Məzmuna keç

Afaq Rüstəmova/Biblioqrafiya/Kitabları

Vikikitab, açıq dünya üçün açıq kitablar
Afaq Rüstəmova/Biblioqrafiya


  • 1.Müasir dövrdə Azərbaycanda etnodil prosesləri. Bakı: «Qartal»,2001,10 ç.v.

Kitabda etnodil proseslərinin mahiyyəti, millətlərarası münasibətlərdə onun əhəmiyyəti, müasir mərhələdə Azərbaycan Respublikasnda bu istiqamətdə etnodil proseslərinin inkişaf xüsusiyyətləri araşdırılmış, eyni zamanda dilin cəmiyyətdə rolu, hüquqi cəmiyyətdə dövlət dilinin mahiyyəti və statusu məsələləri diqqət mərkəzində saxlanmışdır.

  • 2. Sosial linqvistikanın fəlsəfi problemləri. Bakı: «Səda»,2005, 12,5 ç.v.

Kitabda müasir mərhələdə sosial linqvistikanın predmeti, tədqiqat dairəsi, onun əsas tədqiqat obyektlərindən sayılan sosial faktorlar tədqiq edilir, xalqların təfəkkürünün formalaşmasında dilin mühüm rolu nəzərə alınaraq, dil, şüur, təfəkkür münasibətləri və onların etnik xüsusiyyətləri, sosial faktorların dil proseslərinə şüurlu təsiri kontekstində ictimai şüur, dil və sosial linqvistika məsələləri, eləcə də dil, mədəniyyət, etnos münasibətləri, dil siyasəti, ideologiyaya dair araşdırmalar aparılır.

  • 3. Müasir dövrdə tərcümənin nəzəri problemləri. Bakı: «Səda»,2007,7,4 ç.v .

Kitabda tərcümənin fəlsəfi məsələləri, əsas nəzəri müddəaları araşdırılır, tarixi və müasir problemləri nəzərdən keçirilir. Tərcümə aktının dərin hermenevtik mahiyyəti nəzərə alınaraq onun bu sahə ilə əlaqədar poblemləri tədqiq edilir. Tərcümənin praqmatik məsələlərinin mühüm aspektləri araşdırılır, eləcə də millətlərarası münasibətlərdə rolu təhlil edilir.

  • 4.İctimai inkişaf və dil. Bakı, Təknur, 2012, 9 ç.v.

Monoqrafiyada ictimai inkişafda dilin rolu məsələləri araşdırılır. Modernləşmə, kommunikasiya, milli identikliyin formalaşmasında dil amili problemləri nəzərdən keçirilir. Multimədəni cəmiyyətlərdə dil proseslərinin müasir dövr üçün mühüm mahiyyəti nəzərə alınaraq бу sahəyə aid problemər təhlil edilir, demokratik konsolidasiya və dil məsələlərinin aktual aspektləri araşdırılır.

  • 5.Müasir dünya və Azərbaycan reallıqları, fəlsəfi təhlil. Bakı, “AfpoliqrAF”, 2017, 240 s.[1]

Monoqrafiyada müasir dövrün bir sıra aktual problemləri fəlsəfi, sosial-siyasi kontekstlərdən təhlil edilir, o cümlədən, modernləşmənin inkişaf mərhələləri, problemlə bağlı nəzəri-metodoloji yanaşmalar, sosial-siyasi inkişafın əsas konsepsiyaları, Azərbaycanda modernləşmənin sosial inkişafa təsiri, inkişafın Azərbaycan modeli nəzərdən keçirilir, daha sonra modernləşmə prosesləri kontekstində milli şüur və milli mentalitet problemi təhlil edilir. Kitabda XXI əsrin qlobal və təhlükəli hadisələrindən olan terrorizm problemi diqqət mərkəzinə çəkilir, daha dəqiq desək, terrorizm, beynəlxalq terrorizm, din və terrorizm və s. məsələlər araşdırılır, həmçinin dini tolerantlıq, humanizmə dair ideya və mülahizələr tarixilik və müasirlik baxımından araşdırılır.

  1. Müasir dünya və Azərbaycan reallıqları, fəlsəfi təhlil