Fındıqçılıq/Məhsul yığımından sonra bağa qulluq
Görünüş
←Fındığın qurudulması | Fındıqçılıq |
Bol və keyfiyyətli məhsul əldə etmək üçün, bağın abadlıq işləri vaxtında və əksiksiz olaraq yerinə yetirilməlidir. Bundan ötrü, əvvəlcə ağacları budamaq lazımdır. Budaqların çox şaxələnməsi ağacdakı məhsulun kifayət qədər hava və günəş işığı almasını çətinləşdirir. Belə olan halda, mayalanmadan sonra meyvələr yaxşı inkişaf etmir və bunun nəticəsində içi tam dolmamış, yaxud da içi tamamən boş olan müxtəlif ölçülərdə keyfiyyətsiz fındıqlar əmələ gəlir. Buna görə, yarpaqların tökülməsindən sonra ağacın artıq qol-budaqları kəsilməli, ağacların dibləri bellənərək gübrələnməlidir. Ağac diblərinin bellənməsi, fındıq qurdu kimi qışı torpaqda keçirən ziyanvericilərin məhvinə səbəb olduğu üçün xüsusi əhəmiyyətə malikdir.