Məzmuna keç

Dərsliklər/Azərbaycan dilində dərsliklərin tarixi/İlkin savad təlimi

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Dərsliklər/Azərbaycan dilində dərsliklərin tarixi

../

Eramızın III əsrindən başlayaraq Azərbaycanda ilkin savad təlimi verən ayrı-ayrı məktəblər mövcud olmuş və belə məktəblər XIX əsrə qədər öz fəaliyyətini davam etdirmişlər. Həmin təhsil ocaqlarında bir sıra elmi və bədii əlyazmalardan dərslik qismində (təlim materialı kimi) istifadə olunmuşdur. Azərbaycanda ana dilində yaranan dərsliklərin tarixi XVII əsrdən başlanır. Belə ki, XVII əsrdə yaşamış Saib Təbrizinin ana dilində yazdığı kitabdan uzun müddət məktəblərdə dərslik kimi istifadə edilmişdir. Sonrakı dövrdə Azərbaycanın məktəb və mədrəsələrində Sədinin "Gülüstan" və "Bustan" əsərləri, "Füzuli divanı", "Tarixi-Nadir", "Camei-Abbas" və başqa kitablar dərslik və dərs vəsaitləri kimi istifadə olunmuşdur. Həmin kitablar şagirdlərin bilik və yaş səviyyəsinə uyğun olmasa da, milli dərslik yaradıcılığımızda ilk nümunələr kimi qiymətlidir.

Sonralar Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani kimi sənətkarlarımız dərslik hazırlığı sahəsində ilk cəhdlər göstərmiş, işlədikləri məktəb və mədrəsələrdə hekayə və şeirlərindən təlim materialları kimi istifadə etmişlər.