Ekspert sistemlər/Ekspert sistemlərin yaradılması mərhələləri
Görünüş
←../ | Ekspert sistemlər |
../→ |
Mərhələlər:
- İdentifikasiya - problemin xarakterinın öyrənilməsi
- Konseptualizasiya - əsas anlayışların və onlar arası əlaqələrin müəyyən olunması
- Formalizasiya - biliklərin təsviri modelinin seçilməsi, qaydaların hazırlanması
- Reallaşma - Kompyuter proqramının işlənilməsi, nəticələrin təmini
- Eksperiment - Alınan nəticələrin adekvatlığının yoxlanılması.
1, 2 və 3-cü mərhələlər bilik mühəndisi, 4-cü mərhələ isə proqramşı tərəfindən icra olunur. Eksperiment mərhələsində ilk öncə proqramın düzgün işləməsi yoxlanılır və sonra eksperimentlər o vaxta qədər keçirilir ki, alınan nəticənin reallığa adekvatlığı ekspertləri qane etsin. İlk zamanlar bir ES-in yaranmasına 20-30 il tələb olunurdu. İndi isə bu sistemlərin yaradılmasını tezləşdirən üsullar, instrumental vəsitələr mövcuddur. Bu məqsədlə istifadə olunan instrumental vəsitələr bunlardır:
- Simvolik proqramlaşdırma dilləri: LİSP, İNTERLİSP, SMALLTALK;
- Bilik mühəndisliyi dilləri: OPS-5; LOOPS, proloq, KEŞ;
- ES layihəsini avtomatlaşdırmağa imkan verən sistemlər: KEE, ART, TETRESTAS, AGE, TİMM.