Azərbaycan poçt markalarının kataloqu/№593

Vikikitab, açıq dünya üçün açıq kitablar
593 nömrəli marka

Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 593 nömrəli markadır. Dahi Azərbaycan filosofu, riyaziyyatçısı və astronomu Nəsrəddin Tusinin 800 illik yubileyinə həsr edilmişdir.

Təsviri[redaktə]

Markanın üzərində dahi Azərbaycan filosofu, riyaziyyatçısı və astronomu Nəsrəddin Tusinin portreti təsvir olunmuşdur.

Markanın göstəriciləri[redaktə]

  • Dövriyyəyə buraxıldığı tarix: 7 sentyabr 2001.
  • Rəssamı: X. Mirzəyev.
  • Çap növü: Marka mellə ağardılmış yapışqanlı kağız üzərində ofset üsulu ilə çap olunmuşdur.
  • Perforasiya: 14.0.
  • Markanın ölçüsü: 60x48 mm.
  • Rəngləri: Çox rənglidir.
  • Çap yeri: Fransada "CARTOR SP" tərəfindən çap olunmuşdur.
  • Tirajı: 25000.
  • Qiyməti: 3000 manat.

Hədiyyə vərəqinin göstəriciləri[redaktə]

Hədiyyə vərəqi

Hədiyyə vərəqinin ölçüsü 110x78 mm-dir və 1 markadan ibarətdir.

Mənbə[redaktə]