Heyvandarlıq/Heyvandarlıqda parazitar xəstəliklər və mübarizə tədbirləri/Fassiolez

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Heyvandarlıq/Heyvandarlıqda parazitar xəstəliklər və mübarizə tədbirləri

../

Fassiolez. Xəstəlik iti və xroniki gedişli olur. Iti gediş qoyunda mindən artıq fassiola tapıldıqda əmələ gəlir və bu da çox vaxt ölümlə nəticələnir. Xroniki gediş aylarla davam edir. Qoyun kəskin arıqlayır və müalicə tədbirləri aparılmazsa yenə də ölüm halları baş verir. Heyvanlar kəskin gedişli xəstəlikdən tələf olduqda əsas dəyışikliklər qara cıyərdə görünür. Bu orqan 1-3 dəfə böyüyür hıperlmiyasaşır üzərində isə qan sızıntıları görünür. Qara cıyərin daxili səthi kələ-kötür olur, kəsildikdə həmin yerdən çirkli-qırmızı maye çıxır və çoxlu cavan fassiolalar tapılır. Qoyunlarda qara ciyərin sirrozu atrofiq xarakter daşıyır. Belə halda qoyunu yardıqda qara cıyərin bərkiməsi və parenxımasında qozdan alma böyüklüyünədək düyünlər, içərisində isə tünd rəngli qatı maye və bir neçə fassiola aşkara çıxır. Dehilmintizasıya aparmaq üçün sudan uzaq və şumlana bilən yerlər seçilməlidir.

Heyvanlar burada 6 gün karantində saxlanılır. Bu müddətdə ölmüş parazitlərdən və onların yumurtalarından qoyunlar azad olurlar.

Fassiolezin müalicəsi. Müalicədə karbon 4-xlorid və ya heksaxloretondan istifadə edilir. Karbon 4-xlorid iri qoyunlara 2-3 ml, 1 yaşadək olanlara 1 ml dozada jelatin kapsulada daxilə verilir.

Heksoxloretan dərmanı 1 kq diri çəkiyə 0,3-0,4 qr hesabı ilə verilir ki, bu da yaşlı qoyun üçün 10-12 qr bir yaşadək quzu üçün 5-8 qr təşkil edir.