücü ilə yetirdiyinə güc verən, göyçək- Göyçə mahalının Nərimanlı kəndində anadan olmuşdur. Əsilli- nəsilli kişilərin nəfəsi ilə böyüyərək gəncliyində qoçaq, çılğın bacarıqlı iş yarıdan bir insan kimi tanınmışdır. O, 18 yaşına çatan kimi 1941- ci ildə Böyük Vətən Müharibəsində ordu sıralarına qoşularaq Krım cəbhəsində hərbi əməliyyatlarda iştirak etmişdir. Alman faşizminə qarşı döyüşlərdə nümunəvi xidmətinə görə dəfələrlə orden və medallarla təltif olunmuşdur. 1944 cü ildə ağır döyüş əməliyyatlarının birində qolundan yaralanaraq müharibədən təxris olunur, doğlduğu doğma Göyçə mahalına qayıdaraq burada pedaqoji fəaliyyətə başlayır. Müəllimlik peşəsini mahir səviyyədə bacarmağı, el- obanın elmi potensialına savadı ilə verdiyi töhvə Əhməd müəllimi ruhlandıraraq ali təhsil alması üçün Azərbaycan Dövlət Pedaqoji İnstitutuna sənəd verməyə sövq etmişdir.1946 cı ildə müəllimlik ixtisasının ali diplomunu almaq niyyətində olan Əhməd Hacıyev APİ-yə müvəffəq şəkildə qəbul olur. 1950 ci ildə ali təhsilini uğurla başa vuraraq ədəbiyyat-tarix fakültəsini bitirir. Ali təhsilli müəllim kimi Göyçə mahalına qayıdan Əhməd Hacıyev Qaraqoyunlu kəndində məktəb direktoru vəzifəsinə təyin olunaraq əmək fəaliyyətinə davam etməyə yenidən başlayır. Zaman- zaman Göyçə mahalının müxtəlif kəndlərində orta təhsilin inkişafına savad və bacarığı ilə töhvələr verən Əhməd Hacıyev, həmçinin rayon rəhbərliyinin gözündə inamlı bir kadr kimi ucalmağa da müvəffəq olur. Onu hansı kənddə məktəb strukturlarını bərkitmək lazım idisə, həmin kəndlərə rəhbər təyin edirdilər.Təlim və tədrisin əsaslarını formalaşdırmaqda təcrübəli bir rəhbər kimi tanınan Əhməd müəllim Sarıyaqub, Qoşabulaq kəndlərində də məktəb direktoru kimi işləmişdir. İşlədiyi yerlərdə də kənd əhlinin sonsuz hörmətini qazanmışdır. Sonrakı dövrlərdə inzibatçı, təşkilatçı və təbliğatçı bir rəhbər kimi fərqləndiyinə görə Sovet Höküməti onun iş fəaliyyətinə digər sahələrdə də təyinat verərək Qayabaşı kəndinə sovet sədri vəzifəsinə göndərmişdir. Sonralar həmən kənddə kolxoz sədri vəzifəsində də çalışmışdır. Bütün təşkilatlarda örnək ola bilən nümunələr ortaya qoyaraq, nüfuzlu ictimai xadim kimi tanınmışdır. O, 1966 cı ildə doğma Nərimanlı kəndinin orta məktəbinə təyinat alaraq direktor vəzifəsinə təyin edilir. Həmin dövrlərdə Nərimanlı kənd orta məktəbinə bir sıra qıraq kəndlərdən də bəzən çox çətin şəraitlərdə belə şagirdlər gələrək Əhməd müəllimin rəhbərlik etdiyi məktəbdə dərs alırdılar. O, bu nüfuzun formalaşmasına böyük və əvəzolunmaz əziyyətləri sayəsində nail olmuşdur. 1988 ci ilin məlum hadisələrində mənfur düşmənlərimiz ermənilər və onların havadarlarının basqısı nəticəsində Əhməd Hacıyev də ailəsi ilə birlikdə digər Qərbi Azərbaycanlılar kimi öz dədə- baba yurdundan çıxarılır, Xanlar (indiki Göygöl) rayonuna pənah gətirir.Uzun illərin təcrübəsinə malik olan el ağsaqqalı Əhməd müəllim Gəncə qəsəbəsində müəllimlik fəaliyyətini davam etdirir. Hər zaman mötəbər şəxsiyyətinin ucalığı ilə insanların hörmətini və rəğbətini qazanmış Əhməd Hacıyev 2003 cü il martın 10 –da vəfat etmiş, Göygöl rayon qəbristanığında dəfn edilmişdir. Əhməd müəllim məlum tarixdə vəfat etmiş olsa belə onun qüdrətlə, ləyaqətlə qurdyğu ömür səltənətinin xanimanı dağılmamışdır. O, ölmədi sadəcə susdu, sonsuzluğu bilinməyən zaman müddətinə susqunluq halına keçdi. Onun yetirmələri, doğmaları, eli- obası onu daim ağıllarda, hörmətlərdə, izzətlərdə yad edərək yaşadır. Onun danışığından, baxışından, duruşundan , ləngərli yerişindən qoparaq mənəvi dünyamızı zənginləşdirən bir tərbiyə içərisində xatirəsi daim yaşayacaqdır.

Hacı Abbas Əli oğlu Bağırov- provizor, həkim tibb üzrə fəlsəfə doktoru, Qələbə Tibb Mərkəzi MMC-nin direktoru


BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN

İCTİMAİ SİYASİ XADİM, DƏYƏRLİ ALİM, ETİBARLI VƏ TƏMİZ ÜRƏKLƏRDƏ ÖZÜNƏ MƏXSUS OLAN PARLAQ BİR ŞƏRƏF LÖVHƏSİ ASMIŞ BÖYÜK İNSAN, ƏSİL VƏTƏNDAŞLIQ XARAKTERİNƏ MALİK DÖVLƏT ADAMI

PROFESSOR SƏFİYAR BƏYLƏR OĞLU MUSAYEV

Nərimanlı adını hər evə, hər qapıya şərəflə tanıdan, qapısını hər kəsin üzünə açıq saxlayan BÖYÜK NƏRİMANLI ! Səxası, kişiliyi, mərdliyi, sözünəbütövlüyü, dövlətinə, xalqına sədaqəti ilə məhşur olan, indiki zamanda ölçüsü bilinməyən gözəlliklər qazanmış- GÖZƏL KİŞİ! Bizim dağların altı qızılla, ləllə dolu idi. Oradan çıxan sular, ayna bulaqlar qızılı yuyub, saf formada zənginləşib çıxırdı. Bu suları içib böyüyən insanların niyyətləri qızıl kimi, düşüncələri də çox qiymətli idi. Təfəkkürü dərin, ruhu təmiz Şəxsiyyətlər yetirirdi bu mühit. Professor, ictimai-siyası xadim, təkrarolunmaz mənəviyyata malik olan və İNSANLIQ parametrlərinin bütün dəyərlərinin hamsını məsləkində, əqidəsində, amalında cəmləşdirmiş Səfiyar Bəylər oğlu Musayevin varlığında tamamən mövcud idi böyüdüyü təbiətdə formalaşmış bütün bu əzəmət numunələri. Onun ünsiyyətində, münasibətində, süfrəsində, davranış tərzində böyüklüyün bütün əlamətlərini görmək mümükün idi. O, mənəm- mənəm deyən adamların ehtiyac duyduğu düha kimi ağırlaşdırmışdı öz çəkisini. Ətrafa Günəş tək nur saçırdı onun mənəviyyatı. Ay qaranlıq gecələri işıqlandıran kimi işıqlandırırdı onunla ünsiyyətdə olan insanların görünməyən tərəflərini. Axirətiniz abad olsun, ey əlçatmaz yüksəklikləri qartal kimi fəth edib, bir qanad çalmaqla vüqarlı zirvələrin sakini olan GÖZƏL KİŞİ! Buyurub sizlər də öz təəsüratlarınızı bölüşə, paylaşa bilərsiniz.

