Elm və Din

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
Elm və Din.
Bu kitab Elm və Din haqqındadır.

Mündəricat[redaktə]

ELM və DİN[redaktə]

Din və elm münasibətlərinin araşdırılması, həm din filosofları və ilahiyyatçılarının, həm də təcrübi elmlərin tədqiqatçı alimlərinin daim diqqətini cəlb etmişdir. Elm və ilahiyyat dərin və həssas əlaqələrə malik olduğundan bu yönümdə araşdırmalar çox ehtiyatla aparılmalıdır. Müasir həyatın mühüm xüsusiyyətlərindən biri insanların dərin və geniş elmi məlumatlara malik olmasıdır. Qədim insan müasir insanla müqayisədə məhdud biliyə malik idi. Yəni elmin ərsəyə gəlməsi, tez bir zamanda qloballaşması və nəhayət, təcrübi elmlərin yeganə mötəbər sahə kimi qəbul edilməsi modern dünyanın əsas hadisələrindən biri hesab olunur. Müasir insan aləm və adəmə elm gözü ilə baxır. Yəni bəşər övladı öz problemlərini elmi üsullarla həll etməyə çalışır. Buna baxmayaraq son üç əsrdə modernləşməyə üz tutmuş insanlar arasında bəzi suallar tam ciddiliklə gündəmdə olmuşdur: Yeni elmi üsullarla varlığın bütün həqiqətləri barədə söz demək olarmı? Yeni elm zirvə nöqtəsində olduğu halda həyatın mənəvi təfsirinə qadirdirmi? Dində qəbul edilən Allah, ölümdən sonrakı həyat, möcüzə və bu kimi məfhumlar müasir elm tərəfindən sübuta yetə bilərmi? Ümumiyyətlə, dini qanunların elmlə təzadlı münasibətləri həll oluna bilərmi? Yoxsa bu əlaqələrdəki ziddiyyətlər daimidir?

Şübhəsiz, din və elm arasındakı qarşılıqlı əlaqələr haqqında ətraflı məlumat vermək üçün bu mövzuda ayrıca bir kitaba ehtiyac var. Biz bu mövzuda mövcud müasir elmi-fəlsəfi nəzəriyyələri geniş araşdıra bilməsək də, əziz oxucularda müəyyən həddə ümumi təsəvvür yaratmağa çalışmışıq.

S.Havkinqin elm və din münasibətlərindəki nəzəriyyəsi[redaktə]

Stiven Hokinq nə düşünürdü? 1977-ci il Stiven Hokinq Albert Eynşteyndən sonra ən güclü fizik hesab olunurdu. O, Oxford və Cambridge Universitetlərində təhsil alıb. Kvant fizikası və qara dəliklərlə bağlı araşdırmalar edən Hokinqin 21 yaşı olanda sinir sistemini iflic edən ALS xəstəliyinə tutulub. Hokinq ölümünə qədər əlil arabasında yaşayıb və onun üçün ətrafındakılarla danışmağa vasitə ola biləcək xüsusi cihaz hazırlanıb. Cambridge Universitetində təhsil aldığı zaman “Genişlənən kainatın xüsusiyyətləri” adlı diplom işi yazıb. 24 yaşı olanda yazdığı bu elmi iş 2017-ci ildə internetə yerləşdirilib və milyonlarla insan bu elmi işdən faydalanıb. Bir çox kitabın müəllifi olan Hokinqin yazdıqlarından ən məşhuru “Zamanın qısa tarixi” adlı əsərdir. 40-dan çox dilə o cümlədən Azərbaycan dilinə tərcümə olunan kitabın 10 milyon nüsxəsi satılıb. Görkəmli fizik Stiven Hokinq mütəmadi olaraq dünyanın gedişatı ilə bağlı xəbərdarlıqlar edib və gələcəklə bağlı proqnozlar verib. “Ola bilsin ki, tanrı var, amma elm kainatı hansısa yaradıcının varlığına ehtiyac görmədən izah edə bilir”. Bu, Hokinqin ən məşhur fikirlərindən biri idi. Hokinq inanırdı ki, kainat elmin qanunları ilə idarə edilir. “Avtoritar yolla idarə olunan dinlə ağılla idarə edilən elm arasında fərq var. Elm qalib gələcək, çünki işə yarayır”. Məşhur fizik süni intellektin vacibliyini vurğulasa da, onun inkişafına daha təmkinli yanaşırdı. Hokinq narahat idi ki, süni intellekt nə vaxtsa insan intellektini ötüb keçə bilər. Bu da bəşəriyyətin məhvinə səbəb olar.

N.Kopernikin heliosentrik kainat anlayışı[redaktə]

Heliosentrik sistem - Yer və başqa planetlərin öz oxu ətrafında fırlanması və həmçinin Günəş ətrafında orbit üzrə hərəkət etməsi təlimidir. Təbiət elmlərinin inkişafında geniş rol oynamışdır. O dünyanın geosentrik sistemi təlimini ləğv etmişdir. Banisi polyak alimi Nikolay Kopernikdir. O, "Göy sferalarının fırlanması" (1543) əsərində Yerin hərəkətini riyazi əsaslandırmış, Yer və digər beş planetin (XVI əsrdə 6 planet məlum idi) Günəş ətrafında eyni zamanda dolandığını sübut etmişdir. Kopernik planetlərin yerləşmə ardıcıllığını təyin etmiş, Günəşdən nisbi məsafələri təxmini hesablamışdır. Təlimi Cordano Bruno və Qalileo Qaliley inkişaf etdirmişlər.

