Hesablama avadanlığı tarixçəsi/Dördüncü nəsil

Vikikitab, açıq dünya üçün açıq kitablar
Hesablama avadanlığı tarixçəsi

Sister Projects. Həmçinin baxın: Haqqında •

Dördüncü nəsil — (1979-cu ildən indiyə kimi).Bu nəslin kompüterlərin məntiqi əsasını çox yüksək sıxlıqlı inteqral sxemlər təşkil edir.Bu sxemlərdə yüz minlərlə,milyonlarla tranzistorun funksiyası əhatə olunur.Dördüncü nəsil həm də mikroprosessorların meydana gəlməsi ilə bağlıdır. Mikroprosessorlar yaddaş,məntiq və idarəetmə qurğusunu ehtiva edən çipdir.Bu dövrdə yarımkeçerici yaddaşların tutumunu daha da artırmaq və onlara müraciət sürətini yüksəltmək mümkün olmuşdur. Texnologiyanın yüksək sürətlə inkişafı kompüterlərin qiymətinin də kəskin aşağı düşməsinə gətirib çıxartmışdır.Apple,İBM PC kimi fərdi kompyuterlər meydana gəlmiş və çox tezliklə geniş yayılmışdır. Dördüncü nəsil kompüterlərin proqram təminatı da xeyli inkişaf etmişdir.