Hacı Abbas Əli oğlu Bağırov- provizor, həkim tibb üzrə fəlsəfə doktoru, Qələbə Tibb Mərkəzi MMC-nin direktoru


BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN

FƏLSƏFƏ ELMLƏRİ DOKTORU, TİBB UNİVERSİTETİN KAFEDRA MÜDİRİ İŞLƏMİŞ, ALİMLİK ADININ GERÇƏK DAŞIYICISİ, İNSANLIQ SİMASININ ƏSİL SAHİBİ,ELMİ- İCTİMAİ XADİM, NURANİYYƏTİ İLƏ ELMİNİN VƏHDƏTİ QÜDRƏT SELİ YARADAN,ÇOX QİYMƏTLİ ŞƏSİYYƏT-

PROFESSOR QURBAN BALI OĞLU BAYRAMOV

Biz Tibb universitetində təhsil aldığımız dövrlərdə, bizdən də əvvəl həmin ali məktəbi oxumuş həmkəndlilərimiz nə qədər müraciət ediblər, kömək istəyiblər, ya istəməyiblər bilmirəm, amma bir onu bilirəm ki, universitetdə bizlərə dərs keçən hər bir müəllim, professor soruşanda ki, hardansan? -Göyçə mahalının Nərimanlı kəndindən- cavabı verərdik. Həmən dəqiqə Qurban müəllimin kəndçisisən deyərdilər .Bu münasibət bizə bütün müəllimlərdən yalnız pozitiv xəttə yönələrdi. Açiq -aydın görünürdü ki, Nərimanlı uşağını incitməyə görə Qurban müəllimdən abır -həya edirdilər. Hər kəs onun xətir hörmətini saxladığnı duyaraq öyünürdük. İşimiz düşməsə belə böyük bir təsəlli idi hörmətli Professor Qurban Balı oğlu Bayramovun Universitetimizdə kafedra müdiri işləməyi. Allah axirətini nurani eləsin! Bir gün səhər birinci dərsimiz fəlsəfə dərsi idi. Müəllimimiz dəyişmişdi. Bir qadın dosent gəlmişdi auditoriyaya. Qurban müəllim də həmin müəllimə ilə bərabər içəri daxil oldu. Şirin danışıq tərzi ilə sanki ruhumuza sığal çəkdi. Bütün yoldaşlarım xoş təəssürat qazandı bu söhbətdən mən də fors elədim. Həmin dövrlər belə forslanmaq mənə çox lazım idi. Qəlbimiz sınan vaxtlar idi. Qaçqınlıq, üstəgəl "yeraz" məfhumunun çox çirkin şəkildə təbliğ olunduğu dövrlər idi. Heç yadımdan çıxmaz professor Qurban Bayramov orda bir ifadə işlətdi ki; Həzrət Əli əleyhimussalam buyurub:"Övladlar valideynlərindən çox zəmanəyə oxşayır!" Nərimanlı adını ucaldanlara oxşamaq hörmətimizi də artıracaq məncə. Hacı Abbas Əli oğlu Bağırov- provizor, həkim tibb üzrə fəlsəfə doktoru, Qələbə Tibb Mərkəzi MMC-nin direktoru


BÖYÜK NƏRİMANLILAR SİLSİLIƏSİNDƏN PROFESSOR MAQSUD FƏRHAD OĞLU CƏLİLOV Lənkəran rayonunun Şağlaser kəndindən dostluğumuz olan hörmətli bir yoldaş (Calalov soyadlı, beynəlxalq dərəcəli hakim) bir neçə il əvvəl söhbətimiz zamanı məndən soruşdu ki, Hacı, Sizin rayon hansıdır? Dedim; -Fərəqət müəllim, bizim rayon Göyçə mahalının Basarkeçər rayonudur, kəndimiz də Nərimanlı kəndidir. Dedi ki, sizn kənddən bizim kənddə Maqsud müəllim işləyirdi, az işlədi, amma, nə qədər savadlı, namuslu, gözəl adam idi. O, kənddən gedəndən sonra, hələ də kənd camaatı ondan danlışır. Doğrusu mən çaş- baş qaldım, ağlıma gətirə bilməzdim ki, haqqında söhbət gedən adam bizim kəndin, elin, xalqın, böyük alimi, nüfuzlu şəxsiyyəti- professor Maqsud Fərhad oğlu Cəlilovdur. Çün mən ondan yaşca çox kiçik olduğumdan hörmətli professoru Xalq Təsərrüfatı İnstitutunun alimi kimi tanımışdım. Sonrakı görüşlərimizdə məlumatlarımı müfəssəlləşdirmişdim, artıq bilirdim ki,haqqında eşitdiklərim bu Şəxsiyyət hörmətli Professorumuz- Maqsud müəllimdir. Növbəti dəfə görüşəndə dedim qardaş(dostum Talış xalqının hörmətli şəxslərindəndir), bəli Siz məndən yaxşı tanıyırsınız, həmin Maqsud müəllim bizim elin və bütün xalqımızın şərəfli nümayəndələrindən biridir. Onun cavabı mənim ürəyimi açdı. Dedi ki:" Hacı, mən bilirəm ki, Sizin böyüdüyünüz torpaqdan çox səviyyəli adamlar çıxır! " 1995 ci ildə aptek işlədirdim. Bir nəfər Şamaxı rayonunun Poladlı kəndindən ziyalı alim gəldi, çox acizanə surətdə müraciət elədi və dedi ki, mən bilirəm siz bizim hörmətli ağsaqqalımız Maqsud müəllimin kəndçisisiniz, Maqsud müəllimə də demişəm, xahiş edirəm məni öz müalicənizlə nəzarətə götürün.(Adam çox yerdə müalicə almışdı,ancaq xeyri olmamışdı). Dəyərli professor Maqsud Cəlilovun adı gələndə ayaq üstündə bu kişini qarşılayıb, bütün mümükün olan etdim. Çox şad oldum ki, Professor Cəlilovun BÖYÜK NƏRİMANLILIĞINA, kiçik nərimanlı kimi cavab verə bildim. ELİ YAŞATMAQ, XALQIN ADINI UCA TUTMAQ BELƏ KİŞİLƏRİN YOLUNDAN KEÇİR. ALLAH QƏBRİNİ NURANİ ELƏSİN! BUYURUB SİZLƏR DƏ XATİRƏLƏRİNİZİ QEYD EDƏ BİLƏRSİNİZ

Dünyanın əlindən tutan sənətkar...

Qopuzdan üzü bəri ozan- aşıqlıq sənəti xalq ədəbiyyatını,onun mədəni-ictimai dəyərlərini zamanların arxasından dartıb bu günə qədər gətirib çıxarmışdır.Hələ eramızının
V əsrindən Attila dövründə saraylarda təşkil edilən şənliklərdə, toplantılarda bahadırların sücaətini tərənnüm etmək, onları tanıtmaq üçün aşıqlıq sənətinin rolu böyük olmuşdur.Həmçinin xaqanların sərkərdələrinin, ordusunun döyüş bacarığının artırılmasında, zəfərlərə çağırışlarda, igidlərin, sərkərdələrin şəninə tərif deyilməsində bu sənətinin mənəvi-psixoloji təsiri böyük olmuşdur. Aşıqlıq sənətinin azmanlarının meydan almasının, yanıqlı ifasının təsirindən çoxları həyəcana, vəcdə gələrək ağlayardılar. Bu sənət coşqu yardaraq cavanların arzularını , ehtiraslarını oyadardı, qocalar isə ələm, intizar yaşları ələyərdilər gözlərindən.
Aşıq-ozan sənətinin, sözün meydanının, hikmətinin qorunmasında, sözün ən böyük fəlsəfi kateqoriya anlamında saxlanılmasında tarixlər qarşısında dəyanət göstərən Göyçə mahalı öz əhli ilə azman oğullar, sənətkarlar yetirə-yetirə “söz sənət beşiyi” statusunu almışdır. Göyçə laylası, Göyçə gözəlliyi, Göyçə havası Nərimanlıda Baleyoğlu Əbdüləzim kişinin ocağında dünyaya gələn Fətullah Əliyevin də meylini (Təbib Alı,Təcnis Alı, İşıq Alı) Aşıq Alı, Dədə Ələsgər güzarına salaraq,əzəmət və vüqar, rəqabət və elm mücəssiməsi olan aşıqlıq sənətinə yönəltdi. Allah Fətullah Əbdüləzim oğluna görkəmli boy-buxun, ahəngi insanın qəlbini zəbt edə bilən gur və məlahətli səs verdi.
10-12 yaşlarında olan zamanlar Fətullah Əliyev ustad- yarpızlı aşıq İmanın yanında şəyirdlik qulluğuna başlayır. Fətullaha yeniyetməlik dövründə ustad iki il dərs verir:-“Bunun böyük gələcəyi var!” deyərək, barəsində müsbət fikir bildirir. Bu rəy onun sənətinə marağının daha da artması üçün bir stimul yaradır.
Sonra isə Fətullah Əliyev 4-5 il Göyçə mahalında Ələsgər bulağının mənsəbi bilinməyən hər damlasını dadmış Aşıq Talıb Ələsgər oğlunun möhtəşəm ustadlığı sayəsində ikinci şəyirdlik qulluğuna başlayır.Aşıq Talıb mənimsədiyi sənət incəliklərinin əksər sirrlərini Fətullah Əliyevə təlqin və tədris edir.
Talıb babanın ustadlığının faydasından, O, bir qədər də püxtələşdikdən sonra əlçatmaz dahilərdən daha biri olan Aşıq Alının şəyirdi olmuş, Aşıq Qulunun şəyirdliyini keçmiş Aşıq Mehdinin yanında da 2 il şəyirdlik edir.Təsadüfi deyil ki, ustadlar ustadı- həm Aşıq Alı sənətinin yetirmələri, həm də haqq vergisi olan Dədə Ələsgər kimi dühanın yetirmələri dahilər yolunu Fətullah Əliyevə təhvil etmişlər. Aşıqlığın Ustad Alı, Dədə Ələsgər kimi iki azmanının, iki əlçatmaz zirvəsinin axarından bəhrələnmək hər sənətkarın qismətinə çıxan məsələ deyil, amma, Fətullah Əliyevə qismət olmuşdur.
Artıq girli, sanballı sənətkarlıq titulu qazanmış Fətullah Əliyev get-gedə məharətinin ali dərəcələrinə çatmaq yolçuluğunda ikən, el- oba onun böyük məclislərin aşığı olma iqtidarını dəyərləndirməyə başladı. Elə həmin dövrdə Kalvayı Bağır oğlu Kələ Məhəmmədin nəvəsinin sünnətinə Baley oğlu Əbdüləzim ocağında böyümüş Fətullahı ali dərəcəli sənətkar- aşıq kimi dəvət edirlər. Onun ilk böyük məclis meydanı da bu toydan başlayır. Aşıq Fətullah bu məclisdə elə bir iz qoyur ki, sənətinin işığı, səsinin Allah vergisi olması, onun daha böyük məclislərin aparıcısına çevrilməsinə başlanğıc olur. Sonra Sarıyaqub kəndində Xıdır Quliyevin 600-700 nəfərlik oğul toyunun aşıqlığını məhz Aşıq Fətullaha təvəqqe edirlər. O, Göyçənin sənət məktəbinin imtahanlarından məqbul qiymətlə çıxmış istedadlı, sözünü deyən sənətkarı kimi, səs- sorağının yayılması geniş vüsət alan nüfuzlu sənət sahibinə çevrilir. Bununla əlaqədar olaraq Nərimanlı şair Şahmalı Əliyev(Kürdoğlu) sənət ucalığını qazanmış Fətullaha belə bir şeir ithaf etmişdir.