Geosentrik və heliosentrik sistem və kilsənin mövqeyi[redaktə]

Kökündən səhv olan Geosentrik sistem 14 əsr (bizim eranın II əsrindən XVI əsrin ortalarınadək) astronomiyada hakim sistem olmuşdur. XVI əsrin ortalarınadək planetlərin görünən hərəkətlərinə aid çoxlu müşahidə materialları toplanmışdı. Bu müşahidələrdən məlum olmuşdur ki, planetlərin görünən hərəkətlərində əsas istiqamət qərbdən şərqə, yəni üzümüzü göyün cənub tərəfinə tutsaq sağdan sola tərəfdir. Bu istiqamətdə olan hərəkət düz hərəkət adlanır. Zaman keçdikcə düz hərəkət yavaşıyır, sonra planet sanki dayanır, az sonra planetin hərəkəti şərqdən qərbə, yəni üzümüzü göyün cənub tərəfinə tutsaq soldan sağa tərəf olur. Belə hərəkət tərs hərəkət adlanır. Qısa müddətdən sonra planet sanki yenə dayanır və az sonra yenidən düz hərəkətini davam etdirir. Beləliklə, planetlərin görünən hərəkətləri mürəkkəbdir. Əsas mürəkkəblik bu hərəkətləri öz oxu ətrafında sutkalıq periodla fırlanan və illik periodla Günəş ərtafında dolanan Yerdən müşahidə etməkdədir. Geosentrik sistemi eramızın II əsrində yaşamış yunan alimi Ptolemey təklif etmişdir. Bu sistemə görə Yer tərpənməzdir və dünyanın mərkəzindədir. Ay və Günəş bilavasitə Yerin ətrafına hər biri dairə olan orbit üzrə sabit sürətlə dolanır. Ayın dolanma peridu 1 ay, Günəşinki 1 ilə bərabərdir. Planetlərə gəlincə, Ptolemeyə görə hər bir planet, mərkəzi Yerdə olan bu planetə məxsus böyük dairə üzərindəki həndəsi nöqtə ətrafında kiçik dairə üzrə sabit sürətlə dolanır. Kiçik dairə mərkəzi isə planetlə birlikdə Yerin ətrafında böyük dairə boyu dolanır. Mərkəzi Yerdə olan böyük dairə deferent, kiçik dairə episkl adlanır. Şəkil 22-də Geosentrik sistem təsvir olunmuşdur. Ptolemeyə görə Günəşin, Merkurinin, Veneranın və Yerin mərkəzləri həmişə bir düz xətt üzərində olur.geosentrik sistem Geosentrik sistem əsasında planetlərin görünən vəziyyətlərini qabaqcadan hesablamaq olurdu. Lakin zaman keçdikcə astronomik müşahidələr dəqiqləşdiyindən Geosentrik sistemin nöqsanları da üzə çıxırdı. 1543-cü ildə böyük Polşa alimi Nikolay Kopernikin “Göy sferalarının fırlanması haqqında” kitabı çapdan çıxmış və o, burada özünün Heliosentrik sistemini geniş şəkildə şərh etmişdir. Kitab alimin ölümündən azacıq sonra çıxmışdır. Belə olmasaydı bəlkə də Kopernik ciddi cəzalandırılardı, necə ki, XVII əsrin əvvəllərində inkvizisiya tərəfindən Qalileo Qaliley cəzalandı- bir müddət həbs olundu, alim-filosof Cordano Bruno isə tonqalda yandırıldı. Səbəbi onların Heliosentrik sistemi müdafiə etmələri olmuşdur. Heliosentrik sistemə görə Yer planetlərdən biridir, o öz oxu ətrafında sutkalıq periodla fırlanır və fırlanan Günəşin ətrafında illik periodla dolanır. Kopernikə görə Yer və qalan planetlər Günəşin ətrafında dairə boyunca müxtəlif periodla sabit sürətlə dolanırlar. Göy sferası, daxilinə həkk olunmuş ulduzları ilə birlikdə Günəş ətrafında fırlanır. Kopernikin son fikirləri- göy sferasının ulduzlarla birlikdə fırlanması, planetlərin dairə üzrə sabit sürətlə dolanması fikirləri səhv idi. Buna baxmayaraq əsas məsələdə Kopernik elm aləmində doğrudan da inqilab etmişdir. Bu əsas məsələ isə Günəşin Günəş sisteminin mərkəzi cismi olması və Yer də daxil bütün planetlərin Günəş ətrafında dolanması qənaəti idi. Planetlərin, o cümlədən Yerin Günəş ətrafında dolanmasını sübut edən ilk dəlillər Kopernikdən az sonra tapılmışdır. Əvvəla XVII əsrin ilk illərində Kepler Kopernikin Heliosentrik sistemini əsas götürərək ona düzəlişlər verdi. Elə bu zamanlar, Qaliley ixtira etdiyi ilk teleskopu ilə Yupiterin dörd peykini, Ayda dağlar, Günəşdə ləkələr olduğunu müşahidə etdi, Veneranın fazalarını teleskopla kəşf etməklə Heliosentrik sistemin düzgünlüyünə inam yaratdı. Məsələ bundadır ki, Venera Yerin deyil, Günəşin ətrafında dolandığı üçün Yerdən onun fazaları müşahidə olunur. Bunlardan başqa, Qaliley ətalət qanununu kəşf etməklə planetlərin günəş ətrafında dolanmasının səbəbini tapmaq üçün cığır açdı. Bundan 70 il sonra Nyuton mexanikada məlum üç qanununu verdi və nəhayət ümumdünya cazibə qanununu kəşf etdi.


İbn Rüşd təfəkküründə din və fəlsəfənin münisbəti[redaktə]

