Azərbaycan poçt markalarının kataloqu/№164

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
164 nömrəli marka

Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 164 nömrəli markadır. Müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikası tərəfindən buraxılan ilk rəsmi poçt markası olan №159 nömrəli markanın yeni nominalda yenidən çapı ilə hazırlanmışdır.

Təsviri[redaktə]

Markanın təsviri müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikası tərəfindən buraxılan ilk rəsmi poçt markası olan №159 nömrəli markanın təsviri ilə eynidir. Həmin markanın da üzərində rus rəssam Yuriy Nikolayeviç Artsimenevin sənət əsəri "Заповедник природно-ландшафтный. Каспийское море" təsvir edilmişdir. Belə ki, həmin sənət əsərində Xəzər dənizinin qürub işığında landşaftı, dirəklərlə neft buruqları təsvir olunub[1].

№159 nömrəli markanın üzərindəki yazılar Azərbaycan dilində - "Xəzər dənizi" kiril, "Azərbaycan" sözü isə həm kiril, həm də o dövrdə müzakirəsi gedən latın hərfləri ilə yazılmışdır. Lakin bu markada həmin yazılar yenidən nazik horizantal xəttlərlə yazılmış, əlavə olaraq, yeni nominal dəyərin və ölkənin adı olan "Azərbaycan" sözünün latın hərfləri ilə yenidən çapı qara çernillə və offset üsulu ilə edilmişdir.

Markanın göstəriciləri[redaktə]

  • Dövriyyəyə buraxıldığı tarix: 7 may 1992.
  • Rəssamı: Yuriy Nikolayeviç Artsimenev
  • Çap növü: offset üsulu.
  • Perforasiya: 12:12.5.
  • Markanın ölçüsü: 40x28 mm.
  • Çox rənglidir.
  • Tirajı: 285200.
  • Qiyməti: 1 manat 50 qəpik.

Suvenir vərəqinin göstəriciləri[redaktə]

Suvenir vərəqi 6x6 formatlı 36 eyni markadan ibarətdir.

Mənbə[redaktə]

İstinadlar[redaktə]

  1. 2 Fevral 1992-ci il. Xəzər dənizinin ekologiyası.