Məzmuna keç

BIOS

Vikikitab, açıq dünya üçün açıq kitablar
Ana platada BIOS yerləşmiş ROM-un mikrosxemi

BIOS (Basic Input/Ouput System – giriş /çıxış baza sistemi) — proqram olub sabit yaddaş qurğusunda saxlanılır və fərdi kompüterin resuslarının diaqnostikasını təmin edərək, fərdi kompüteri işə saldıqda əməliyyat sisteminin yüklənən hissəsini əməli yaddaşa çağırır.

Fərdi kompüterin daimi yaddaşında kompüter avadanlıqlarının işini yoxlayan (məlumatı ekrana çıxarmaqla), əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusu yerləşir. Həmin proqramlar toplusunun çox hissəsi müəyyən dərəcədə kompüterdə daxiletmə-xaricetmə əməliyyatlarını yerinə yetirir. Belə proqramları BIOS adlandırırlar. BIOS ayrıca mikrosxem şəklində düzəldilir.

Funksiyası

[redaktə]

Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən isifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir. Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial ATA, SCSI göstərmək olar. Xarici qurğuları qoşmaq üçün isə paralel (LPT), ardıcıl (RS-232, USB) interfeyslərdən istifadə olunur.

IBM PC-lərə uyğun kompüterlərdə BIOS Sistemi, ROM BIOS və ya PC BIOS kimi də tanınan Əsas Giriş-Çıxış sistemi (BIOS) proqramlaşdırma interfeysini təyin edən de-fakto standartıdır. Basic Input/Output System sözlərindən törəyən BIOS adı 1975-ci ildə CP/M əməliyyat sistemində istifadə olunub. BIOS proqram təminatı kompüterin daxilində qurulur və kompüteri yandırarkən işə düşən ilk proqram təminatı olur. BİOS-un əsas məqsədi sistemin texniki vasitələrini başlatmaq və onları test etmək, kütləvi yaddaş qurğusundan əməliyyat sisteminə yükləməkdir.Əlavə olaraq BİOS texniki vasitələr üçün abstraksiya panelini təmin edir və klaviatura, ekran və digər giriş-çıxış qurğuları vasitəsilə tətbiq proqramları və əməliyyat sisteminə ardıcıl olaraq təsir edir.Texniki vasitələrdəki dəyişikliklər BİOS tərəfindən proqramlardan gizlədilir və BİOS-dan texniki vasitələrə birbaşa girişin əvəzində istifadə olunur. Müasir əməliyyat sistemləri BİOS tərəfindən təmin edilən abstraksiya panelini nəzərə almır və birbaşa texniki vasitələrin tərkib hissələrinə keçir. Orijinal İBM PC/XT BİOS-larında interaktiv istifadəçi interfeysi yoxdur.Xəta bildirişləri ekranda görünür və ya kodlaşdırılmış səslərdən ibarət sıralar siqnal xətalarını yaradır.PC və XT-nin seçimlər paneli əsas lövhə və periferiya kartındakı açarlar və cemperlər vasitəsilə təyin olunur. Müasir Vintel kompüterləri xüsusi düymələr ardıcıllığı ilə “power-up” rejiminə keçən quraşdırma rejimini təmin edir. İstifadəçi klaviatura və ekran görüntüsündən istifadə etməklə texniki vasitələrin seçimlər panelini konfiqurasiya edə bilir.

BİOS proqram təminatı ana lövhədəki qeyri-dəyişkən ROM çipində saxlanılır. O, xüsusilə hər bir kompüter modelində işləmək üçün dizayn olunur və müxtəlif qurğularla birləşərək sistemin tamamlayıcı mikrosxemini təşkil edir. Müasir kompüter sistemlərində BİOS-un hissələri fləş yaddaş çipində saxlanılır və beləliklə onun hissələri çipi ana lövhədən çıxarmadan belə yenidən oxuna bilir. Bu BİOS proqram təminatına yeni keyfiyyətlərin əlavə olunmasını və ya viruslardan təmizlənmə yollarını asanlıqla təkmilləşdirməyə imkan verir,lakin bu kompüterin BİOS rutkitlərinə qarşı həssaslığını artırır.

Tarixi

[redaktə]

1980-ci ildən 1990-cı illərin ortalarına qədər ən vacib əməliyyat sistemi olan MS-DOS(PC-DOS) disk,klaviatura və mətnlərin ekran funksiyaları üçün BİOS-un xidmətlərindən yararlanırdı. MS Windows NT, Linux və digər qoruma rejimiinə malik əməliyyat sistemləri ümumiyyətlə sistem yükləndikdən sonra ondan istifadə etmirlər. BİOS texnologiyası 2010-cu ildən bəri UEFİ texnologiyasına keçid dövründədir.

Həmçinin bax

[redaktə]