Kəsmik
Kəsmik | |||
---|---|---|---|
Kateqoriya: | Azərbaycan kulinariya kitabı | ||
Porsiya: | 2-3 stəkan kəsmik üçün | ||
Tərkibi
[redaktə]- Yağlı süd: 2 litr (təqribən 8 stəkan)
- Qatıq: 2 stəkan
Hazırlanması
[redaktə]Südü əvvəlcə 2 qat qatlanmış tənzifdən süzün. İçərisində yad cisimlər qalmaması üçün bu vacibdir (Bu, UHT süd istifadə etmediyiniz təqdirdə edilməlidir)
Südü təmiz qazana qoyun və bişirin. Südü vam odda bişirmək lazımdır. Bişmə əsnasında arada qarışdırmaq mümkünsə qatıq hazırlayarkən edildiyi kimi, sovurmaq lazımdır arada. Bu zaman süd havalanır və məhsul daha keyfiyyətli alınır.
Süd qaynamağa başlayan kimi, qaynayan südə qatığı əlavə edilir və qarışdırılır. Bundan sonra yenə də arada qatıqlı südü qarışdırmaq lazımdır.
Süd bir neçə dəqiqə qaynadıqdan sonra “kəsilir”, “çürüyür”. Bu zaman hazır olan məhsulumuz mayedən yavaş – yavaş ayrılır və süd bişən qazanda mayenin üst hissəsinə toplanmağa başlayır.
Bu arada təmiz tənzifi iki qat qatlayıb bir süzgəcin içərisinə səririk. Burada kəsmik süzüləcək.
Məhsul tamamən hazır olub qazanın üzərinə toplandıqdan sonra içərisiə tənzif sərdiyimiz züzgəcdə süzürük. Bu zaman içərisində kəsmik olan tənzifin kənarlarını birləşdiririk və suyunu süməsi üçün bir yerdən asırıq. Bu zaman əllə çıx sıxıb əzməməyə diqqət etmək lazımdır.
Hazır olduqdan sonra suyunu çox süzmədən alırıq və hazır olan məhsulu soyuducuda saxlamaq mümkündür. Soyuducuda ev şəraitində hazırladığımız kəsmik, bir həftə xarab olmadan qala bilər.
Səhər yeməyi üçün istifadə edilən zaman içərisinə az miqdarda duz, qaraçörək otu (qara zirə) və s. da əlavə edib istifadə etmak olar.