Üçüncü nəsil — (1964-1979). 1960-cı illərin ortalarında kompüter texnologiyasında çox əhəmiyyətli bir hadisə baş verdi. Ayrı-ayrı tranzistorlar inteqral sxemlə əvəz olundu. İnteqral sxem çox kiçik bir lövhədə-çipdə minlərlə tranzistoru yerləşdirməyə imkan verirdi. İnteqral sxemlər tranzistorlara nisbətən daha etibarlı və sürətli idi.Maqnit nüvəli yaddaşlar öz yerini yeni texnologiyaya-metal oksidli yarımkeçirici yaddaşa verdi. Yaddaşın informasiya saxlama gücünün və emal sürətinin artması əməliyyat sistemlərinin inkişafına səbəb oldu. Yüksək sürətli çiplər minikompüterlərin və mikrokompüterlərin yaradılmasına təkan verdi.İlk rabitə peykləri buraxıldı.Mikrodalğa vasitəsilə və koaksial kabeldən istifadə etməklə telekommunikasiya sistemlərinin inkişafına yeni mərhələyə qədəm qoydu.