GNU
GNU – (tələffüzü: /ɡnuː/) GNU is Not Unix kəlmələrinin baş hərflərindən əmələ gəlir və Azərbaycanca GNU Unix Deyildir mənasına gəlir.
Sərbəst olan ancaq Unix olmayan fəlsəfənin təməlidir. GNU/Linux, Linux çəyirdəyi üstündə qurulan GNU təminatlarının əmələ gətirdiyi əməliyyat sisteminə deyilir.
Vikipedia GNU FDL lisensiyası əsasında işləyir.
GNU Free Documentation License (GNU azad sənədlərin lisenziyası), və ya GNU FDL (GFDL) — bu kopileft-lisenziya olub, azad proqram təminatı fondu tərəfindən GNU GPL-ə əlavə kimi işlənmişdir. GNU FDL istifadəçilər üçün nəzərdə tutulmuş jurnallar, dərs kitabları və kompüter proramlarının müşaət etdiyi digər sənədlər üçün nəzərdə tutulmuşdur.
GNU General Public License (GNU universal kütləvi lisenziya və ya GNU açıq lisenziyalı razılaşması) — 1988-ci ildə GNU layihəsi çərçivəsində yaradılmış azad proqram təminatı üçün populyar lisenziyadır. GNU GPL lisenziyasının ikinci variantı 1991-ci ildə, üçüncü variantı isə 2007-ci ildə buraxılmışdır.
GNU Lesser General Public License – GNU LGPL lisenziyası bir çox proqram təminatlarının kitabxanaları üçün nəzərdə tutulmuş GPL-in şəkli dəyişdirilmiş variantıdır.
GNU GPL-in məqsədi istifadəçiyə proqramları köçürmək, şəklini dəyişdirmək və yaymaq hüququnun verilməsi (müəlliflik hüququ qanunlarına görə bunlar qadağan olunublar), eləcə də bütün törəmə proqramların istifadəçilərinin göstərilən hüquqlara malik olmasını təmin etməkdir. Hüquqların "irsən keçməsi" prinsipi "kopileft" (copyleft) adlanır və Riçard Stollmen tərəfindən düşünülmüşdür. Əslində isə GNU GPL lisenziyası istifadəçilərə çox az hallarda hər hansı hüquq verir, əksinə, çox zaman bu hüquqları məhdudlşdırmağa çalışır. Məsələn, ilkin kodun bərpasına qadağan qoyur və s.
Free Software Foundation (FSF) – Azad proqram təminatı fondu 1985-ci ildə yaradılmış qeyri-ticarət təşkilatıdır. Riçard Stollmen tərəfindən yaradılan FSF azad proqram təminatı hərəkatını və GNU layihəsini dəstəkləmək məqsədi daşıyır. FSF, GNU Layihəsinin əsas təşkilatçı sponsorudur. FSF, korporasiyalardan və qrant verən qurumlardan çox kiçik miqdarda ödənişlər alır. FSF kompüter programlarını azad şəkildə istifadə etmək, nüsxəsini çıxarmaq, dəyişdirmək, öyrənmək və paylaşdırmaq və Azad PT istifadəçilərinin hüquqlarını qorumaq vəzifəsini yerinə yetirir. 2006-cı il FSF fond aktivlərinin 67%-i müxtəlif sponsorlar tərəfindən verilmişdir. Bu dəstək, FSF fəaliyyətini davam etdirməyə kömək edən əsas vasitələrdən biridir.. FSF, Internetdə danışıq. mətbuat və himayədarlıq azadlığını, şəxsi əlaqələr üçün şifrələnmiş proqramin istifadə hüququnu, və özəl inhisarçılar tərəfindən maneə qoyulmayan proqramların yazılma hüququnu dəstəkləyir.