Aşıqlıqda yoxdu qədir- qiymətin,
Bunu bilir el başına dolanım.
Dodağından dürrü gövhər süzülür,
Kəlmələri ləl başına dolanım.

Məclislərin ziynətisən Fətullah,
Koroğlunun qeyrətisən Fətullah,
Göyçəlinin şöhrətisən Fətullah,
Bilmirsənsə bil başına dolanım.

O zəngülən könülləri məst edir,
Çırtıqların telli sazı səslədir,
Şahmalı da həsrətindən xəstədir,
Bir deyə ki, çal başına dolanım.

Bəli, Aşıq Fətullahın zənguləsi onun oxuduğu məclislərin məkanından uzaqlarda da insanı şövqləndirə biləcək qədər aydın və təmiz eşidilirdi. Onun səsi yaz ağzı Çalmalıdan Yurd yerinə qədər küləklərin gətirdiyi bənövşə ətiri tək bakirliyi və saflığı ilə adamın ruhuna sığal çəkərək, varlığını təravətləndiridi.
Aşıq Fətullahın şaqraq qaqqıltısı, səsinin ötkəmliyi, saz çalmaq məharəti, sazı sinəsinə müstəkəm edəndə, onun sinəsini çırtıqları ilə dindirməsi böyük bir simfoniyanın ifasından ötə tərzdə, bütün qəlbləri fəth edirdi.Onun sazı çiyininə, başını da ananın dizi kimi, sazın çanağına qoyub, sazın qolunu da dik vəziyyətdə tutaraq, xoruzluqda vurduğu zəngulələr demək olar bütün duyğuları əsir almışdır.Bu vəziyyətdə sanki bütün dağların vüqarı və əzəməti sazla vahid cana, qəlbə çevrilmiş Aşıq Fətullahın varlığına hopurdu.
Aşıq Fətullah getdiyi məclislərdə mütləq çağrılmamış qonaqlar çoxalardı ki, bu da insanların ozan- aşıqlıq sənətinin ümmanının məlahətli zənguləsindən, məharətindən mənəvi rahatlıq tapmaq niyyətindən irəli gəlirdi.
Onu yalçın qayaların, lilparlı bulaqların, buz sulu- özü bir mahnı olan şəlalələrin üstündə dinləmək imkanı hər bir hal əhlini vurğunluq dərəcəsinə çatdıra bilirdi.
Allahın Fətullaha bəxş etdiyi uca boy, uzun qol, bənzərsiz səs aşıqlıq sənətinin möhtəşəmliyini artıran bir vasitə kim cəmləşmişdir onun vücudunda.
Əli Qurban Dastançı sənətinin parlaqlığı ilə nüfuz sahibi olan Aşıq Fətullahı belə vəsf etmişdir.

Alışmışam yenə sazın odundan,
Kül olunca qoyun yanım dəyməyin.
Fətullahın zənguləsi beşikdir,
Yırğalasın yırğalanım dəyməyin.

Deyin çalsın aşıq niyə ləngidi,
Darıxmışam lap nəfəsinm təngidi,
Koroğludu, Dilqəmidi ,Cəngidi
Ruh rəvanım, cismi- canım dəyməyin.

Məhəbbətdi Göyçə, Göyçə boyunca,
Əli mərddi bura ayaq qoyunca,
Qoyun əmim məhəbbətdən doyunca,
Siz olasız mənim canım dəyməyin.

Aşıq Fətullahın 1978-ci ldə “Aşıqlar” verilişində oxuduğu Gözəlləmə,Qəhrəmanı havasından sonra demək olardı ki, bütün Göyçə mahalında , Qərbi Azərbaycanda, Azərbaycanda Naxçıvanda , Gürcüstanda Fətullah sorağını, Fətullahın sənətinə və sənətkarlığına marağı xeyli artırdı.
O, öz sənətində mötəbərliyi, şəriəti, mərifəti, fəziləti, elmi, təbliği yaşadan azman sənətkar kimi, özünəməxsus olan ad çıxartmışdır.”Aşıqlar” verilişi başlamağa az qalmış ortalıqda (kəndin camaat yığılan hissəsi) heç kim qalmazdı. Hamı evinə dağılardı ki, gedib Fətullahın səsinə qulaq assın.Səhər isə Aşıq Fətullahın bənzərsiz sənətkarlığının qəlblərə qoyuduğu iz, pozitiv şəkildə özünü göstərərdi.
Aşıq Fətullaha qulaq asan hər kəs enerjili, qürurlu görsənirdi.Aşıq Fətullah sənətin içərisində köklü tərzdə ağsaqqallıq, böyüklük- kiçiklik, ismət nümunələri tərənnüm edirdi,ləngərli kişilərin zəhmini, qururunu çatdırırdı.Sənətini məclislərdə xalqın istəyinə qovuşdura bilən mahir ustad kimi formalaşadıraraq, hər bir şeirin məğzini, yaranma məqsədini, müəllifin əsəri yaratmaq istəyini zəruri edən səbəbləri gözəl təhlil edirdi Aşıq Fətullah. Dastanları təfsilatı ilə söyləməsi, yerli- yerində xərcləməsi sənət bazarının mətah xiridarlarını onun başına yığardı.
1963-cü ildə SSRİ dönəmində ermənilərin qısqanclıqla yanaşaraq türkün böyüklüyünü görmək istəməməsi Fətullahın əzəmətli sənətinə kölgə sala bilmədi.Ermənistan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmağa məcburən layiq görüldü.Çexoslovakiyaya SSRİ-dən laureat kimi festivala göndərildi.
Onun aşıqlığına valeh olan Bəhmən Vətənoğlu Fətullah Göyçəlinin ustadlığının fəzlini belə qələmə almışdır.

Ay Fətullah, sən Kərəmi çalanda,
Kərəm düşdü, Əsli düşdü yadıma.
Sinən üstə telli sazı alanda
Ələsgərlər nəsli düşdü yadıma.

Gör nə gözəl obadasan, eldəsən,
Şirin- şirin dodaqlarda dildəsən,
Sarıteli oxuyanda zildəsən,
Bülbüllərin fəsli düşdü yadıma.

Sən deyəndə Ələsgərin qoşmasın,
Bu Bəhmanın qəlbi necə coşmasın?!
Sənətkarı duymuyanlar çaşmasın,
Sənətkarlar əsli düşdü yadıma.

