Məzmuna keç

Arıçılıq/Pətək və arıçı avadanlıqları

Vikikitab, açıq dünya üçün açıq kitablar
Arı xəstəlikləri Arıçılıq

Maraqlı məlumatlar


Arı ailələri ilə işlədikdə aşağıdakı inventarlardan istifadə olunur.

Tüstü körüyü, üz toru, iskənə, işçi yeşiyi, vərdəncik, dişli təkər, arı şotkası, arı bıçağı, bal süzən maşın, tilov qəfəsi, ana qapağı, Tanniman şadarası, çərçivə deşən, baş möhrünü açan arı çəngəli.

Arı ailələri ilə işləyərkən tüstü körüyündən istifadə edilir. Arı tüstü iyini hiss edən kimi çinadanına bal doldurur. Bu isə müəyyən qədər vaxt istəyir. Arılar çinadanına bal doldurduqdan sonra qarın hissəsi düzəlir. Arıçını sanca bilmir. Arı ailələrinə saat 09-10 və 15-16 radələrində baxmaq məsləhətdir. Çünki bu vaxt işçi arılar çöldə olur. Yuvada isə əsasən cavan arılar qalır və işləmək asanlaşır.

Pətəklər arıçının əsas avadanlığıdır. Əlbəttə ki, pətəklər müəyyən təlabata cavab verməlidir. Pətəyin tipi seçilən zaman hər şeydən əvvəl yerli iqlim və şəraiti nəzərə alınmalıdır. Yağışlı, soyuq iqlimli şəraitdə pətək isti olmalıdır. Odur ki, bu cür iqlimə malik ərazilərdə kiçik həcmli pətəklərə üstünlük verilir. Daha geniş həcimli pətəklər yüksək bal yığımı olan rayonlarda tətbiq olunur.

Arıçılıqda arıxanaların təşkili məsələsi çox ciddi məsələdir və çox geniş mövzudur. Bu məsələdə təbii şərait, baytarlıq xidmətinin düzgün təşkili, maddi-texniki baza, arıçılarımızın çoxillik təcrübəsi bizim köməyimizə gələ bilər.