Bağçılıq/Fındıq bağı
←Alma-armud bağları | Bağçılıq |
Ağac xəstəlikləri→ |
Bu bağ salınarkən alma-armud bağları ilə eyni üsullardan istifadə edilir. Bir fərq ondan ibarətdir ki, hər bir çalaya 4-5 əd. fındıq kolu basdırılır və çalaya yaş peyin tökülür. Bu torpağı münbit saxlayır və inkişafa güclü təsir edir. Adətən fındıq kolları əkiləndən 3-4 il sonra bar verməyə başlayır. Yüksək məhsuldarlıq 7-8 ildən sonra olur. Bu zaman hər fındıq topasında 25-30 budaq olur. Hər bir topa orta hesabla 15-18 kq bar verə bilir. Fındıq ağacının ən keyfiyyətli cəhəti odur ki, hər il məhsul verir.
Budama işləri də eyniylə payızda yığımdan sonra və yazda tumurcuqlayana qədər aparılır. Quru budaqlar, qoca budaqlar kəsilib götürülür ki, güc cavan budaqlara düşsün. Fındıq bağı 8x8 ölçüdə əkilir ki, hər hektara 156 çala düşür.
Xəstəliyə qarşı 0,2%-li Metadion və Xlorofosdan istifadə olunmalıdır.