El ədəbiyyatının, mədəni irsinin qorunub saxlanmasında, yaradılıb-yaşadılmasında aşıqlığı ilə sənətin meyarlarını öz istedadı ilə bütünlüklə fəth etdi Fətullah. Əsrlərdən- əsrlərə, tarixlərdən tarixlərə gəlib çatmış xalq əmanəti - dastanların ardıcıl və əhatəli şəkildə yaşadılmasının, mahiyyətini məharətlə açdı ustad Fətullah. Yeni bir sənət xəzinəsi yaratdı, tükənməz bir irs formalaşdırdı Fətullah müəllim.
İnsanlar çox böyük həvəslə onu öz məclislərində görmək istəyərdi. Onun repertuarında insanı məftun etməyən heç bir məqam tapmaq olmurdu.
Məclislərin başından ayağına, ayağından başına cövlan edən aşığın hər dövranı qəlblərə məlhəm idi. İnsanda sevgi - eşq oyadardı, qəhrəmanlıq, igidlik xarakterləri aşılayardı, sevgisinə çatmaq mübarizliyi, doğruluğu tapmaq istəyi formalaşdarıdı. Onu o qədər diqqətlə və sakit dinləyərdilər ki,söz çağırdığı məclislərdə milçək səsi olsa belə eşidilərdi.

...Aşıqlıq elmindən xəbəriz insan,
Aşıq Fətullahı tanıya bilməz!
O coşqun dəryadı, həm də ummandı,
Nadana zər vesən anlıya bilməz!
 
1981-ci ildə Aşıq Alının 150 illik yubuleyində Ümummilli Lider Heydər Əliyev onu şəxsən qəbul edib, Göyçədə camaatın halı ilə maraqlanmışdır. Göyçə mahalının söz- sənət yurdu olmasını şərəflə vurğulayıb, din içərisində dinimizi, dil içəriisində dilimizi, irsimizi, sənətimizi, folklorumuzu möhkəm qorumağın vacibliyini bildirmışdır. Eyni zamanda:-” Sən mikrofonsuz da səsinlə sarayı doldura bilirsən!” demişdir.
Daha sonra iki dəfə Aşıq Fətullahı qəbul edib və onun sənətinə hörmətlə yanaşmağın təqdirəlayiq olduğunu bildirib.
2016-cı ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar Mədəniyyət İşçisi” adına layiq görülüb.
Hal hazırda Ustad Gəncə şəhərində cavanlıq enerjisi ilə yaşayıb yaratmaqdadır. Aşığın səsi- səmiri təbiiliklə yerində, hafizəsı əvvəlki tək işlək və gözəl...
Hörmətli şairimiz Eldar İsmayıl Aşıq Fətullahın bu yaşdakı çıxışını görərək qürur hissilə onun haqqında belə bir şer yazmışdır.

Elə bildim qocalıbsan, a qardaş,
Sən mətləbi andıranda ayıldım.
Bu sənətin şahı mənəm deyənə,
Bu sənəti dandıranda ayıldım.

Bir azmanın çiçəklənən eşqini,
Nəzmə çəkdim diləklənən eşqini,
Ustad aşıq şimşəklənən eşqini,
Nadanlara qandıranda ayıldım.

Ötüb keçdi Göyçə yurdun dəmləri,
Əldən verdim o ilahi çəmləri,
Dərd əlində sizildayan simləri,
Tufan qopub sındıranda ayıldım.

Bal bələndi nəğmələnən dilinə
Əl çatmadı ün yetmədi zilinə,
Meydan keçdi nər oğlunun əlinə,
Maya keçib gen duranda ayıldım.

Kimdə gördüm mən bu eşqi həvəsi?
Bu səs döylü bil tanrının töhfəsi,
Fətullahın od püskürən nəfəsi,
Mən Eldarı yandıranda ayıldım.

Müəllif: Tibb üzrə fəlsəfə doktoru-Hacı Abbas Əli oğlu Baqir(ov)
    

ELİN SƏSİ SƏNƏTKARIN SƏNƏTİNDƏ YAŞAYAR ZAKİR VƏLİYEV
 
Bir gün rəhmətlik Xəlil müəllim bir dəvətnamə göndərmişdi. Dəvətnamənin çap yazısı olan yerində yox, vərəqin ağ tərəfində qalın və səliqəli xətlə yazılmışdı;" Əziz və hörmətli şagirdim-həkim Abbas Bağırov, Sizi oğlum Bağbanın toyuna masabəyi dəvət edirəm. Hörmətlə Xəlil Qaraşov." Açığı mən həmin dövrdə özümü hələ uşaq kimi sandığımdan bir az tərəddüd və həyəcan hissi keçirdim.İnana bilmirdim ki, bu dəvətnamə ilə məni hörmətli Xəlil Qaraşov kimi bir ağsaqqal övlad toyuna masabəyi dəvət edib. Xülasə, hazırlaşdım getdim Gəncəyə.Çatdım Xəlil müəllimin qapısaına, gördüm rəhmətlik Xəlil müəllim, Şəmil əmi (Qaraşov), bir də rəhmətlik Zakir əmi və bir neçə də digər yoldaşlar əyləşiblər. Mən çatan kimi mənə bir neçə şeyir deməyi sfariş etdilər . Şeyirləri deyəndən sonra təkilif eləfdim ki, Zakir əmi, bir "Ağ çiçəklər", sonra da bir "Könə Kolxozu" çal. Zakir əmi qara zurnada əvvəl bir təsnif çaldı və növbəti mahnıya keçəndə mən oynaya bilmədim! Ağlamaq məni tutdu, özü də nə tutdu.Sadəcə gözdən itməyi üstün tutub, camaat ağlamağımı hiss etməsin deyə meydandan yayındım. O gün mənim Zakir əmi ilə bağlı ən yadda qalan günlərimdən biri oldu. Çün mən bu dünyada o canlı ifanı dinləyib, oynamaq imkanımın axırıncısını istifadə edirdim. O barmaqların qara zurna üzərində gəzməyində, o nəfəsin şirinliyində, o ifanın ana laylası kimi doğmalığında olan əfsun idi məni ağladan, uşaqlığımın, aydın səmalar kimi ən saf vaxtlarımın əldən getməsi idi məni ağladan, eldən aralanıb, eli bir daha cəm görə bilməyə inamımın olmaması idi məni ağladan.
Zakir Xumuş oğlu Vəliyev 05.07.1938 də həm Göyçə mahalının, həm də elə bütün dünyanın ən potensial intellektə malik olan Nərimanlı kəndində anadan olub. Uşaqlığından ata nəvazişinə həsrətlə böyüyüb.Atası rəhmətlik Xumuş kişi müharibəyə gedib, bir daha qayıtmayıb. Elə həmin dövrdən də ailənin bütün yükü Zakir Vəliyevin üzərinə düşüb. Gənc yaşlarında yüklənmiş olduğu bu qayğılar onda bir ağsaqqallıq siması formalaşdırıb. Bu xarakterlə də elə, obaya, qonşuluğa hörmətlə yaşadı öz dəyərli ömrünü Zakir əmi. Qaz 51 maşını var idi. Həmin maşınla hər bir Nərimanlının qulluğunda hörmətlə durdu. Heç kəslə qiymət danışıb işini sonra görmədi. Heç kəsin malına haram qatmadı. Şəxsiyyətli cüssəsi, şirin danışığı, lazım olan məqamlarda prinsipallığı camaatda ona qarşı fərqli bir münasibət formalaşdırmışdı.Rəhmətlik, Ələmdar əmi, Ələmşah dayı, bir də Zakir əmi birlikdə kəndin toylarını keçirirdilər. Elə el şənliklərində də Zakir əmi hamının toryunu izzətlə yola verərdi. Toyun axırında da döyrandan qaytarıb toya pul salardı. Zaman keçdikcə bu insanların əzəməti insan gözündə daha da böyüyür. Ona görə ki, gördüklərimiz artıq itməkdədir. Özü də deyəsən birdəfəlik! Mənə görə dünyanın əvəzolunmaz gözəllyi Zakir əminin şirin barmaqlarından qopan qara zurna səsindədir. Çün varlığımın ən ülvi hissləri toylarda o sədanın içərisində əmələ gəlib, sevgim, eşqim, istiqanlılığım o musiqinin içərisində bərkiyib. Zakir Vəliyev bütün qohumlarının, qonşularının, elinin əziyyətini əziyyət hiss etmədən çəkib. Lənətə gəlmiş erməni -rusun əsdirdiyi acı yellər qaçqınlıq burulğanında Zakir Vəliyevi də bütün Göyçəlilər kimi külfətliklə öz dədə- baba yerindən oynatdı. Gözəl və mehriban Gəncə şəhərində məskunlaşıb, ömrünün axırına qədər burada yaşadı və 08.11.2013 də dünyasını dəyişdi. Göygöl rayonunun qəbristanlığında dəfn edildi.
Xoş o kəsin halına ki, yurdunda saleh övladlar qoyub gedir.Elə Zakir əminin də yurdu rəvandır MaşAllah! Oğlu Qeyrət Vəliyevin böyüklüyü ilə balaları xeyirdən, şərdən qalmır, el içində düz dolanıb, dürüst gəzirlər. Hər kəsin xətir- hörmətini qazanırlar, elə ataları kimi. Hər Zaman atalarının müqəddəs ruhunu yad edib ehtiram göstərirlər. Bu nöqteyi -nəzərdən əmoğlu Qeyrətə və qardaşlarına üzünüz ağ olsun deyib, Zakir əmiyə Allahdan rəhmət diləyirəm!
P.s. 1992 ci ildə rəhmətlik Bayram Abbasov axşamüstü maşınla Mİngəçevir şəhərinə gedirmiş. Birdən eşidir ki, uzaq kənddən qara zurna səsi gəlir. Sürücüyə deyir ki, həmin kəndə sür, bu Zakirin zurnasının səsidir ! Gəlir görür ki, həqiqətən Zakir əmi toydadır. Təsəvvür edin ki, onlar o görüş məqamında hansı hisslərli yaşayıblar?!


