Gübrələr/Mineral gübrələrin tərəvəz bitkilərinin məhsuldarlığına təsiri
←../ | Gübrələr |
../→ |
Tərəvəz bitkilərin mineral gübrələrlə qidalanmasını səmərəli tətbiq etmək üçün onların vegetasiya ərzində müxtəlif mineral alimentlərə ehtiyacını müəyyənləşdirmək lazımdır.
Tətbiq edilən bütün mineral elementlər pomidorun məhsuldarlığını xeyli artırır və meyvələrin yetişməsini sürətləndirir Fosfor verilmiş bitkilərdə faraş məhsul ən çox olur. Azot verilmiş bitkilərdə faraş məhsul kontrola nisbətən 5 dəfə roxolsa da ümumi məhsulun üçdə iki hissəsi sonranı yığımlarda əldə edilmişdir.
Mikroelementlərdən bor və manqan pomidorun yetişməsini xeyli sürətləndirir, lakin bu bitkilərin meyvəvermə müddətini qısaldır. Az miqdarda verildikdə mis pomidorun yetişməsini bir az sürətləndirir, çox miqdarda verildikdə isə meyvələrin yetişməsini yuvadır, üzvü və mineral gübrələrin düzgün tətbiqi pomidorun məhsulunu 50–60% artıraraq hər hektardan 250-260 sentner əlavə məhsul deməkdir.
Peyin+N8+P8+K80 normasında verildikdə əlavə məhsulların artması müşahidə olunur. Lakin hava şəraitindən, əkinlərin su ilə təmin olunmasından vegetasiyanın ikinci yarısında azot qatının gücləndirilməsi kolların həddən artıq böyüməsinə səbəb olur ki, bunun nəticəsində məhsuldarlıq aşağı düşür və keyfiyyəti pisləşir.
Pomidor üçün azot, fosfor gübrələrinin səmərəli dozası 90-120kq/ha N, və həmin səmərəli miqdarda P2O5 hesab olunur. Bu miqdarda gübrə 2-3 hissəyə bölünüb verilməlidir.
Fosfor gübrəsi əsasən vegetasiyanın ilk dövrlərində, azot isə çiçəkləmə dövründə və meyvə əmələgəlmə başlayanda verilməlidir. Pomidor üçün mikroelementlərin ən yaxşısı dozası hər hektara 6 kq boraks, 10 kq manqan sulfat, 4 kq mis sulfat, 3 kq sink sulfat hesab edilir. Bu gübrələr torpağa şitil basdırılmazdan əvvəl, ya da qönçələmə çiçəkləmənin ilk dövrlərində yemləmə şəklində verilməlidir.