Məzmuna keç

Kartofçuluq/Giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar
Kartofçuluq

Kartofçuluğun inkişaf etdirilməsi

 
Tarixi məlumatlardan məlum olur ki, kartof bitkisi Cənubi Amerikada 8 min il bundan əvvəl becərilmişdir. Kartofun əsl vətəni Mərkəzi və Cənubi Amerikadır. Avropa qitəsinə ilk dəfə olaraq kartofu XVI əsrin ortalarında ispanlar gətirmişdir. XVIII əsrin əvvələrində isə rus çarı I Pyotr Hollandiyada olarkən bir kisə kartof əldə etmiş və onun Rusiyada yetişdirilməsinə xüsusi göstəriş vermişdir.
Azərbaycanda ilk dəfə XIX əsrin birinci yarısında Gədəbəyin Hacılar kəndinə bir pud (16 kq) toxumluq kartof gətirilmiş və sonralar kartof ölkəmizin başqa regionlarına yayılmışdır.
Taxıldan sonra ikinci mühüm ərzaq məhsulu sayılan kartof yumrularının tərkibində nuşasta, sulu karbonlar, qlükoza, saxaroza, fruktoza, pektin birləşmələri, protein, xam yağı, küll elementləri və D, E, F, K, A, B6 vitaminləri də vardır. Ərzaq kartofunun 100 qramı 94 kaloriyə malikdir və kartofun tərkibində 30-dan artıq makro və mikro elementlər mövcuddur ki, bu da qidalanma zamanı xüsusilə vacibdir.
Ölkəmizdə adambaşına kartofun fizoloji qida norması ildə 50 kq-dır. Yüksək aqrotexniki şəraitdə və intensiv sortlardan istifadə etməklə hər hektardan 50-60 ton məhsul almaq olar.