İbn Rüşdü elmin dindən üstün olduğunu iddia etdiyi, “mütləq həqiqət yalnız vəhydən ibarət olmaması fikri ilə və “həqiqəti yalnız Aristotelin əsərlərində axtarmağın zəruriliyinə” inandığı üçün rasionalist hesab etmişlər. Avropalılar onu hal-hazırkı mədəniyyətin bünövrəsini qoymuş şəxs kimi yad edirlər. Bir çox avropalı mütəfəkkirlər birbaşa yaxud dolayı yolla da olsa onun fikirlərindən təsirlənmişdir. Orta əsrlər Avropada Averroism “İbn Rüşdilər” məktəbinin yaranması və onun hal hazırkı əsrə qədər davam etməsi, qərb mütəfəkkirlərinə təsirinin nəticəsidir. Bəziləri onun sözlərini araşdıraraq filosofların İlahi peyğəmbərlərə ehtiyaclarının olmadığı nəticəsinə gəlirlər. Həmçinin İbn Rüşdilər məktəbinin xüsusiyyətlərindən biri də “ikili həqiqətin” qəbul edilməsidir. İbn Rüşd İslam fəlsəfəsi və qərb İslam aləminin və Avropanın ən mühüm şəxsiyyətlərindən hesab olunur. O İslam qərbində, İslam şərqində olan İbn Sina və Sədrəddin Şirazi kimidir. O filosof olması ilə yanaşı fəqih və müctəhid də olmuşdur. İbn Rüşdün fəlsəfi şəxsiyyəti elm və din əlaqələndirilməsi ilə birləşmişdir. Belə ki, İbn Rüşd bu məsələ olmadan tanına bilməz. Bu məsələ barəsində İbn Rüşdün nəzəriyyəsi, Sədrəddin Şirazinin substansial hərəkəti kimidir. İbn Rüşdün üç müstəqil “fəslul məqal fima bəynəl şəriyyə vəl hikmə minəl ittisal”, “əlkəşfu ən mənahecil ədllə fi əqaidil millə” və “təhaftul təhaf” adlı əsərlərində bu mövzu barəsində İbn Rüşdün məşhur üstün yerini göstərir. Belə ki, bəziləri İbn Rüşd fəlsəfəsini bu məsələdə bnövrə kimi araşdırmağı iddia etmişlər. Hər halda İbn Rüşd yeganə filosof deyil ki, VIII əsr keçməsinə baxmayaraq elm və fəlsəfə tarixi ünvanında diqqət mərkəzində olsun. Onun əql və imanın ziddiyyətlərinin həllində, təvil məsələsində, İlahiyyat, iradə azadlığı, fəlsəfənin qanunu və s məsələlərində düşüncələri bugünki cəmiyyətə fikri həyatına ilhamverici olmuşdur. İbn Rüşd digərlərinə nisbətən bu mövzu barəsində daha çox işləmişdir. İbn Rüşd müsəlman filosofları ilə qərb filosoflar arasında körpü hesab olunur. İbn Rüşd iman, etiqad və onun mərtəbələri barəsində hərfi müştərək olduğuna və imanın silsilə mərtəbələri arsında heç bir münasibət və uyğunluğun olmamasına inanır. Məntiq və fəlsəfə anlayışlarını bilən kəslər yaxşı bilirlər ki, varlıq və imanın mərtəbələri arasında hər növ uyğunluq və münasibəti inkar etməklə həqiqi vəhdətdən danışmaq olmaz. Buna görə İbn Rüşd fəlsəfəsini təfsir edənlər onun qoşalaşmış yaxud ikili həqiqətə etiqadının olduğunu irəli sürürlər. (İbn Rüşd, 1387, s. 69) Qəzali, Fəxri Razi və İ.Kant fəlsəfə və fəlsəfi inancları haqqında tənqidçi olmuşlar. Amma İbn Rüşd, Qəzali və Fəxri Razi müqabilində İslam fəlsəfəsini müdafiə etmiş və onun öhdəsindən gəlmişdir. Buna görə İslam fəlsəfəsi möhkəm qalmışdır. Amma İ.Kantın tənqidləri nəticəsində qərb fəlsəfəsinin yolu dəyişdi və fundamental qərb fəlsəfəsi İ.Kantın iradları müqabilində müqavimət göstərə bilmədi. İbn Rüşd Əbu Yaqub Yusiflə ilk görüşündə filosofların kəlamı şəriətlə uyğun olub olmaması və aləmin hadis yaxud qədim olması sualı ilə qarşılaşdı. İbn Rüşdün ən mühüm xüsusiyyəti Qəzalinin rasyonallıqla düşməmçiliyinin inkişafının qarşısını almasıdır. Özünün əksər əsərlərini bu məsələyə aid etmişdir. İbn Rüşd Qəzali müqabilində fəlsəfəni müdafiə etməsinə baxmayaraq, hər ikisi narahatçılıqları əslində din və onun təlimlərinin müdafiə edilməsində eynidir. İbn Rüşd Qəzalinin düşüncələri müqabilində üç kitab yazmışdır: “fəslul məqalı” “feysul təfriqə” kitabı müqabilində, “əl- kəşfu an mənahicil ədillə” kitabını “mənahicil arifeyn” müqabilində “təhafutut- təhaf” kitabını isə “təhafutul fəlasəfə” müqabilində yazmışdır. İbn Rüşdun birinci kitabda müxatəbi fəqihlər, ikinci kitabda ümumi inanlar, üçüncü kitabda isə filosoflar olmuşdur. Birinci kitab metod və üsul kitabıdır. İkinci kitab insanlar üçün əqaidin bəyanı, üçüncü kitab isə İbn Rüşdun əsl düşüncələridir. İbn Rüşd Aristotelin kitablarının şərhçisi və təfsirçisi olduğu zaman məşşai fəlsəfəsinin müdafiəçisi idi. Amma özünün müstəqil kitablarını yazdığı zaman əql və iman, din və fəlsəfə arasında əlaqəni araşdırmışdır. İbn Rüşd bununla yanaşı fəlsəfənin yolunun dindən fərqləndiyini hesab edirdi. O inanırdı ki, onların hər ikisi ayrı- ayrı metodlara malikdir. Amma bunların hər ikisinin müştərək hədəfə sahib olmasını hesab edirdi. Fəlsəfə və dinin hədəfi haqqa və həqiqətə çatmaqdır. Hədəf o deyil ki, fəlsəfə dinə təslim olsun yaxud da din fəlsəfəyə təslim olsun. İbn Rüşd iddia edir ki, fəlsəfə şəriətə görə qanunidir.