DÜNYAYA GÖZ AÇAN HƏR ÖVLADIN ANASI - MƏLAHƏT XANIM MÜFİDZADƏ

İnsan dünyaya gələn zaman deyirlər ki, filankəsin oğlu və yaxud qızı oldu. Hansı cinsə mənsub olmağından asılı olmayaraq görəsən bilinirmi ki, dünyaya gələn insan İNSANLIQ xislətini yaşada biləcək gücdədirmi, görəsən İNSAN kimi yaşaya biləcək və İNSAN kimi yaşada biləcəkmi, görəsən əməlləri ilə İNSANLIĞA nə töhvə verə biləcək və nəhayət İNSANLIQ surətindən mələkuta yaxınlaşan məhzərdə bir məsafəni tuta biləcəkmi?!
Zaman keçdikcə bilinər kimin kim olmağı ! Kim olmaq üçün gərək əslin, nəcabətin olsun, mayan halal olsun, halal südəmən olasan!
MÜFİDZADƏ MƏLAHƏT HƏMİD qızı halala çıxan bütün yolları yaradanın əmri ilə qət edib və halal olanların hamısını İLAHİ bir niyyətlə qiymətli varlığı üçün ali qazanc, irfani mənfəət, dünya və axirətin xoşbəxtlik qəniməti kimi əldə edib.
O, İNSAN kimi İNSANDIR, O,SAFDIR, O,MƏSUMƏDİR!
Mən bu sözləri gəlişi gözəl olsun deyə yazmıram. Kimisə dövrün xarakterinə uyğun şəkildə boş tərifləməyə də ehtiyac duymuram və xarakterimdə də belə bir nəsnə yoxdur.
Hər kəs bilir MƏLAHƏT XANIMI!
MƏLAHƏT MÜFİDZADƏ mənim fəxrim, əzizim, böyük bacım qədər məsafədə olan yaxınım, iş yoldaşım, lazım olduqda dayağım, illərin sınağından keçmiş dostumdur!
DƏDƏ ƏLƏSGƏRİN bir sözü xatirimə gəldi "Adam sayar, adam sayılan məni!"
Saydığım və sayanımdır hörmətli MƏLAHƏT XANIM !
Onun çox dəyərli həyatının mahiyyəti xeyir əməllərlə, məziyyəti körpə balaların sağlam yaşatmının təmin olunması üçün İLAHİ vasitəçi olmağı ilə ölçülür.
Bu gün SİZİN AD GÜNÜNÜZDÜR, ƏZİZ MƏLAHƏT XANIM !
Kollektivimiz üçün özəl bir gündür bu gün, məhz SİZİN ad gününüz olduğu üçün!
MƏN və hamımız SİZİ rəğbətlə, hörmətlə, izzətlə, şöhrətlə və səmimiyyətlə təbrik edirik, GÖZƏL İNSAN !
Sizə olan arzularımı burada yazmıram, çün ALLAHA təvəssül ilə pünhan saxlamışam!
Tezliklə hər kəs SİZİ gözləyir!
MƏN ÖZ TƏBİƏTİMƏ UYĞUN OLAN İNSANLARIN ƏHATƏSİNDƏ OLDUĞUM ÜÇÜN ÇOX XOŞBƏXTƏM- ƏVƏZOLUNMAZ XARAKTERƏ, HƏKİMLİYƏ MALİK, İSMƏT, QEYRƏT VƏ LƏYAQƏT RƏMZİ OLAN MƏLAHƏT XANIM KİMİ İNSANLARIN !
Y A Ş A G Ö Z Ə L İ N S A N !

