Resept:Alma piroqu
Görünüş
Alma piroqu | |||
---|---|---|---|
Kateqoriya: | Piroqlar | ||
Porsiya: | 4 | ||
Enerji qiyməti: | 500-600 kkal. | ||
vaxt: | 30 dəq. | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Tərkibi
[redaktə]- 4 ədəd alma,
- 4 ədəd yumurta,
- 1 stəkan şəkər tozu
- 1,5 stəkan un
- 100 q. kərə yağı,
- vanil və ya bir neçə damcı vanil ekstraktı
- şəkər kirşanı (pudrası), üstü üçün
Hazırlanması
[redaktə]İri qabda yumurta və şəkəri kütlənin rəngi açıq sarı olana qədər mikserlə çalınır. Nə qədər çox çalsanız piroqunuz bir o qədər yaxşı şişər. İçinə xırda doğranmış yağ, vanil və unu əlavə edilir.
Alınan kütlə isinmiş və yağlanmış tavaya tökülür. Üzərinə qabığı soyulmuş alma dilimlənərək düzülür. Soba 180 C-dək qızdırılır. Piroq 40 dəq. ərzində üstü qızaranadək bişirin.
Piroqun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ piroqunuz hazırdır. Piroq öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın.
Süfrəyə verilməsi
[redaktə]Üstünə şəkər kirşanı səpilərək süfrəyə verilir.