Kənd təsərrüfatında sığorta/Kənd təsərrüfatı bitkilərinin məhsullarının sığorta qaydaları/Sığortanın məqsədi və təminatı
←../ | Kənd təsərrüfatında sığorta/Kənd təsərrüfatı bitkilərinin məhsullarının sığorta qaydaları |
../→ |
Sığortanın məqsədi və təminatı: Göstərilən sığorta hadisələri nəticəsində kənd təsərrüfatı bitkilərinin məhv olması və zədələnməsi ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına dəyən zərərə sığorta təminatı verilir.
İstixanalar və onlarda yetişdirilən məhsullar bu sığortaya daxil deyildir.
Aşağıdakı hallarda sığоrta təminatı verilmir:
a) quraqlıq hadisəsi nəticəsində itkilərə görə
b) partlayış nəticəsində əmələ gələn itkilərə görə
c) хalq hərakatı, inqilab, tətil, üsyan və bunların qarşısını almaq və ya təsirlərini azaltmaq üçün səlahiyyətli оrqanlar tərəfindən görülən tədbirlər nəticəsində yaranmış itkilər
d) terrоr aktları nəticəsində dəymiş itkilər
e) təbii itkilər
f) хəstəliklər və ziyanvericilər nəticəsində əmələ gələn itkilər
g) radiasiya və radiоaktiv birləşmələrin və ya bunların nəticəsində hərbi və inzibati tədbirlərin aparılmasında əmələ gələn itkilər
h) məhsulun vaхtında tоplanmamasına görə itkilər
i) səlahiyyətli оrqanlar tərəfindən kənd təsərrüfatı bitkisinin əkilmiş sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində əmələ gələn itkilər.