Azərbaycan poçt markalarının kataloqu/№1200

Vikikitab, açıq dünya üçün açıq kitablar
1200 nömrəli marka

Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 1200 nömrəli markadır. Dünyada ilk poçt markasının 175 illiyinə həsr edilmişdir.

Təsviri[redaktə]

"Qara penni"

1200 nömrəli markanın üzərində Dünyada ilk poçt markası olan "Qara penni" təsvir edilmişdir. "Qara penni" 6 may 1840-cı ildə İngiltərədə çap olunub. Üzərində şahzadə Viktoriyanın (1819-1901) rəsmi əks olunub. Həmin marka qara rəngdə və bir penni dəyərində olduğuna görə onu "Qara penni" adlandırıblar. "Qara penni"nin üzərində iki söz yazılmışdır: "POSTAGE" və "ONE PENNY".

"Qara penni" 68 808 000 ədəd çap olunub. Hazırda həmin nümunələri əldə etmək nadir tapıntı hesab olunmasa da, kolleksionerlər tarixiliyinə görə daima öz kolleksiyalarına "Qara penni"ni əlavə etmək həvəsindədirlər. Markanın yubileylərində isə müxtəlif ölkələr tərəfindən xüsusi filateliya məhsulları hazırlanır ki, Azərbaycan poçtu tərəfindən də də bu 2015-ci ildə "Qara penni"nin 175 illik yubileyi münasibətilə həyata keçirilmişdir.

Markanın göstəriciləri[redaktə]

  • Dövriyyəyə buraxıldığı tarix: 1 aprel 2015
  • Rəssam: X. Mirzəyev.
  • Çap növü: ofset, təbaşirli, yapışqanlı marka kağızı, çərçivəli dişi 14.
  • Markanın ölçüsü: 30x28 mm.
  • Markanın tirajı: 20 000.
  • Qiyməti: 0.2 AZN

Suvenir vərəqinin göstəriciləri[redaktə]

Suvenir vərəqi

Suvenir vərəqi 4 markadan ibarətdir.

  • Suvenir vərəqinin ölçüsü: 102 x 108 mm.
  • Suvenir vərəqinin tirajı: 5 000 səhifə

Mənbə[redaktə]

Xarici keçidlər[redaktə]