İbn Rüşdun ziddiyyət halında həlli yolu[redaktə]

İbn Rüşdə görə, əgər elm bir şeyi bildirərsə bu iki haldan biridir: Ya din bu barədə susur, yaxud da nə isə demişdir. Birinci halda ziddiyyət yoxdur. Amma ikinci halın özü iki surətdə mümkündür: Ya elm və şəriət təlimləri bir-biri ilə uyğundur, bu halda da heç bir problem yoxdur. Lakin əgər bir- birinə müxalif olsalar, dinin təvilini həyata keçirməliyik. Yəni, ərəb dili qanunlarına xələl gətirmədən həqiqi mənanı məcazi mənaya keçiririk. Necə ki, şəri hökmlərdə də bunu edirik. Lakin bütün insanlar təvil haqqına sahib deyillər. Yalnız dəlil əhli təvil haqqına sahibdir. Onlar da təvili hamıya elan etmək haqqına sahib deyillər. Çünki bu küfrə dəvət etmək olardı. Yerdə qalan müsəlmanlar zahirə baxmalı və hər hansı yolla anlayırlarsa o yolla da başa düşməlidirlər. Əgər nəqli yolla daha yaxşı başa düşürlərsə, ona söykənməli və təfəkkürlə anlamanın dalınca getməməlidirlər. (İbn Rüşd, 1994, s. 11- 38)

Elm və din məfhumları[redaktə]

Elm və din mövzusuna daxil olmazdan öncə, burada müzakirə mövzusu olan elm və din məfhumlarının müstəqil izahını vermək lazım gəlir.

"Din və elm" bəhsində elm sözü iki mənada işlənə bilər: 1. İnsan tərəfindən əldə edilən bütün elmlər. Burada fəlsəfə, təcrübi elmlər, tarix, hüquq, etika, irfan, incəsənət, ədəbiyyat və digər sahələr nəzərdə tutulur. 2. Təcrübi elmlər. Təcrübi elmlər dedikdə bəzən yalnız təbiət elmləri nəzərdə tutulur. Bəzən isə bu termin universal mənada işlənir. Yəni həm təbiət elmləri, həm də sosilogiya və psixologiya kimi elmlərə şamil olunur.

Yan Barbur "Elm və din" kitabının əvvəlində yazır ki, bu kitabda elm və din münasibətləri dinlə təbiət elmlərinin əlaqələrinin aydınlaşmasına yönəlmişdir. Biz də bu fəsildə daha çox dinin təbiət elmləri ilə münasibətlərini araşdırmağa çalışmışıq. Çünki "dinin mənşəyi" bölməsində bəzi sosioloq və psixoloqların dinə münasibəti haqqında izahat vermişik. Dinin tərifinə gəldikdə isə, qeyd etmişik ki, din vəhy vasitəsilə Allah tərəfindən insanlara təqdim olunan həqiqətlər və dəyərlər toplusudur. Din və elm arasındakı münasibətlərin tarixi Din və elm arasındakı münasibətləri araşdırarkən, bu münasibətlərin tarixi haqqında məlumat əldə etmədən keçinmək bəlkə də mümkün deyil. Şübhəsiz, bu mövzunun ilk dəfə ərsəyə gəlişi, yeni elmin doğulduğu yerlə bağlıdır. Tarixi baxımdan renessans və ondan sonrakı dövr, yəni XVII-XX əsrlər elm və din münasibətlərinin tədqiq olunduğu dövrdür. Hərçənd, bir çox fəlsəfə tarixçiləri elm və dinin daim ziddiyyətdə olduğunu bildirmişlər. Lakin tarixə baxarkən bu münasibətlərin deyilən qədər də təzadlar üzərində formalaşmadığı məlum olur.

XVII əsr və Natural fəlsəfənin ərsəyə gəlişi[redaktə]

Bildiyimiz kimi, renessans cərəyanında, natural fəlsəfə müşahidə və təcrübə üsulundan istifadə etməklə nisbi tərəqqiyə çatsa da, hələ də fəlsəfənin bir qolu hesab olunurdu. Nyutondan sonra elm daha müntəzəm formada özünü göstərmyə başladı. Hətta Nyutonun səyləri nəticəsində elm fəlsəfədən ayrılaraq müstəqil sahə kimi özünü təsdiqlədi. Yeni elmin ərsəyə gəlməsində əsas rol oynayan alimlərin çoxu Allaha inanır bəzən isə dindar ruhlu şəxslər kimi tanınırdılar. Kepler, Qaliley, Buyel və Nyuton kimi fiziklər təbiətdə olan məqsədəuyğunluğu əsas götürərək, nəinki bu yolla Allahın varlığını sübut edir, hətta bütövlükdə fizikanı ilahi varlığın mütaliəsi üçün bir vasitə hesab edir, təbiətin elm baxımdan seyrini dini vəzifə sayırdılar. [Brooke, John Hedly, "Science and Theology in the Enlightenment", p. 8]

Deməli, XVII əsrdə Nyutonun elmi inqilabda aparıcı təlaşları elm və dinin ziddiyyəti ilə nəticələnmədi. XVII əsrin elmi inqilabı Aristotel fəlsəfəsinə qarşı yönəlmiş bir hərəkat idi. Burada Aristoteldən fərqli olaraq təcrübə üsulundan istifadə olunur, təbiət elmlərinin tədqiqində lazımsız fəlsəfi qanunlar inkar edilirdi.[Barbur Ayam, "Elm və din", s. 44]

Nyutonun natural fəlsəfəsi mühüm nailiyyətlər əldə etdi. Hətta intibah dövrü ateizmi ilə mübarizədə ilahiyyatçılar Natural fəlsəfəyə istinadən dini müdafiə etməyə başladılar.

