Azərbaycan poçt markalarının kataloqu/№711

Vikikitab, açıq dünya üçün açıq kitablar
711 nömrəli marka

Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 711 nömrəli markadır. "Avropa" mövzusunda buraxılmış ilk poçt markasının 50 illiyinə həsr edilmiş 12 markadan biridir.

Təsviri[redaktə]

Markanın rəngi yaşıldır. Markanın mərkəzində həmin mərasimə aid hazırlanmış emblem təsvir olunub. Markanın sağ tərəfində 1956-cı ildə bu mövzuda buraxılmış ilk poçt markalarının şəkilləri əks edilib.

Markanın göstəriciləri[redaktə]

  • Dövriyyəyə buraxıldığı tarix: 25 oktyabr 2005
  • Rəssam: X. Mirzəyev.
  • Çap növü: ofset, təbaşirli, yapışqanlı marka kağızı, darağabənzər dişi 12,75 və dişsiz.
  • Markanın ölçüsü 44x31 mm.
  • Çap olunduğu yer: "Akzente Weber", Almaniya.
  • Tiraj: təmiz, dişli - hərəsindən 30000 ədəd. Söndürülmüş - hərəsindən 500000 ədəd.
  • Qiyməti: 3000 manat.

Suvenir vərəqinin göstəriciləri[redaktə]

Hər bir suvenir vərəqi 6x6 formatında düzülmüş 36 markadan ibarətdir. Suvenir vərəqi çoxrənglidir.

Mənbə[redaktə]