Azərbaycan poçt markalarının kataloqu/№160
Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 160 nömrəli markadır. Müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikası tərəfindən buraxılan ikinci rəsmi poçt markasıdır. 18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsinə həsr edilmişdir.
Təsviri
[redaktə]Markanın üzərində Azərbaycan Respublikasının Milli Bayrağının rəngləri və rəmzi həkk olunmuş Azərbaycan Respublikasının xəritəsi çəkilmişdir. Markanın üzərindəki yazılar Azərbaycan dilindədir. Markanın yuxarı hissəsində o dövrdə müzakirəsi gedən latın hərfləri ilə yazılmış "1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı qəbul edilmişdir" xatirə yazısı var.
Markanın göstəriciləri
[redaktə]- Dövriyyəyə buraxıldığı tarix: 26 mart 1992.
- Rəssamı: A. Məmmədov.
- Çap növü: mellə ağardılmış kağız üzərinə offset üsulu ilə yapışqanla düzəldilib.
- Perforasiya: 13.5:14.
- Markanın ölçüsü: 36x50 mm.
- Rəngləri: qara, yaşıl, göy, qırmızı rəngdədir.
- Tirajı: 100000.
- Qiyməti: 35 qəpik.
Suvenir vərəqinin göstəriciləri
[redaktə]Suvenir vərəqi 5x5 formatlı 25 eyni markadan ibarətdir.
Yenidən çapı
[redaktə]"Azərmarka" şirkətinin 10 illiyinə həsr edilmiş Azərbaycan poçt markalarının kataloquna daxil olan №611 nömrəli marka elə bu markanın yenidən çapı ilə hazırlanmışdır[1].