Markalar vərəqin üzərində kuponlu kağız kimi çap olunmuşdur. Vərəqdə 8 marka və 10 kupon var. Kuponların üzərində azərbaycan, ərəb, ingilis, alman və rus dillərində "Füzuli - dahi Azərbaycan şairidir" sözləri yazılmışdır. Kuponların yerləşdirilməsindən asılı olaraq marka vərəqlərinin 2 tipi var. Markalar 2, 5, 7, 9, 10, 12, 14, 17-ci yerdə; kuponlar isə 1, 3, 4, 6, 8, 11, 13, 15, 16, 18-ci yerdə yerləşir.