Məzmuna keç

Arıçılıq/Arı xəstəlikləri/Amerika çürüməsi

Vikikitab, açıq dünya üçün açıq kitablar
Arıçılıq/Arı xəstəlikləri

Avropa çürüməsi
Sister Projects. Həmçinin baxın: Şəkilləri •

Amerika çürüməsi: Xəstəlik yolxucudur. Təlafat süfrənin məhv olması ilə gedir. Qüvvətli arı aılələrində xəstəliyi müşahidə etmək çox çətindir. Xəstəlik şiddətləndikcə pətəkdəki arıların sayında kəsgin azalma baş verir ki, aktiv və çalışqan arılarda təmbəllik və halsızlıq gözə çarpır. Xəstəliyin başlanğıcında uçuş dəliyi önündə, açıq və möhürlü gözlərdən sökülüb atılan hələ qurumamış, tünd qəhvəyi rəngdə larvalara rast gəlinir. Tələf olmuş süfrənin qabağı qaralır, çökür, üzərində deşik əmələ gəlir və tutqun qəhvəyi rəng alır. Tələf olmuş sürfənin kütləsinə çöpü bulaşdırıb çəkdikdə 4-10 sm qədər rezin kimi uzanır və dülgər yapışqanının iyıni verir. Sоnradan quruyub san qovucuğunun aşağı divarına yapışıb çürüməyə başlayır və arılar onu qoparıb ata bilmirlər. Ana arının təmizləmiş gözlərə düzənsiz olaraq yumurta qoyması amerika çürüməsinin tipik əlamətdir.