Natural fəlsəfəyə əsasən kainat mürəkkəb bir maşın tək dəyişməz qanunların təsiri altındadır. Nyuton və onun davamçılarının bu qanunları ilahi varlıqla əlaqələndirməsi XVIII əsrdə determinist fəlsəfənin yaranması üçün zəmin oldu. Dompi Yer "Elm tarixi" kitabında yazır ki, XVIII əsrdə Nyutonun ideyaları düzgün şərh olunmadı. O deyir: "Nyutona görə, gözəl günəş, ulduzlar və təbiətin bu kimi gözəllikləri yalnız mehriban Allah tərəfindən yaradıla bilər. Halbuki bu əqidə XVIII əsrdə mexaniki fəlsəfənin əsas sütunlarından biri olaraq materializmin başlanğıc nöqtəsinə çevrildi. [Dampi Yer, "Elm tarixi", s. 208]

XVII əsrə qədər, təbiətdəki varlıqlar ilahi iradə ilə əlaqələndirilirdi. Yəni Allahın iradəsi olmadan heç nə baş vermir, ilahi iradə daim mövcuddur. Allahın təbiətdə hüzuru bir an belə kəsilmir və O hər an yaradır. XVII əsr Natural fəlsəfəsindən sonra ilahi iradəyə münasibət dəyişdi. Yəni təkallahlı dinlərdə təbliq edilən və inanılan Allah yalnız kainatı yaratmış, sonra isə kənara çəkilmiş varlıq sayıldı. Onun istək və iradəsi təkcə ilk yaranış zamanı təsirli qəbul edilirdi.

Natural fəlsəfənin digər qənaətlərindən biri də bu idi ki, təbiətdə cərəyan edən hadisələri həm ilahi iradə, həm də təbii səbəblərlə izah etmək olar.

XVII əsrdə ilahi varlığın sübutlarından biri olan teleoloji sübutun geniş yayılması elm və din arasında körpü rolunu oynayırdı. Qeyd edək ki, teleoloji sübut da təbiətdə olan nizam-intizam və yüksək məqsədəuyğunluq əsas götürülür. Bu nizam fövqəltəbii zəka və qüdrətə malik varlığa aid edilirdi. Həmin dövrün alimləri teleoloji sübutdan istifadə edərək özlərini allahsızlıq ittihamından sığortalayırdılar. Həmin vaxtlar bir çox ilahiyyatçılar da bu üsuldan istifadə etməklə ilahi varlığı sübut etməyə çalışırdılar. Yalnız belə bir sübutla ilahi varlığın sübut edilməsi ilahiyyatı tənəzzülə uğratdı. Çünki elm onun öhdəsinə buraxılmış bu ağır vəzifəni (Allahın varlığını sübutunda elmi nəaliyyətlərdən istifade etmək) yerinə yetirə bilmədi. XVII əsrdə Nyutonun Natural fəlsəfəsi XVIII əsrin işıqlı rasionalizminə müqəddimə idi. Bu vaxt əql və elm yüksək zirvəyə çatmış, əksər hadisələri izah etməyə qadir olduğuna inanmışdı. Belə ki, XVIII əsrin əvvəllərində fransalı riyaziyyatçı və fizik Laplas (1749-1827) 4000 səhifəlik Səma mexanikası adlı əsərini Napaleona təqdim edərkən Napaleon deyir: "Cənab Laplas, mənə belə bir məlumat verilib ki, siz təbiət haqqında böyük bir kitab yazmış, lakin onu yaradan barədə heç bir söz deməmisiniz". Laplas Napaleonun cavabında deyir: "Bu fərziyəyə (Allahın varlığıni təsdiq etməyə) ehtiyac duymadım." Yəni Laplasa görə bütün hadisələr fizika qanunları ilə izah oluna bilərdi. Laplas Nyutonun davamçılarından hesab edilsə də, fəlsəfi görüşlərində özünə məxsus yol seçdi. Nyutonun Natural fəlsəfəsinə görə ilahi iradə kainatda təsir qüvvəsinə malik ola bilərdi. Laplasın əqidəsinə görə isə günəş planetində cərəyan edən hadisələr Allahın hüzurunu inkar edirdi. Təcrübi elmlərin inkişafı nəticəsində tam məqbul sayılan natural fəlsəfə XVIII əsrdə materializm və determinizm adlanan iki fəlsəfi cərəyanın formalaşmasına səbəb oldu. Determinizmə görə, bütün təbiət hadisələri dəyişməz olaraq hərəkətli maddə"nin qanunları ilə təyin olunmuşdur. Burada bütün hadisələr, hətta insanın özü və onun iradəsi səbəbiyyət asılılığında və mexaniki zərurətin təsiri altında görünür. Digər tərəfdən, həmin dövrdə meydana gələn materializm təlimlərində cansız və ruhsuz maddə kainatın yeganə obyektiv başlanğıcı kimi təsdiq edilirdi. Deməli, materiyadan savayı, həqiqi varlıq yoxdur. Har halda təbiəti maşın timsalında təsəvvür edərək, Allahı yalnız onu quran mühəndis kimi qələmə vermək, belə bir Allahın ümumiyyətlə bəşər həyatındakı rolunu kiçiltməkdir.

XVIII əsrdə elm və din münasibətlərinə aid digər fəlsəfi hadisə Deyvid Yumun və İmmanuil Kantın dini-fəlsəfi görüşləri idi. İngilis filosofu Deyvid Yum (1711-1776) yalnız hiss üzvlərinin təəsürratlarından yaranan inikası həqiqi bilik mənbəyi hesab edirdi. Yuma görə, hiss üzvlərinin təsdiqləmədiyi məfhum mənasızdır. Bu baxışa əsasən dini inanc hissi təcrübənin nəticəsi olmadığından mənasız hesab olunmalıdırlar. Bundan əlavə, o, öz empirist görüşlərinə əsalanaraq, metafizikanın əsas sütunlarından biri olan səbəb-nəticə qanununu inkar etdi. Onun fikrincə, bir hadisənin digər hadisədən sonra gəlməsi onun əvvəlki hadisənin nəticəsi sayılmasına heç bir məntiqi əsas vermir. Habelə Yum öz fəlsəfi düşüncələrini əsas götürərək, ilahi varlığın sübutlarını, xüsusilə teleoloji sübutu qəbul etmədi. Yan Barbur bildirmişdir ki, Yum Allahı tam inkar etməmişdir. Yuna görə məntiq baxımından Alllahın varlığını nə sübut, nə də inkar etmək mümkündür.