MÖTƏBƏRLİK ƏMƏLLƏRLƏ QAZANILIR (ixtsarla) Öz mənliyinə dəyər verib, şəxsiyyətini ucaltmaq istəyi ilə müəyyən mövqelər qazana bilmiş bir çox insanların həyatında böyük rol oynamış, bütün yetirmələrinə qüdrət və kəramət sahibi olan Allaha, valideynə hörmət, ehtiram qoymağın vacibliyini incələmiş, el –oba sevgisini aşılamış, millətininin, xalqının, torpağının, tarixinin taleyinə biganə qalmamağı təlqin edərək, onlarda əsil ziaylılıq hissləri formalaşdırmağa müvəffəq olmuş, ilk qədəmlərimi sevgili- doğma məktəbimizə atdığım zaman müəllim, eyni zamanda, direktor kimi əzəmətinə uşaqlığımdan belə heyranlıqla baxdığım hörmətli Əhməd Qasım oğlu Hacıyev haqda bir məqalə yazmağa qərar verib, sizlərlə bölüşmək fikrinə düşdüm, əzizlərim. ... Onun şərəfli şəxsiyyət kimi ictimai həyatda nüfuzu, sosial ədaləti qorumağı, kaloritli, aramlı, müdrik danışıq tərzi, ləngərli, ağır yerişi, sivri ucundan, qalın kökünədək dik dayanıqlı qaşları altındakı qısa və sahmanlı şəkildə düzülmüş kirpikləri arasından süzülən məğrur baxışları ruh və cisimin elə bir vəhdətini yaratmışdır ki, kamillik həddində yer üzünün əşrəfi - İNSAN surətinin əsil ifadəsi kimi sevdirirdi mötəbərliyini. O, ahəstə -ahəstə yol yeridikcə sanki yol qürrələnirdi; ” Şəxsiyyət gəlr!”- deyirdi. Ətrafdakı hər kəsin rəğbətinə səbəb olan bəsit və nurani simasının zəhmi, səlis ,ifadəli, hökmlü davranış tərzi var idi hörmətli Əhməd müəllimin. Hələ məktəbə getmədiyim dövrlərdən valideynlərimin, ailəmizin və qohumlarımın əhatəsi istisna olmaqla ilk doğma və hərarətlə dolu olan bir səs kimi duydum hörmətli Əhməd müəllimin səsini. “Diqqət,diqqət! Danışır Nərimanlı kənd orta məktəb direksiyasının radio qovşağı! Bu gün imtahan verən şagirdlərin imtahan nəticələrini elan edirik!” Bu səs uzaqdan sakit, səması aydın, təbiəti əsrarəngiz saflığa malik Göyçə düzənliyinə tamamilə yayılırdı. Bu səs bir laylanı, qəlbləri məftun edən bir muğamı, ruhu ağuşuna alıb göylərə qaldıran bir məlahəti xatırladırdı.Bu səs eşidiləndə sanki Göyçə çuxuru sükuta qərq olurdu.Məktəbin ikinci mərtəbəsinin dam örtüyünün baş tərəfində pərçimlənmiş səsgücləndiricidən gələn bu səs çox riqqətləndirici səs idi. Camaat yay aylarında tütün plantasiyasında işləyərkən saat 17-00 də buraxılış imtahanlarının nəticələri elan olunardı. Hər kəs elliklə öz övladının bilik və davranış səviyyəsindən halı olardı. Bu ənənə ona xidmət edirdi ki, dərsə passiv münasibət göstərən şagirdlətrin valideynləri öz övladlarına daha da tələbkar yanaşaraq, onların savadlı böyüməsinə nəzarəti artırsınlar. Bu ənənə ictimai qınağın formalaşmasına xidmət edirdi ki, əsasını da məhz Əhməd Hacıyev qoymuşdur. Qeyd etmək lazımdır ki, bu münasibətlər çərçivəsində müəllim- valideyn əlaqələri hər bir şagirdin gələcək müqəddəratı üzrə zəruri məsələlərin təhlilinə yönəlmiş olurdu.Bunun nəticəsində məktəb şagirdlərinin bilik, bacarıq, davamiyyət səviyyəsi artmaqla hər il ali məktəblərə qəbul olan məzunların sayı müsbət dinamika üzrə inkişaf edirdi. Kənd əhlinin zəhmətlə böyütdüyü övladların xoşbəxt gələcəyə çatması Əhməd müəllimin həyatının məziyyətini təşkil edirdi. Hörmətli direktor Əhməd Hacıyev hər səhər tezdən hamıdan əvvəl olardı məktəbin qarşısında. O, aram- aram dalğın baxışları ilə məktəbə tərəf yönələn insan selini müşahidə edər, hər kəsin fizionomiyasından onun sağlıq durumunu və hazırlığınımüəyyənləşdirə bilərdi. Kimliyindən asılı olmayaraq hazırlıqsız şəkildə onun qarşısına çıxdıqda O, bunu hiss edərdi və yalnız baxışları ilə bütün fikri ifadə olunardı. Odur ki, ondan heç nəyi gizlətmək mümkün deyildi. Bir dəfə üçüncü sinifdə oxuyurdum səhər məktəbə axsaya- axsaya gedirdim (boyatma dövründə). Müəllimlərə yaxınlaşanda hörmətli Əkbər müəllim soruşdu ki; -“Ayə, niyə axsayırsan?” Dedim: -“Axsamıram.” Əhməd müəllim o tərəfdən qayıtdı ki; -“Denən axsamıram, maytıyıram.” Bundan sonra Göyçə leksikonunda olan maytamaq sözü mənim danışıq ifadələrimdən birinə çevrildi. O, bütün prosesləri rəvan, rahat yola yönəlməklə hər yerdə sülhü, səmimiyyəti bərqərar edə bilirdi , özü də mahir şəkildə,əsil ağsaqqalıq nümunəsi ilə. Onun sözünün məğzi üzündən bilinərdi. Əsəbləşdiyi bir məsələ ortaya çıxanda hikmətli kəlamlar mənbəyi olan dili ilə qalın və zərif dodaqlarına bir xəfif sığal çəkərdi. Bu akt onun daxili gərginliyinin boşalması üçün yetərli idi. Ən passiv şagirdə ən ağır sözü yalnız bir kəlmə-“axmaq “ demək idi. Bundan savayı onun dilində öyrəşə bilməyəcəyimiz vulqar heç bir söz olmazdı. Özü də belə deyirdi: -”Sən niyə axmaqsan, gör səndən başqa axmaq deyilən adam varmı?!” Məktəbimizdə onun direktorluğu dövründə oktyabryatların, pionerlərin, komsomolların öz aralarında elm və bilik yolunda gözəl şəkildə rəqabət meydanı açılmışdı. Eyni zamanda ədəbiyyat, poeziya sahəsində istedadı olan uşaqların ədəbi irsimizlə bağlı yaradıcılıqlarının sərgilənməsini təşkil etməklə, səhnə dramaturgiyasının ixtisaslaşmış aktyorların qurduğu kompozisiyaya yaxın səviyyədə təşkil olunması onun diqqət göstərdiyi məsələlər siyahısına aid idi. Özü müharibə iştirakçısı olduğundan hərb fənnindən şagirdlərin mənimsəməsini daim yoxlayar, pedaqoji şuranın qərarlarının dəqiqliklə icra olunmasını nəzarətdən kənarda saxlamazdı Dərsdən sonra qrup məşğələlərini xüsusən izləyərək birdən gözlənilmədən siniflərə daxil olaraq: “ sabahın dərslərini hazırlamısınızmı”, “yoxlamadan neçə alımısan?” deyə ahəstə şəkildə soruşardı. Tədrisin yekun göstəricilərinın faiz dərəcələri yüksəldikdə onun gözlərinin dibindəki sevinc hissi atəşli şəkildə ətrafa səpələnərdi. Qış aylarında məktəbin içərisinə daxil olan kimi dərhal əllərini isidici batereyaya toxundurardı, bu onun özünün əllərini isitməsi üçün deyil, sinif otaqlarında soyuq olmamasını yoxlamamq üçün idi. Məktəb direktoru kimi inzibatçılıq xasiyyəti sovet təhsil sisteminin ən üst qatlarında duran bir səviyyəni tutmuşdu. Nərimanlı məktəbi adla deyilən bir məktəbə çevrilmişdi. Bəli, hörmətli Əhməd müəllimdən də əvvəl Nərimanlıda mədrəsə və məktəb sistemi özünəməxsus yer tuta bilmişdir , lakin Əhməd müəllimin rəhbərliyi dövrü Nərimanli məktəbinin intibah dövrü adlanır ki, bu da bir təbəddülatdır. Bəzən uşaqlar bir yerdə topa şəkilində oynayar, yaxud dərsdən xaric nə iləsə məşğul olardılar. Birdən kimsə; “Əhməd müəllim gəlir” desəydi, göz qırpımında hamı yoxa çıxardı. Bu qorxmaqdan yox, öz nüfuzunu tanıtmış bir el ağsaqqalına insanların hədsiz hörmətindən, onun gözündən düşməmək istəyindən yaranırdı.Onun olduğu yerdə isə “fərəqət “ vəziyyəti alına bilmirdi. Əhməd müəllim özünəməxsus özəlliklərə malik qənirsiz təbiəti, zəngin, tədbirli insan olmağı, sonu görünməyən fəzilət dünyasında yaratdığı, insanlıq ölçülərini tamamilə əhatə edə bilən bir təşkilatçı- inzibatçı rəhbər olmağı ilə xatirimizin dərin köklərində qırılmaz şaxələr yaratmışdır. Əhməd müəllimin fərqli bir fitrəti var idi. El məclislərində az-az görünərdi, lakin yas məclislərinin birindən də qalmayaraq dəfələrlə eyni hüzr yerində iştirak edərdi. Qərbi Azərbaycanın demək olar ki, bütün regionlarında onun şəxsiyyətinə hörmətlə yanaşardılar. Əhməd Qasım oğlu Hacıyev 1923 cü il aprel ayının 23 də qədim Oğuz Yurdu- havası, suyu, təbiəti, mühiti, yetirdiyi barı- bəhrəsi saf olan, torpağının gücü ilə yetirdiyinə güc verən, göyçək- Göyçə mahalının Nərimanlı kəndində anadan olmuşdur. Əsilli- nəsilli kişilərin nəfəsi ilə böyüyərək gəncliyində qoçaq, çılğın bacarıqlı iş yarıdan bir insan kimi tanınmışdır. O, 18 yaşına çatan kimi 1941- ci ildə Böyük Vətən Müharibəsində ordu sıralarına qoşularaq Krım cəbhəsində hərbi əməliyyatlarda iştirak etmişdir. Alman faşizminə qarşı döyüşlərdə nümunəvi xidmətinə görə dəfələrlə orden və medallarla təltif olunmuşdur. 1944 cü ildə ağır döyüş əməliyyatlarının birində qolundan yaralanaraq müharibədən təxris olunur, doğlduğu doğma Göyçə mahalına qayıdaraq burada pedaqoji fəaliyyətə başlayır. Müəllimlik peşəsini mahir səviyyədə bacarmağı, el- obanın elmi potensialına savadı ilə verdiyi töhvə Əhməd müəllimi ruhlandıraraq ali təhsil alması üçün Azərbaycan Dövlət Pedaqoji İnstitutuna sənəd verməyə sövq etmişdir.1946 cı ildə müəllimlik ixtisasının ali diplomunu almaq niyyətində olan Əhməd Hacıyev APİ-yə müvəffəq şəkildə qəbul olur. 1950 ci ildə ali təhsilini uğurla başa vuraraq ədəbiyyat-tarix fakültəsini bitirir. Ali təhsilli müəllim kimi Göyçə mahalına qayıdan Əhməd Hacıyev Qaraqoyunlu kəndində məktəb direktoru vəzifəsinə təyin olunaraq əmək fəaliyyətinə davam etməyə yenidən başlayır. Zaman- zaman Göyçə mahalının müxtəlif kəndlərində orta təhsilin inkişafına savad və bacarığı ilə töhvələr verən Əhməd Hacıyev, həmçinin rayon rəhbərliyinin gözündə inamlı bir kadr kimi ucalmağa da müvəffəq olur. Onu hansı kənddə məktəb strukturlarını bərkitmək lazım idisə, həmin kəndlərə rəhbər təyin edirdilər.Təlim və tədrisin əsaslarını formalaşdırmaqda təcrübəli bir rəhbər kimi tanınan Əhməd müəllim Sarıyaqub, Qoşabulaq kəndlərində də məktəb direktoru kimi işləmişdir. İşlədiyi yerlərdə də kənd əhlinin sonsuz hörmətini qazanmışdır. Sonrakı dövrlərdə inzibatçı, təşkilatçı və təbliğatçı bir rəhbər kimi fərqləndiyinə görə Sovet Höküməti onun iş fəaliyyətinə digər sahələrdə də təyinat verərək Qayabaşı kəndinə sovet sədri vəzifəsinə göndərmişdir. Sonralar həmən kənddə kolxoz sədri vəzifəsində də çalışmışdır. Bütün təşkilatlarda örnək ola bilən nümunələr ortaya qoyaraq, nüfuzlu ictimai xadim kimi tanınmışdır. O, 1966 cı ildə doğma Nərimanlı kəndinin orta məktəbinə təyinat alaraq direktor vəzifəsinə təyin edilir. Həmin dövrlərdə Nərimanlı kənd orta məktəbinə bir sıra qıraq kəndlərdən də bəzən çox çətin şəraitlərdə belə şagirdlər gələrək Əhməd müəllimin rəhbərlik etdiyi məktəbdə dərs alırdılar. O, bu nüfuzun formalaşmasına böyük və əvəzolunmaz əziyyətləri sayəsində nail olmuşdur. 1988 ci ilin məlum hadisələrində mənfur düşmənlərimiz ermənilər və onların havadarlarının basqısı nəticəsində Əhməd Hacıyev də ailəsi ilə birlikdə digər Qərbi Azərbaycanlılar kimi öz dədə- baba yurdundan çıxarılır, Xanlar (indiki Göygöl) rayonuna pənah gətirir. Uzun illərin təcrübəsinə malik olan el ağsaqqalı Əhməd müəllim Gəncə qəsəbəsində müəllimlik fəaliyyətini davam etdirir. Hər zaman mötəbər şəxsiyyətinin ucalığı ilə insanların hörmətini və rəğbətini qazanmış Əhməd Hacıyev 2003 cü il martın 10 –da vəfat etmiş, Göygöl rayon qəbristanığında dəfn edilmişdir. Əhməd müəllim məlum tarixdə vəfat etmiş olsa belə onun qüdrətlə, ləyaqətlə qurdyğu ömür səltənətinin xanimanı dağılmamışdır. O, ölmədi sadəcə susdu, sonsuzluğu bilinməyən zaman müddətinə susqunluq halına keçdi. Onun yetirmələri, doğmaları, eli- obası onu daim ağıllarda, hörmətlərdə, izzətlərdə yad edərək yaşadır. Onun danışığından, baxışından, duruşundan , ləngərli yerişindən qoparaq mənəvi dünyamızı zənginləşdirən bir tərbiyə içərisində xatirəsi daim yaşayacaqdır.

