Heyvandarlıq/Heyvanların kökəldilməsi
Görünüş
←../ | Heyvandarlıq |
../→ |
Ətlik cinsli mal yetişdırən təsərrüfatlarda inəkləri sağmırlar, onlar buzovları əmizdirir buzovlar 7-8 aya qədər anaları ilə bir yerdə olur. Bu cür təsərrüfatlarda doğuş erkən yazda aparılır ki, inəklər və buzovlar otlaqlardan maksimum istifadə etsin. Yaxşı otlaqlarda süddən ayırmaya yaxın buzovlar 180-220 kq çəkidə olur. Çünki onlar yalnız ot və ana südü ilə qidalanır. Kökəltmə üç dövrə bölünür. Başlanğıc və orta dövrlərlə ucuz başa gələn qaba yemlərlə daha çox yemləndirirlər. Axırıncı dövrdə isə qüvvətli yemlərin miqdarını artırırlar.
Kökəltmə zamanı qısa müddətdə mümkün qədər yüksək çəki artımı alınmalıdır, buna görə də zülalla zəngin olan yemlər geniş tətbiq olunur.