Kateqoriya müzakirəsi:Şeirlər

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search

Bu səhifə, Kateqoriya:Şeirlər səhifəsinin müzakirə səhifəsidir.

  • Dörd tildadan (~~~~) istifadə edərək şərhinizə
imza və tarix əlavə edin.

Şeirlərin Vikikitabda yerləşdirilməsi qətiyyən doğru deyil. Ona görə də bu kateqoriyada olan bütün şeirlər silinməlidir. Müəllif hüququ ilə qorunan şeirlər istisna olmaqla digərləri Vikimənbəyə köçürülə bilər. --Cekli829 09:25, 17 sentyabr 2011 (UTC)


Sizin məsləhətinizə qulaq assam gərək VikiKitabda bütün məqalələr silinsin. Burada sizə dərs keçmək fikrində deyiləm, ancaq onu yadda saxlayın ki, Vikimənbədə artıq harada isə çap olunmuş əsərlər saxlanılır. vikiKitabda isə kitablar istifadəçilərin birgə zəhməti nəticəsində yaradılır. Yəni heç bir yerdə çap olunmayan əsərlər məhz burada saxlanmalıdır. Müəlliflər (və ya onların etibarlı nümayəndələri) isə şəxsən idarəçiyə müraciət etdikdə (e-maillə, telefonla, şəxsi tanışlıqla) onların əsərləri burada saxlanıla bilər.

Yeri gəlmişkən Vikipediyadakı yemək reseptləri də bura köçürülməlidir. Vikipediyada kulinariya kitabı yaratmaq heç də düzgün deyil. Orada yalnız yeməklər haqqında ensiklopedik məlumatlar (nə zaman və hansı şəraitdə yaranıb, hansı xalqa məxsusdur və s.) saxlanmalıdır. --Irada 10:33, 17 sentyabr 2011 (UTC)

Əlbəttə ki, Vikikitab kriteriyalarına uyğun gəlməyən bütün məqalələr silinməlidir. Bunun üçün xüsusi bir dərs keçməyə ehtiyac yoxdur. Vikikitabın digər dillərdə olan layihələrinə kiçik bir səyahət kifayət edir. Bəs nəyə görə "Çaşıoğlu" nəşriyyatında çap olunmuş kitablar Vikimənbəyə yox, buraya yerləşdirilib? Həmçinin şeirlər də Vikikitabda ola bilməz. Bəs niyə məni yalan iftira ilə bloklamışdınız? Bəs niyə həmin əməlinizə görə hələ də üzr istəməmisiniz? Mən Sizi Vikiprinsiplərin aliliyinə hörmət etməyə və onlara əməl etməyə dəvət edirəm. Prosesi burada belə davam etdirməyin artıq mənasını görmürəm. Təəssüf ki, Sizə olan etimadımızı doğrultmadınız. Növbəti həftədə Vikikitabdakı problemlərin həlli ilə daha ciddi məşğul olacağam. Şəxsən mən Sizi Vikikitabdakı fəaliyyətinizə əsasən ciddi Vikiçi kimi qəbul etmirəm. --Cekli829 10:51, 17 sentyabr 2011 (UTC)