Camışçılıq/Giriş
Camışçılıq |
Camışların artırılması→ |
Azərbaycanda camışçılıq heyvandarlığın mühüm və gəlirli sahələrindən biri olmaqla istehsal olunan ətin 25%, südün 15%, gönün isə 40% onun payına düşür. Burdan görünür ki, heyvandarlıq məhsulları istehsalında camışçılığın da böyük əhəmiyyəti vardır.
Camış südlük, ətlik istiqamətli mal kimi özünün bir sıra faydalı bioloji və təsərrüfat xüsusiyyətlərinə görə qara mal cinslərindən fərqlənir və təsərrüfat nöqteyi nəzərindən onlardan xeyli üstündür. İri buynuzlu qaramal nisbətən qaba yemlərdən daha səmərəli istifadə etməklə yaxşı kökəlmə qabiliyyətinə malikdir. Bir çox xəstəliklərə (xüsusən hemos poridioza) qarşı davamlı olmaqla dabaq və digər xəstəlikləri yüngül keçirir. Bundan başqa camış respublikamızın təbii-yerli iqlim və yemləmə şəraitinə yaxşı uyğunlaşır.