XVIII əsrin ən məhşur filosofu Immanuil Kant (1794-1804) çox mürəkkəb bir fəlsəfi sistem yaratmışdır. O, təbiət elmlərinin inkişafına biganə qalmayaraq, bu elmləri metafizika ilə əlaqələndirməyə calışmışdır. Kant əqlin dini inanclarla bağlı obyektiv funksiyasını rədd etdi. O hesab edirdi ki, filosof olsaq, dindar ola bilmərik. O, «Xalis zəkanın tənqidi» kitabında qeyd edir ki: "Əqli idrakı inkar etməliyəm ki, imana yol açım". Diqqət edin, Kant insanın idrak qüvvəsini iki nəzəri və praktik sahəyə ayırırdı. Kanta görə, elm (təcrübəyə əsaslanan bilik) nəzəri, din isə praktiki sahə ilə məşğuldur. Deməli, o bu yolla elm və din arasındakı ziddiyyəti həll etməyə çalışırdı. Kant hesab edirdi ki, bizim Allahın varlığına inancımız praktiki idrakın məhsuludur. Çünki nəzəri idrak hissi təcrübədən məhdud olduğu üçün Allahı dərk etmək qabiliyyətinə malik deyil. "Xalis zəkanın tənqidi" kitabında oxuyuruq: İlahiyyat sahəsində nəzəri idrakın bütün səyləri faydasızdır. Biz ilahiyyatı etika qanunları (praktiki idrak) əsasında qursaq, artıq əqli və nəzəri ilahiyyata yer qalmayacaq. İntibah dövründə elmin inkişafı, filosofların yeni fəlsəfi görüşlərinin meydana gəlməsi və ilahiyyatçıların dinin müdafiəsi uğrunda (Allahın varlığına aid sübutların təqdimi kimi) səyləri həmin dövrün təzadlı şəraitindən danışır. Bir tərəfdən renessans yaşayan insan təcrübi elmlərin nailiyətlərini müşahidə edir, digər tərəfdən dini təcrübəyə əsaslanan ilahiyyatla ehtiyaclarını ödəməmək istəyir.

XIX əsrdə elm və din arasında münasibətlər[redaktə]

XIX əsri elm və din arasında müharibə asri adlandırmışlar. Bu əsrin axırlarında Con Uilyam Droper "Din və elm arasında təzadların tarixi" kitabında, Dikson Vayt "Elm və din müharibəsi tarixi" əsərində uyğun ziddiyyətlər haqqında məlumat verməyə çalışdılar. Lakin XIX əsrdə din və elm arasında cərəyan edən təzadlar daha çox Darvinin "Təkamül" nəzəriyyəsinin təsiri altında yaranmışdır. İngilis təbiətşünası Çarlz Darvin (1809-82) 1859 ildə yazdığı "Növlərin mənşəyi" adlı kitabında təkamül nəzəriyyəsini irəli sürdü. Öncə qeyd etdik ki, Nyutonun və Laplasın fiziki tədqiqatları nəticəsində kainat tam təbii və mexaniki təsəvvür edilirdi. İndi isə Darvin təkamül prossesini təbiətin dəyişməz qanunları çərçivəsinə salmaq istəyiridi. Darvin Latin Amerikasında bitkilər və heyvanlar barədə, xüsusilə, növlərin xırda dəyişkənliyi haqqında bir sıra araşdırmalardan sonra canlı təbiətin seçmə vasitəsilə təkamülü haqqında qənaətlərini açıqladı. O deyir: "Heyvanlar və bitkilər üzərində apardığım uzunmüddətli müşahidələrdən sonra zehnimdə belə bir fikir

¹ Immanuel Kant, "Critique of Pure Reason", p. 636 124

formalaşdı ki, şəraitə (heyvan və bitkilərin yaşam şəraitinə) uyğunlaşan dəyişiklik salamat qalır, uyğunlaşmayan dəyişiklik isə sıradan çıxır. Bu prosesin nəticəsi yeni növlərin yaranmasıdır. 1871-ci ildə Darvin "İnsanin mənşəyi" kitabında heyvanlar və bitkilər barədə əldə etdiyi nəticələri insana tətbiq etdi və insanın heyvandan yarandığını açıqladı. O sübut etmək istəyirdi ki, insanaxas olan və onu heyvandan fərqləndirən xüsusiyyətləri təbii seçmə prosesindəki tədrici dəyişiklik kimi ilə izah etmək mümkündür. Müasir din filosofu Alvin Plantinqa hesab edir ki, Darvin heyvanlarda baş verən tam təbii və səbəbsiz dəyişiklikləri kor və naməlum təbii seçmə prosesi ilə əlaqələndirməklə həyat həqiqətinin mənəvi və ilahi izahını tam cəfəng və faydasız formaya saldı."2. 10mbio T

XIX əsrdə Allahın varlığını sübut edərkən istifadə olunan teleoloji üsuldan belə bir nəticə çıxarılır ki, canlıların fiziki quruluşu və onların bədən üzvlərinin faydalı işə uyğunluğu fövqəltəbii zəkayamalik varlığı qəbul etmədən izah oluna bilməz. İngilis filosof və skolosti Uillyam Daleyin (1802) "Təbii İlahiyyat" əsərində bu uyğunluqların bir çox nümunəsi göstərilmişdi. Lakin təkamül nəzəriyyəsinin meydana gəlməsi həmin dövrdə belə bir təsəvvür yaratdı ki, təbii seçmə qanununu qəbul etsək, Allahın varlığını təsdiqləmədən bu uyğunluqlar izah oluna bilər. Təkamül nəzəriyyəsi kainatın Allah tərəfindən yaranması müddəası ilə ziddiyyətdə olmaqla yanaşı, həm də bəzi reallıqlarla təzad təşkil edirdi. Misal üçün, dinlərdə, ən azı təkallahlı dinlərdə insan digər yaranmışların fövqündə dayanır və yeganə düşüncəli məxluqdur. Halbuki təkamül nəzəriyyəsinə görə insan da sair canlılar tək təbii seçmə üsulu ilə yaranmışdır və təbiətin başqa canlılarından heç bir üstünlüyü yoxdur. Şübhəsiz, təkallahlı dinlərə əsasən kainatı və insanı yaradan Allahdır. Lakin sual oluna bilər ki, həmin dinlərdə Allahın bu dünya-

