Məzmuna keç

DoS hücumlar/İnformasiya ilə həddən artıq yüklənmə yaradan DoS hücum

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ DoS hücumlar

../

Böyük ötürücülük imkanına malik kanalın olması informasiya ilə həddən artıq yüklənmə yaradan hücumu həyata keçirmək üçün daha realdır. Məsələn, hücum edən subyekt 45 Mbit/s sütətli T3 kanalına malikdirsə, obyekt isə DSL (Digital Subscriber Line) tipli birləşmə ilə işləyirsə, təhlükə qaçılmazdır. Əgər informasiya hücumunda bir neçə kompyuterdən eyni vaxda istifadə edilirsə, bu metod paylanmış hücum (Distributed Denial of Service) növünə aid edilir.

İnformasiya ilə həddən artıq yüklənmə nəticəsində yaranan hücum yalnız şəbəkə trafikinin yüklənməsi ilə məhdudlaşmır. Serverin sabit yaddaşının və prosessorunun faydasız işə cəlb olunması da DoS hücum hesab edilir. Birinci halda virus sabit yaddaşdakı bütün boş yerləri tutmaqla sistemin işini ləngidirsə, ikinci halda, kompyuterin əməli yaddaşı və serverin prosessor vaxtı sonsuz halda çoxalmaqda olan virusun hücumuna (fork-bomb) məruz qalmış olur. Nəticədə sistemin məhsuldarlığı ziyanlı informasiyanın emalına sərf edilir. Praktikada çox zaman kombinasiya edilmiş hücum metodlarından istifadə edilir. Məsələn, hücum edən tərəf fəaliyyətinin izlənməsinə mane olmaq üçün ilk növbədə əks tərəfin kompyuterində diskdəki boş yerlərin hamısını (məsələn, log-file) faydasız informasiya ilə doldurur.