Hacı Abbas Əli oğlu Bağırov -provizor, həkim, tibb üzrə fəlsəfə doktoru, Qələbə Tibb Mərkəzi MMC-nin direktoru Bağırov Abbas adlı şəxsin şəkli. Bəyən Daha çox münasibət göstər Rəy bildir Paylaş Rəylər Bağırov Abbas

Rəy bildir...


MÖTƏBƏRLİK ƏMƏLLƏRLƏ QAZANILIR (ixtsarla) Öz mənliyinə dəyər verib, şəxsiyyətini ucaltmaq istəyi ilə müəyyən mövqelər qazana bilmiş bir çox insanların həyatında böyük rol oynamış, bütün yetirmələrinə qüdrət və kəramət sahibi olan Allaha, valideynə hörmət, ehtiram qoymağın vacibliyini incələmiş, el –oba sevgisini aşılamış, millətininin, xalqının, torpağının, tarixinin taleyinə biganə qalmamağı təlqin edərək, onlarda əsil ziaylılıq hissləri formalaşdırmağa müvəffəq olmuş, ilk qədəmlərimi sevgili- doğma məktəbimizə atdığım zaman müəllim, eyni zamanda, direktor kimi əzəmətinə uşaqlığımdan belə heyranlıqla baxdığım hörmətli Əhməd Qasım oğlu Hacıyev haqda bir məqalə yazmağa qərar verib, sizlərlə bölüşmək fikrinə düşdüm, əzizlərim. ... Onun şərəfli şəxsiyyət kimi ictimai həyatda nüfuzu, sosial ədaləti qorumağı, kaloritli, aramlı, müdrik danışıq tərzi, ləngərli, ağır yerişi, sivri ucundan, qalın kökünədək dik dayanıqlı qaşları altındakı qısa və sahmanlı şəkildə düzülmüş kirpikləri arasından süzülən məğrur baxışları ruh və cisimin elə bir vəhdətini yaratmışdır ki, kamillik həddində yer üzünün əşrəfi - İNSAN surətinin əsil ifadəsi kimi sevdirirdi mötəbərliyini. O, ahəstə -ahəstə yol yeridikcə sanki yol qürrələnirdi; ” Şəxsiyyət gəlr!”- deyirdi. Ətrafdakı hər kəsin rəğbətinə səbəb olan bəsit və nurani simasının zəhmi, səlis ,ifadəli, hökmlü davranış tərzi var idi hörmətli Əhməd müəllimin. Hələ məktəbə getmədiyim dövrlərdən valideynlərimin, ailəmizin və qohumlarımın əhatəsi istisna olmaqla ilk doğma və hərarətlə dolu olan bir səs kimi duydum hörmətli Əhməd müəllimin səsini. “Diqqət,diqqət! Danışır Nərimanlı kənd orta məktəb direksiyasının radio qovşağı! Bu gün imtahan verən şagirdlərin imtahan nəticələrini elan edirik!” Bu səs uzaqdan sakit, səması aydın, təbiəti əsrarəngiz saflığa malik Göyçə düzənliyinə tamamilə yayılırdı. Bu səs bir laylanı, qəlbləri məftun edən bir muğamı, ruhu ağuşuna alıb göylərə qaldıran bir məlahəti xatırladırdı.Bu səs eşidiləndə sanki Göyçə çuxuru sükuta qərq olurdu.Məktəbin ikinci mərtəbəsinin dam örtüyünün baş tərəfində pərçimlənmiş səsgücləndiricidən gələn bu səs çox riqqətləndirici səs idi. Camaat yay aylarında tütün plantasiyasında işləyərkən saat 17-00 də buraxılış imtahanlarının nəticələri elan olunardı. Hər kəs elliklə öz övladının bilik və davranış səviyyəsindən halı olardı. Bu ənənə ona xidmət edirdi ki, dərsə passiv münasibət göstərən şagirdlətrin valideynləri öz övladlarına daha da tələbkar yanaşaraq, onların savadlı böyüməsinə nəzarəti artırsınlar. Bu ənənə ictimai qınağın formalaşmasına xidmət edirdi ki, əsasını da məhz Əhməd Hacıyev qoymuşdur. Qeyd etmək lazımdır ki, bu münasibətlər çərçivəsində müəllim- valideyn əlaqələri hər bir şagirdin gələcək müqəddəratı üzrə zəruri məsələlərin təhlilinə yönəlmiş olurdu.Bunun nəticəsində məktəb şagirdlərinin bilik, bacarıq, davamiyyət səviyyəsi artmaqla hər il ali məktəblərə qəbul olan məzunların sayı müsbət dinamika üzrə inkişaf edirdi. Kənd əhlinin zəhmətlə böyütdüyü övladların xoşbəxt gələcəyə çatması Əhməd müəllimin həyatının məziyyətini təşkil edirdi. Hörmətli direktor Əhməd Hacıyev hər səhər tezdən hamıdan əvvəl olardı məktəbin qarşısında. O, aram- aram dalğın baxışları ilə məktəbə tərəf yönələn insan selini müşahidə edər, hər kəsin fizionomiyasından onun sağlıq durumunu və hazırlığınımüəyyənləşdirə bilərdi. Kimliyindən asılı olmayaraq hazırlıqsız şəkildə onun qarşısına çıxdıqda O, bunu hiss edərdi və yalnız baxışları ilə bütün fikri ifadə olunardı. Odur ki, ondan heç nəyi gizlətmək mümkün deyildi. Bir dəfə üçüncü sinifdə oxuyurdum səhər məktəbə axsaya- axsaya gedirdim (boyatma dövründə). Müəllimlərə yaxınlaşanda hörmətli Əkbər müəllim soruşdu ki; -“Ayə, niyə axsayırsan?” Dedim: -“Axsamıram.” Əhməd müəllim o tərəfdən qayıtdı ki; -“Denən axsamıram, maytıyıram.” Bundan sonra Göyçə leksikonunda olan maytamaq sözü mənim danışıq ifadələrimdən birinə çevrildi. O, bütün prosesləri rəvan, rahat yola yönəlməklə hər yerdə sülhü, səmimiyyəti bərqərar edə bilirdi , özü də mahir şəkildə,əsil ağsaqqalıq nümunəsi ilə. Onun sözünün məğzi üzündən bilinərdi. Əsəbləşdiyi bir məsələ ortaya çıxanda hikmətli kəlamlar mənbəyi olan dili ilə qalın və zərif dodaqlarına bir xəfif sığal çəkərdi. Bu akt onun daxili gərginliyinin boşalması üçün yetərli idi. Ən passiv şagirdə ən ağır sözü yalnız bir kəlmə-“axmaq “ demək idi. Bundan savayı onun dilində öyrəşə bilməyəcəyimiz vulqar heç bir söz olmazdı. Özü də belə deyirdi: -”Sən niyə axmaqsan, gör səndən başqa axmaq deyilən adam varmı?!” Məktəbimizdə onun direktorluğu dövründə oktyabryatların, pionerlərin, komsomolların öz aralarında elm və bilik yolunda gözəl şəkildə rəqabət meydanı açılmışdı. Eyni zamanda ədəbiyyat, poeziya sahəsində istedadı olan uşaqların ədəbi irsimizlə bağlı yaradıcılıqlarının sərgilənməsini təşkil etməklə, səhnə dramaturgiyasının ixtisaslaşmış aktyorların qurduğu kompozisiyaya yaxın səviyyədə təşkil olunması onun diqqət göstərdiyi məsələlər siyahısına aid idi. Özü müharibə iştirakçısı olduğundan hərb fənnindən şagirdlərin mənimsəməsini daim yoxlayar, pedaqoji şuranın qərarlarının dəqiqliklə icra olunmasını nəzarətdən kənarda saxlamazdı Dərsdən sonra qrup məşğələlərini xüsusən izləyərək birdən gözlənilmədən siniflərə daxil olaraq: “ sabahın dərslərini hazırlamısınızmı”, “yoxlamadan