Məzmuna keç

Resept:Alma piroqu

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Alma piroqu səhifəsindən yönləndirilmişdir)

Tərkibi

[redaktə]
  • 4 ədəd alma,
  • 4 ədəd yumurta,
  • 1 stəkan şəkər tozu
  • 1,5 stəkan un
  • 100 q. kərə yağı,
  • vanil və ya bir neçə damcı vanil ekstraktı
  • şəkər kirşanı (pudrası), üstü üçün

Hazırlanması

[redaktə]

İri qabda yumurta və şəkəri kütlənin rəngi açıq sarı olana qədər mikserlə çalınır. Nə qədər çox çalsanız piroqunuz bir o qədər yaxşı şişər. İçinə xırda doğranmış yağ, vanil və unu əlavə edilir.

Alınan kütlə isinmiş və yağlanmış tavaya tökülür. Üzərinə qabığı soyulmuş alma dilimlənərək düzülür. Soba 180 C-dək qızdırılır. Piroq 40 dəq. ərzində üstü qızaranadək bişirin.

Piroqun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ piroqunuz hazırdır. Piroq öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın.

Süfrəyə verilməsi

[redaktə]

Üstünə şəkər kirşanı səpilərək süfrəyə verilir.

Xarici keçidlər

[redaktə]