Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 1092 nömrəli markadır. "Müqəddəs Apostol Andrey Pervozvanni" ordeninin kavaleri, görkəmli dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə həsr edilmişdir. Bu marka həm də Rusiya poçtu tərəfindən buraxılan "Müqəddəs Apostol Andrey Pervozvanni" ordeninin kavalerlərinə həsr olunmuş markalardan birinin Azərbaycan buraxılışıdır.