nı müəyyən bir üsulla xəlq etməsi barədə dəqiq məlumat verilirmi? Tövhid dinlərindən azca anlayışı olanlar bilirlər ki, bu dinlərdə Allahın həyatı və kainatı Darvinin təklif etdiyi üsuldan fərqli bir üsulla yaratdığı nəzərə çarpmır. Deməli, Allaha və onun yaradan varlıq olduğuna inananlar bu nəzəriyyənin əsassız olduğunu sübut etməyə calışmaya bilərlər. Alvin Plantinga din fəlsəfəsində tədqiqatlar kitabinda deyir: "Allaha inanan şəxs üçün bioloji tədqiqatların nəticələri əhəmiyyət daşımır. Hətta təkamül nəzəriyyəsinin düzgünlüyü sübuta yetsə də, bu onun inancına xələl gətirmir. Çünki dinə inanan şəxs Allahın mövcudları müəyyən fiziki və bioloji şəraitdə yaratması eh- timalını rədd etmir." Təkamül nəzəriyyəsi hətta Allahın kainatdakı rolunu daha aydın formada izah etdiyindən bir çox ilahiyyatçılar tərəfindən müsbət qarşılanımışdır. Onlardan bəziləri darvinizmi din və fəlsəfə üçün faydalı hesab etmişlər. Beləcə, yeni elmin (təcrübi və təbiət elmlərinin) vəzifələrindən biri də Allahın dünyanı necə xəlq etməsinin qeyri- fəlsəfi üsullarını bizim üçün açıqlamısıdır.'

XIX əsrin sonlarında insanların dindən uzaqlaşması haqqında tarixi faktlar mövcud olsa da, həmin dövrü tam dinsiz adlandırmaq və darvinizmi nəticəsində insanlarda möcüzəyə, əbədi həyata və bu kimi dini məfhumlara qarşı inkar hissi oyanmasını önə çəkmək yanlış olardı. Çünki XIX əsrin mürəkkəb ictimai-siyasi vəziyyəti, o cümlədən xristian ruhanilərinin xalq tərəfindən bəyənilməməsi onların dini inanclardan kənarlaşmasına kifayət qədər zəmin yaradırdı. Bir sözlə, həmin dövrdə Avropa cəmiyyətindəki sekulyarlaşma prosesi insanların dindən uzaqlaşmasına xeyli təkan verdi. Belə bir qənaətə gəlirik ki, təkamül nəzəriyyəsinin meydana gəlməsi elm və din arasında nəinki ziddiyyətə səbəb olmamış, hətta bir çoxları tərəfindən dini inanclara münasib sayılmışdır. Claude Welch, "Dispelling Some Myhs about the Sphit Between Theology and scence", p 32 126

XX əsr, Yeni baxış dövrü[redaktə]

XX əsrin ortalarına qədər təcrübi elmlər insan zəkasının qələbəsi hesab olunurdu. Təbiət elmlərinin hər bir hadisəni izah etməyə qadir olması tam təsdiq edilirdi. Lakin son illərdə bu iddia ciddi tərəddüdlərlə üzləşmişdir. Təbiət elmlərinin insanın Allaha olan ehtiyacını ödəmək iqtidarında olması təsəvvürləri aradan qalxmışdır. Fizikanın bu günkü inkişafı materiyanın yeganə obyektiv varlıq olması iddiasını alt-üst etmişdir. Beləliklə, müasir dövrdə elm və din arasında yaranmış münasib dialoq mühiti onların sıx əlaqəsinə zəmin yaratmışdır. Müasir fiziklərdən biri demişdir: "Fiziklər elmi araşdırmalarında həqiqətləri kəşf etdikcə kainat daha əsrarəngiz görünür və bir növ dini hisslərin güclənməsinə səbəb olur. Hazırda astronomiya və fizikada müşahidə edilən tərəqqi o qədər əzəmətli və qədim dövrdə olduğundan cazibəlidir ki, nəzəri fizika ilə məşğul olan bir çox müasir alimlərdə Allaha sitayiş və inanc əhval-ruhiyyəsi yaranmışdır.

Nəticə olaraq deyə bilərik ki, müasir fizikada müşahidə edilən kainat klassik fizikada göründüyündən daha çox dini inanclara şərait yaradır. Elm və din münasibətlərinin intibah dövründən sonrakı vəziyyətini qısa da olsa nəzərdən keçirdikdən sonra elm və dinin əlaqələri və onların düzgün təhlili haqqında araşdırma aparacağıq. Din filosofları elm və dinin əlaqələrini dörd müxtəlif müstəvidə araşdırmışlar: a) elm və din bir-birinə zidd həqiqətlərdir; b) elm və din bir-birindən asılı olmayan müstəqil sahələrdir; c) elm və din arasında yalnız dialoq yaratmaq mümkündür; d) elm və din həqiqətlərinin hər biri digəri ilə müqayisədə təkmilləşdirici rol oynayır. Qeyd etmək lazımdır ki, aşağıda müzakirə mövzumuz olacaq bu yanaşmalar qərb fəlsəfə tarixinidə cərəyan etmişdir. Müsəlman dünyasına gəldikdə isə məsələ fərqlənir. Biz sözü gedən əlaqələrin təhlili-tənqidi izahını verdikdən sonra elm və din əlaqələrinin İslam nöqteyi-nəzərindən də durumunu nəzərdən keçirəcəyik


Təkmilləşdirici nəzəriyyə[redaktə]

Bu nəzəriyyəyə əsasən, elm və din məzmun baxımından biri-birini tamamlayan reallıqlar kimi qəbul edilməlidir. Yəni, elm və dini vasitəsiz əməkdaşlığından söhbət gedir. Bunlar müstəqil deyillər. Bunlar ancaq biri-birini təkmilləşdirərək, və ya inkişaf etdirərək davam edə bilərlər. Bu nəzəriyyənin iki forması vardır:

