Məzmuna keç

Arıçılıq/Arıxanaların təşkili

Vikikitab, açıq dünya üçün açıq kitablar
Giriş Arıçılıq

Pətəklərin yerləşdirilməsi üçün sahənin seçilməsi


Bal arıları təbiətin möcüzəsidir. Onlar insanlara müalicəvi xüsusiyyətə malik bal, çiçək tozu, vərəmum, arı zəhəri, arı südü, mum verməklə yanaşı çiçəkli bitkilərin əvəzsiz tozlandırıcılarıdır.

Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Ən qədim kitablarımızda belə bal arısı və bal haqqında məlumat verilir və bu gün də müxtəlif yer və kənd adlarında “arı” toponim şəklində istifadə olunmaqdadır.

Bal arılarının məhsuldarlıq potensialından tam istifadə olunması üçün arıxanaların təşkili böyük əhəmiyyət kəsb edir.