Məzmuna keç

Arıçılıq/Sağlam olmayan arı ailələrinə qulluq

Vikikitab, açıq dünya üçün açıq kitablar
Arılara yaz qulluğu Arıçılıq

Arı südü


Arıçı ilk dəfə yemi çatışmayan ailələrə təcili yem verilməsini təşkil etməlidir. Ümumiyyətlə, arıların erkən yazda uçuşu qurtardıqdan sonra ötəri yoxlama aparılıb ana arının olması, ehtiyat yemin qədəri, ailənin gücünü, ishal xəstəliyi olub-olmadığı yuva və şan çərçivələrinin nə dərəcədə bulandığı, rütubətlilik müəyyən edilməlidir.
Arıçı yuvanı dağıtmadan bunların hamısını tez təyin edə bilər. Ehtiyat möhürlü balın olub-olmaması ilə təyin edilir. Arıçı bunu çərçivəninin üzərində arıların necə oturmaları ilə müəyyənləşdirir. Yuvada rütübət və ishal xəstəliyi olması aydın görülür. Ana arının olmasını isə təyin etmək çətindir. Ümumiyyətlə ailədə ana arı olmadıqda onlar müxtəlif səs verir və təknədə səliqəsiz gəzirlər. Bu halda yuvanı dağıdıb, yəni şan çərçivələrini bir-bir qaldırmaqla ana arının olmasını müəyyən edirlər. Yeşiyin qapağını açdıqda bəzi ailələrin arıları səs salır, guya anası yoxdur. Diqqətlə yoxladıqda isə burada ana arıya rast gəlirsən.
Yemi qurtarmış ailəyə ehtiyat üçün saxlanmış ballı çərçivələr verdikdə onları ağzı möhürlü sürfələrin yanına qoymaq, yuvadakı boş çərçivələri çıxarmaq lazımdır. Ehtiyat ballı şan çərçivələri olmadıqda arı ailəsinə şərbət verilməlidir. Bu zaman 2 hissə şəkərə 1 hissə su qatılıb şərbət düzəldilir. Şərbət hazırlamaq üçün suyu qaynadıb üzərinə az-az şəkər tökmək və qarışdırmaq lazımdır. Şəkər suda tamamilə həll olunduqdan sonra şərbəti qaynatmalı (üzərində əmələ gəlmiş kəfi götürməli) 30-40°-yə qədər soyutmalı hər ailəyə 2 litr verilməli. Şərbəti ailələrə süsusi hazırlanmış yem qablarında belə qablar olmasa boş şan çərçivələrində axşam tərəfi arıların uçuşu dayandıqdan sonra vermək olar. Şərbət ailələrə verilən zaman yerə tökülərsə, arıxanada oğurluq baş verə bilər.
Arıçı anasız ailəni müəyyən etdikdən sonra həmin ailədəki boş şan çərçivələrini yuvadan götürməlidir. Ana arı ana qəfəsində və ya tor qapaq altında ailəyə verilməlidir. Ümumiyyətlə, ehtiyat ana arını yazda öz şan çərçivəsində arılarla birlikdə anasız ailəyə vermək lazımdır.
Arıçı ana arının olmadığını vaxtında müəyyən etməsə həmin ailə erkəkləyir və vəziyyəti düzəltmək çox çətin olur. Arıxanada ehtiyat ana arı olmadıqda onlar zəif arı ailəsi ilə birləşdirirlər. Yazda həmin ailə yenidən təşkil olunmalıdır. Arıxanalarda ailələrin azalmaması üçün 15-20 % ehtiyat keyfiyyətli döllü ana arı saxlanmalıdır.
Uçuşdan sonra yuvalar ölmüş arılardan və mum qırıntılarından təmizlənməlidir. Odur ki şan çərçivələri təknənin içərisindəki boş hissəyə çəkilib ölü arılardan və mum qırıntılarından təmizlənməlidir. Təknənin içərisini məftillə təmizləmək olar. Təknələrin içərisindən yığılmış zibil yandırılmalı və ya basdırılmalıdır.