Məzmuna keç

DOS/DOS-un fayl sistemi - FAT

Vikikitab, açıq dünya üçün açıq kitablar
< DOS
DOS

Sister Projects. Həmçinin baxın: Haqqında •

Fayl sistemi. Məlumatların informasiya daşıyıcısında saxlanmasını, onların adlandırılmasını və idarə edilməsinin təşkili üçün qaydalar toplusuna fayl sistemi deyilir. Fayl sistemi informasiyanın fiziki saxlanmasının formatını təyin edir. O, informasiyanı fayl şəklində qruplaşdırır. Konkret fayl sistemi faylın adının uzunluğunu, faylın maksimal mümkün ölçüsünü və onun atributlar toplusunu təyin edir. Bəzi fayl sistemlərinə, faylın parolla qorunması və şifrələnməsi kimi imkanlar da verirlər.

Fayl sistemi - bir tərəfədən informasiya daşıyıcısını fayllarla, digər tərəfdən isə API ilə faylları (onlara müraciət etmək üçün) əlaqələndirir. Tətbiqi proqram fayla müraciət edərkən o, informasiyanın faylda hecə yerləşməsi və eləcə də hansı tip daşıyıcıda (CD, sərt disk, maqnit lenti və ya fləş-yaddaşın hansısa bloku) saxlandığı haqda heç bir təsəvvürə malik olmur. Bu zaman proqram sadəcə faylın adını, onun ölçüsünü və atributlarını bilir. Bu məlumatları o, fayl sistemi drayverindən alır. Məhz fayl sistemi faylın fiziki daşıyıcıda necə və harada saxlandığını təyin edir. Əməliyyat sistemi baxımından bütün disk ölçüsü 512 bayt və daha böyük olan klasterlərdən ibarətdir. Fayl sisteminin drayverləri bu klasterləri fayl və kataloqlar kimi təşkil edirlər. Həmin drayverlər bu klasterlərdən hansılarının istifadə olunduğunu, hansılarının sərbəst (boş) və hansılarının yararsız olduqlarını "bilirlər". Hər bir fayl sistemi (təkistifadəçili sistemdə) aşağıdakı vəzifələri yerinə yetirməlidir: faylların adlandırılmasını təmin etməli:

  • fayllarla işləmək üçün proqram interfeysini yaratmalı;
  • məntiqi fayl sistemi modelinin məlumatların saxlanılmasının fiziki təşkilinə əks etdirməsi;
  • fayl sisteminin aparat, proqram səhvlərinə qarşı etibarlığını təmin etmək.

Çoxistifadəçili əməliyyat sistemlərində isə bu vəzifələrə informasiyadan istifadənin təhlükəsizliyini təmin edən digər funksiyalar da əlavə olunur.

Praktik olaraq, diskdə fayllar həmişə kataloqlar kimi qruplaşırlar. Ən sadə halda verilən diskdə bütün fayllar bir kataloqda saxlanırlar. Belə birsəviyyəli saxlama sxemi CP/M və MS-DOS-un ilk versiyalarında istifadə olunurdu. DOS, FAT fayl sistemindən istifadə edir.

Orijinal DOS file sistemində 16 bitli məntiqi sektor nömrələrindən istifadə olunur. Buna görə də maksimum 65536 sektor, yəni 32 MB disk məkanı ünvanı bilir. Bu baryeri aradan qaldırmağın sadə yolu diski iki və daha artıq bölümə ayırmaqdır. Bu bölümlərin hər biri maksimum 65536 sektora malik ola bilər və ayrı-ayrı disklər kimi də istifadə oluna bilərlər.

DOS 4.00 və onun daha sonrakı versiyaları 32 bit məntiqi sektor nömrələrindən istifadə edə bilir. Bu, daha böyük disk bölümlərindən istifadə etməyə imkan verir. Nəticədə DOS 4.00 maksimum 2 TB (2048 QB) həcmində disklə işləmək imkanına malik oldu.