Azərbaycan poçt markalarının kataloqu/№1533

Vikikitab, açıq dünya üçün açıq kitablar
1533 nömrəli marka

Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 1533 nömrəli markadır. "Aprel döyüşləri-2016. Lələ Təpə" mövzusuna həsr olunmuşdur.

Hazırlanması[redaktə]

Markalar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və "Zəfər" İctimai Birliyinin rəhbəri Sevinc Orucovanın yaxından iştirakı ilə hazırlanmışdır.

Təsviri[redaktə]

Markanın üzərində qrafik şəkildə hərbi kamuflyaj fonunda aprel döyüşlərinin ən əhəmiyyətli uğuru sayılan Lələ Təpə yüksəkliyi, təpənin üzərində Azərbaycan bayrağı təsvir olunub. Marka işğal olunmuş Dağlıq Qarabağ ərazisində 1-5 aprel 2016-cı il tarixlərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində baş vermiş döyüşlərin 3 illiyinə həsr edilib.

Markanın göstəriciləri[redaktə]

  • Dövriyyəyə buraxıldığı tarix: 3 aprel 2019
  • Ölçüsü: 40x28 mm
  • Dizayn: Nəriman Məmmədzadə.
  • Çap olunub: Bobruysk Integrated Printing House, Bobruysk şəhəri, Belarus Respublikası, A.T. Nepoqodin adına mətbəə
  • Tiraj: 24 000
  • Qiyməti: 0.6 AZN

Vərəqinin göstəriciləri[redaktə]

Kiçik vərəq

Səkkiz markadan ibarət 3000 kiçik vərəq şəklində hazırlanmışdır. Bir vərəqin ölçüsü 98x130 mm-dir.

Birinci gün zərfləri[redaktə]

Üzərində bu markanın olduğu birinci gün zərflərindən 200 ədəd dövriyyəyə buraxılmışdır.