Kateqoriya müzakirəsi:Anonim şairlər
Mövzu əlavə etBu cür eksperimentləri bloqlarda və forumlarda aparmaq olar.--Sortilegus 21:10, 22 oktyabr 2011 (UTC)
Haqlısız. Sizinlə tamamilə razıyam. --►Safir yüzüklü Ceklimesaj 05:24, 24 oktyabr 2011 (UTC)
Anonim yazılsada müəllifin razılığı olub. Şeirlərin sayı çoxalsa lazım olsa kateqoryalarda yaradılacaq.--E-citizen 05:12, 25 oktyabr 2011 (UTC)
Elə isə Vikimənbəyə yerləşdirilməlidir. Çünki şeirlərin yeri Vikikitab yox, Vikimənbədir. --►Safir yüzüklü Ceklimesaj 06:15, 26 oktyabr 2011 (UTC)
VikiMənbəyə yalnız çap olunmuş əsərlər yerləşdirilə bilər. --Irada 18:08, 26 oktyabr 2011 (UTC)
Vikimənbəyə yerləşdirilə bilmək üçün çap olunmaq kifayət etmir, müəlliflik hüququ da nəzərə alınmalıdır. Vikikitabda isə çap olundu, olunmadı, fərqi yoxdur. Ümumiyyətlə şeir olmamalıdır. Heç bir ciddi Vikikitabda belə bir fakt mövcud deyil. --►Safir yüzüklü Ceklimesaj 08:11, 27 oktyabr 2011 (UTC)
Müəllif hüquqlarının gözlənilməsi Vikipediyanın əsas prinsiplərindəndir və bütün layihələrə aiddir. Heç bir yerdə yazılmayıb ki, şeir olmamalıdır. --Irada 10:38, 27 oktyabr 2011 (UTC)
Yazılıb. Bütün peşəkar vikikitabçıların bundan xəbəri var. Sizə isə bu barədə bildirəndə müvafiq tədbir görmək əvəzinə, tamamilə qeyri-peşəkar addım ataraq blok tətbiq edirsiniz. Azərbaycan dilinə ən yaxın dil olan türkcə Vikikitabda bu barədə hətta qayda da hazırlanır. İlk abzasdaca bu məsələyə orada aydınlıq gətirilib:
Vikikitap, geleneksel bir kitap yayınlama ortamı değildir, bu yüzden Vikikitap'taki kitapların geleneksel kitap tanımına uyması beklenemez. Vikikitap'taki kitaplar viki dili kullanılarak yazılır. Ayrıca Vikikitap'ta yalnızca, bilgi veren (eğitici) kitaplar bulunabilir. Diğer tür kitaplar (hikaye, şiir vb.) burada yayınlanamaz.
Daha ətraflı Vikikitap'ı Kullanma/Yeni bir kitap başlatma səhifəsində tanış ola bilərsiniz. Bir sözlə, indiyə qədərki fəaliyyətinizi tamamilə dəyişdirməli və Vikikitabı ən azından normal bir vəziyyətə gətirməlisiniz. Enerjinizi şeirlərə, hekayələrə, çap olunmuş kitablara sərf etməkdənsə, inkişaf etmiş Vikikitabların praktikasını öyrənib burada tətbiq etmək daha əlverişli olardı. Çünki gec-tez Vikikitabdakı şeirlər, hekayələr, çap olunmuş kitablar və Vikikitaba uyğun olmayan bu kimi səhifələrin hamısı silinəcək. Yox əgər qaydaları pozaraq inadınıza davam etsəniz Metada az.wikibooks.org saytının bağlanması ilə əlaqədar iddia qaldırıla bilər. Nəticədə layihə inkubatora göndərilə bilər. Orada isə artıq idarəçilər tamamilə başqaları olacaq. Hesab edirəm ki, mövzu ilə bağlı kifayət qədər dolğun məlumat verdim. --►Safir yüzüklü Ceklimesaj 11:51, 27 oktyabr 2011 (UTC)
Etibarlı mənbə kimi armeniyapediya göstərən tr.viki və onun layihələrini mənə misal göstərməyin!!! Onlar getsinlər armeniyapediyanı mənbələrdən çıxarsınlar! --Irada 12:00, 27 oktyabr 2011 (UTC)
İrada sen sanki Azerbaycan VikiKitabın değişmez yöneticisi misin? Bu davranışlarınla bir sonraki seçimde yönetici seçilemeyebilirsin ve o zaman burada yer verdiğin VikiKitabın kurallarına uymayan bütün maddeler teker teker silinebilir. --85.97.166.53 19:25, 30 oktyabr 2011 (UTC)
Sən öz nikinlə nədən yazmırsan? Bu cür aqressivliyin davam edərsə mən Viki prinsiplərinə uyğun olaraq səninlə rəftar edəcəm! --Irada 08:19, 31 oktyabr 2011 (UTC)