1. Təbii ilahiyyat[redaktə]

19-cu əsrdə təbii ilahiyyatın nümayəndələri elmi təcrübi naliyyətlərə əsaslanaraq teoloji metodla ilahi varlığın obyektivliyini sübuta yetirməyə çalışdılar. Teoloji sübutda təbiətdəki yüksək məqsədəuyğunluq nəticə kimi qəbul edilir. Bunun səbəbi araşdırılır. Beləcə həmin nizam-intizamın fövqəltəbii elm və qüdrət sahibi olan varlıq tərəfindən yarandığı bildirilir. Çünki, təkcə belə bir varlıq kainatın nizam-intizamını tənzimləyə bilər. Teoloji arqumentin müxtəlif formaları mövcuddur. Lakin onların hamısı bu müddəada həmfikirdirlər ki, elm təbiətin bu metodla dinin əsas müddəası “ Allahın varlığı” sübuta yetirilər. Təbii ilahiyyat dinin bütün müddəalarını yalnız elmi metodlarla əsaslandırmasını məqbul hesab edir.

Tənqidi: 1) Onların dinin bütün müddəalarının yalnız elmlə əsaslandırmaq lazımdır fikri məqbul sayıla bilməz çünki, dində bir çox həqiqətlər elmi metodla sübuta yetirilmir.

2) İlahi varlığı teoloji metodlarla sübuta yetirmək bu şüurlu varlığın mövcudluğunu açıqlasa da, həmin varlıq dində təsvir edilən Allahdan xeyli fərqlənir. Dinin insanlara təqdim etdiyi Allah insanlarla danışır, onları eşidir, onların dualarını qəbul edir və onları sevir... Halbuki, təbiətdəki nizam-intizamı əsas götürməklə sübut olunan varlıq yalnız yaradandır. Yaratdıqdan sonra onun başqa funksiyası yoxdur.

3) Göründüyü kimi, təbii ilahiyyat deizm cərəyanlarının müddəaları ilə çıxış edir. Yəni, təbii ilahiyyatın nəticəsi deizm təlimidir. 17-ci əsrdə ingilis filosofu Gerberi deizm məktəbini ilk səbəb kimi təsdiqlədi. Deməli, Tanrı kainatı yaratdıqdan sonra Allahın varlıqla heç bir əlaqəsi olmur. Deizmdə Tanrının iradəsi, istəyi... kimi məsələlər öz istəyini tapmır. Aydındır ki, dünyanı yaratdıqdan sonra onunla heç bir əlaqəsi olmayan Allaha inanmaq ateizmdən bir o qədər də fərqlənmir.

2. Təbiət ilahiyyatı[redaktə]

İslamda elm və din probleminin qoyuluşu[redaktə]

Quran ayələrində elm sahiblərinin itaətkar və allahsevər insanlar olması, elm və alimin yüksək dəyərə malik olduğu bildirilir. Quranda və hədislərdə insanların ümumi şəkildə elmə dəvət edilməsi onu bildirir ki, İslamda insana faydalı olan bütün elmlərin öyrənilməsi və tədqiq olunması tövsiyə olunmuşdur. Hesab edirik ki, İslamda elma münasibətin hansı səviyyədə olduğunu müəyyənləşdirmək üçün iki problemi müxtəlif müstəvilərdə araşdırmalıyıq: İlk öncə İslamda, xüsusilə Quran ayələrində və islam fəlsəfi dünyagörüşündə Yeni elmə münasibət məsələsi həll edilməli, sonra isə müsəlman mədəniyyəti və tarixində müsəlmanların, Yeni elmə baxışı təhlil edilməlidir.

İslam fəlsəfi fikrində elm və din probleminin həlli[redaktə]

İslam dininin müqəddəs kitabı Quran-kərim və hədislərdə məzmun baxımından Yeni elmdə sübuta yetirilmiş elmi faktlarla ziddiyyət təşkil etmir. Bu müddəanı rədd edəcək heç bir Quran ayəsi və ya hədis mövcud deyil. Şübhəsiz, burada təhrif edilməmiş hədisləri əsas götürülməlidir. Bundan əlavə, elm və dinin tam müstəqil sahələr olduğunu qəbul etmək də tam doğru deyil. Hərçənd, bir çox dinsevər insanlar bu fikirlə razılaşırlar. Lakin həmin ideyanın kökündə dinin elmi həqiqətlərə zidd olması ön fərz kimi təsdiq edilmişdir. Bu isə İslam dini baxımından qətiyyətlə rədd edilir. İslam fəlsəfi fikrində Elm və Din münasibətlərinin ziddiyyətli olduğu fərziyyə də qətiyyətlə rədd edilir. İslam dünyagörüşü baxımından elm və din arasındakı əlaqə yalnız onların bir-birilə dialoqu və təkmilləşdirici rol oynayaraq həll edilmişdir. Din insan tərəfindən əldə edilən elmi nailiyyətləri dəstəkləyir, hətta insanları təkidlə elm öyrənməyə dəvət edir. Bu müddəanı sübuta yetirmək üçün dində kifayət qədər dəlil mövcuddur. İslam Peyğəmbəri həzrət Məhəmməd (s) buyurur: "Elm Çində olsa belə onu öyrənməyə tələsin".' Həzrət digər bir hədisdə buyurmuşdur: "Elm möminin itkisidir, müşriklərin əlində olsa belə onu öyrənin." Quran ayələri də insanın kəşf edə biləcəyi elmə yüksək dərəcədə qiymət vermişdir. "Ali-İmran" surəsinin 190-191-ci ayələrində buyurulur: "Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və düşüncə sahibləri üçün nişanələr var." "O kəslər ki, ayaq üstə, oturaq halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı barəsində fikirləşirlər: "Ey Rəbbimiz, bunları boş yerə yaratmamısan". Diqqət etsək görərik ki, bu ayələrdə insanlar təbiət aləmi haqda düşüncəyə çağırılmışdır.