neçə alımısan?” deyə ahəstə şəkildə soruşardı. Tədrisin yekun göstəricilərinın faiz dərəcələri yüksəldikdə onun gözlərinin dibindəki sevinc hissi atəşli şəkildə ətrafa səpələnərdi. Qış aylarında məktəbin içərisinə daxil olan kimi dərhal əllərini isidici batereyaya toxundurardı, bu onun özünün əllərini isitməsi üçün deyil, sinif otaqlarında soyuq olmamasını yoxlamamq üçün idi. Məktəb direktoru kimi inzibatçılıq xasiyyəti sovet təhsil sisteminin ən üst qatlarında duran bir səviyyəni tutmuşdu. Nərimanlı məktəbi adla deyilən bir məktəbə çevrilmişdi. Bəli, hörmətli Əhməd müəllimdən də əvvəl Nərimanlıda mədrəsə və məktəb sistemi özünəməxsus yer tuta bilmişdir , lakin Əhməd müəllimin rəhbərliyi dövrü Nərimanli məktəbinin intibah dövrü adlanır ki, bu da bir təbəddülatdır. Bəzən uşaqlar bir yerdə topa şəkilində oynayar, yaxud dərsdən xaric nə iləsə məşğul olardılar. Birdən kimsə; “Əhməd müəllim gəlir” desəydi, göz qırpımında hamı yoxa çıxardı. Bu qorxmaqdan yox, öz nüfuzunu tanıtmış bir el ağsaqqalına insanların hədsiz hörmətindən, onun gözündən düşməmək istəyindən yaranırdı.Onun olduğu yerdə isə “fərəqət “ vəziyyəti alına bilmirdi. Əhməd müəllim özünəməxsus özəlliklərə malik qənirsiz təbiəti, zəngin, tədbirli insan olmağı, sonu görünməyən fəzilət dünyasında yaratdığı, insanlıq ölçülərini tamamilə əhatə edə bilən bir təşkilatçı- inzibatçı rəhbər olmağı ilə xatirimizin dərin köklərində qırılmaz şaxələr yaratmışdır. Əhməd müəllimin fərqli bir fitrəti var idi. El məclislərində az-az görünərdi, lakin yas məclislərinin birindən də qalmayaraq dəfələrlə eyni hüzr yerində iştirak edərdi. Qərbi Azərbaycanın demək olar ki, bütün regionlarında onun şəxsiyyətinə hörmətlə yanaşardılar. Əhməd Qasım oğlu Hacıyev 1923 cü il aprel ayının 23 də qədim Oğuz Yurdu- havası, suyu, təbiəti, mühiti, yetirdiyi barı- bəhrəsi saf olan, torpağının gücü ilə yetirdiyinə güc verən, göyçək- Göyçə mahalının Nərimanlı kəndində anadan olmuşdur. Əsilli- nəsilli kişilərin nəfəsi ilə böyüyərək gəncliyində qoçaq, çılğın bacarıqlı iş yarıdan bir insan kimi tanınmışdır. O, 18 yaşına çatan kimi 1941- ci ildə Böyük Vətən Müharibəsində ordu sıralarına qoşularaq Krım cəbhəsində hərbi əməliyyatlarda iştirak etmişdir. Alman faşizminə qarşı döyüşlərdə nümunəvi xidmətinə görə dəfələrlə orden və medallarla təltif olunmuşdur. 1944 cü ildə ağır döyüş əməliyyatlarının birində qolundan yaralanaraq müharibədən təxris olunur, doğlduğu doğma Göyçə mahalına qayıdaraq burada pedaqoji fəaliyyətə başlayır. Müəllimlik peşəsini mahir səviyyədə bacarmağı, el- obanın elmi potensialına savadı ilə verdiyi töhvə Əhməd müəllimi ruhlandıraraq ali təhsil alması üçün Azərbaycan Dövlət Pedaqoji İnstitutuna sənəd verməyə sövq etmişdir.1946 cı ildə müəllimlik ixtisasının ali diplomunu almaq niyyətində olan Əhməd Hacıyev APİ-yə müvəffəq şəkildə qəbul olur. 1950 ci ildə ali təhsilini uğurla başa vuraraq ədəbiyyat-tarix fakültəsini bitirir. Ali təhsilli müəllim kimi Göyçə mahalına qayıdan Əhməd Hacıyev Qaraqoyunlu kəndində məktəb direktoru vəzifəsinə təyin olunaraq əmək fəaliyyətinə davam etməyə yenidən başlayır. Zaman- zaman Göyçə mahalının müxtəlif kəndlərində orta təhsilin inkişafına savad və bacarığı ilə töhvələr verən Əhməd Hacıyev, həmçinin rayon rəhbərliyinin gözündə inamlı bir kadr kimi ucalmağa da müvəffəq olur. Onu hansı kənddə məktəb strukturlarını bərkitmək lazım idisə, həmin kəndlərə rəhbər təyin edirdilər.Təlim və tədrisin əsaslarını formalaşdırmaqda təcrübəli bir rəhbər kimi tanınan Əhməd müəllim Sarıyaqub, Qoşabulaq kəndlərində də məktəb direktoru kimi işləmişdir. İşlədiyi yerlərdə də kənd əhlinin sonsuz hörmətini qazanmışdır. Sonrakı dövrlərdə inzibatçı, təşkilatçı və təbliğatçı bir rəhbər kimi fərqləndiyinə görə Sovet Höküməti onun iş fəaliyyətinə digər sahələrdə də təyinat verərək Qayabaşı kəndinə sovet sədri vəzifəsinə göndərmişdir. Sonralar həmən kənddə kolxoz sədri vəzifəsində də çalışmışdır. Bütün təşkilatlarda örnək ola bilən nümunələr ortaya qoyaraq, nüfuzlu ictimai xadim kimi tanınmışdır. O, 1966 cı ildə doğma Nərimanlı kəndinin orta məktəbinə təyinat alaraq direktor vəzifəsinə təyin edilir. Həmin dövrlərdə Nərimanlı kənd orta məktəbinə bir sıra qıraq kəndlərdən də bəzən çox çətin şəraitlərdə belə şagirdlər gələrək Əhməd müəllimin rəhbərlik etdiyi məktəbdə dərs alırdılar. O, bu nüfuzun formalaşmasına böyük və əvəzolunmaz əziyyətləri sayəsində nail olmuşdur. 1988 ci ilin məlum hadisələrində mənfur düşmənlərimiz ermənilər və onların havadarlarının basqısı nəticəsində Əhməd Hacıyev də ailəsi ilə birlikdə digər Qərbi Azərbaycanlılar kimi öz dədə- baba yurdundan çıxarılır, Xanlar (indiki Göygöl) rayonuna pənah gətirir. Uzun illərin təcrübəsinə malik olan el ağsaqqalı Əhməd müəllim Gəncə qəsəbəsində müəllimlik fəaliyyətini davam etdirir. Hər zaman mötəbər şəxsiyyətinin ucalığı ilə insanların hörmətini və rəğbətini qazanmış Əhməd Hacıyev 2003 cü il martın 10 –da vəfat etmiş, Göygöl rayon qəbristanığında dəfn edilmişdir. Əhməd müəllim məlum tarixdə vəfat etmiş olsa belə onun qüdrətlə, ləyaqətlə qurdyğu ömür səltənətinin xanimanı dağılmamışdır. O, ölmədi sadəcə susdu, sonsuzluğu bilinməyən zaman müddətinə susqunluq halına keçdi. Onun yetirmələri, doğmaları, eli- obası onu daim ağıllarda, hörmətlərdə, izzətlərdə yad edərək yaşadır. Onun danışığından, baxışından, duruşundan , ləngərli yerişindən qoparaq mənəvi dünyamızı zənginləşdirən bir tərbiyə içərisində xatirəsi daim yaşayacaqdır.

Hacı Abbas Əli oğlu Bağırov -provizor, həkim, tibb üzrə fəlsəfə doktoru, Qələbə Tibb Mərkəzi MMC-nin direktoru