Məzmuna keç

Hülakü dövləti/Hülakülər dövlətinin yaranması, yürüşləri

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Hülakü dövləti

../

1231-ci ildə monqollar Çormoğon noyonun başçılığı ilə Azərbaycana ikinci dəfə yürüş təşkil etdilər. Yerli əhalinin şiddətli müqavimətinə baxmayaraq, 1239-cu il üçün Azərbaycan bütövlüklə monqollar tərəfindən zəbt edildi. Azərbaycan 1256-cı ilədək Böyük Monqol imperatorluğu canişini tərəfindən idarə edilirdi. Hülakülər dövlətinin yaranması, yürüşləri 1256-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1256 – 1265) özünün Hülakülər dövlətini (1258 – 1357) yaradır (1.səhifə 338). Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. “Elxani” adı, “Böyük Xaqanlıq” mənasını verir. Belə ki, Elxanilərin öz bayraqları və pul vahidləri olsa da, əyalət sayılırdı və monqolların Böyük Xaqanına tabe idi. “Elxani” sözünün digər izahı “ el-il” yəni “əyalət,vilayət” mənasını verir. Dövlətin çox böyük və sürətli ordusu vardı.
Azərbaycanı ələ keçirən Hülakü xan 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu Səlcuqilər dövlətini özünə tabe etdi. Monqollar Anadolunun elm, mədəniyyət və ticarət mərkəzləri olan şəhərləri dağıtdılar və yağmaladılar. Bu dövrdə Anadoluda ticarət zəiflədi. Türklər Şərqi və Mərkəzi Anadoludan qərb bölgələrinə doğru köçmək məcburiyətində qaldılar. Monqollar Anadolu Səlcuqilər dövlətinin yıxılmasında önəmli rol oynadılar (2.səhifə 141-142). Hülakülər dövlətinin əraziləri Fars körfəzindən Dərbəndə və Amudərya çayından Misirə qədər uzanırdı. Ölkənin ən başlıca və mühüm məmləkəti Azərbaycan idi. Məhz burada dövlətin paytaxtları, əvvəlcə Marağa, daha sonra isə Təbriz yerləşirdi.Hülakü xanın vəfatından sonra ölkədə mərkəzi hakimiyyət bir qədər zəiflədi. Şimalda yerləşən Qızıl Orda (1243 – 1507) hökmdarları bundan istifadə etməyə cəhd göstərdilər. 1263-1265, 1288, 1290-cı illər onlar dövlətin şimal əyalətlərinə yürüşlər etmişdilər. Bu yürüşlərdə ilk növbədə, Azərbaycan əhalisi, şəhər və kəndləri zərər çəkirdi. Hülakülər Suriya və Fələstini işğal etdikdən sonra Misirə doğru irəliləməyə başladılar (5.səhifə 324). Ancaq Məmlüklər Əyn-i Cəlut döyüşündə Hülakiləri məğlubiyyətə uğradaraq Fələstin və Suriyadan çıxarıldılar (1260). Məmlük sultanı Baybars Hülakiləri ikinci dəfə Əlbistanda məğlub etdi (1277). Məmlüklər tərəfindən məruz qaldıqları məğlubiyyətlərdən başqa Hülakülər heç bir müharibəni uduzmayıblar.