Heyvandarlıq/Heyvandarlıqda parazitar xəstəliklər və mübarizə tədbirləri/Moniezioz
←../ | Heyvandarlıq/Heyvandarlıqda parazitar xəstəliklər və mübarizə tədbirləri |
../→ |
Moniezioz. Qoyunçuluq təsərrüfatında ziyan vuran xəstəliklərdən biri də mövsümü xəstəlik Moniezioz xəstəliyidir. Monezioz geniş yayılmış xəstəliklərdən biridir. Xəstəlik əsasən payızda və yazda müşahidə edilir. Ancaq xəstəliyin mövsümü xarakterdə olmasında fıziki, coğrafi və ekoloji zonaların rolu olduqca böyükdür.
Xəstəliyin gedişi qoyunun yaşından asılı olaraq zəhərlənmə və sinir sistemınin pozulması əlamətləri ilə ola bilər. Xəstəlik 1,5-3 aylıq quzularda daha ağır keçir. Xəstəlıyin yayılmasının qarşısını almaq üçün bağlı ağıllarda helmintdən azad edilməlidir və sonra helmintlər yığışdırılıb məhv edilir.
Monieziozun müalicəsi. Müalicə üçün 1%-li göydaş məhlulundan istıfadə edilir. Göydaşın yaxşı ərıməsi üçün hər biri suya 1-4 ml duz turşusu əlavə edilir. Məhlul şüşə yaxud taxta qabda hazırlanır və təzə-təzə yaşlı qоyunlara 80-100 ml, quzulara isə, 1 aylıqdan 10 aylığa qədər, 15 ml-dən 80 m-lə qədər Filiksan dərmanı 1 kq diri çəkiyə 0,3-0,4 qr hesabı ilə verilir.