Kompüter/Kompüterlərin sistem və tətbiqi proqram təminatı
←Kompüterin struktur sxemi və tərkibi | Kompüter |
Kompüterdən istifadə→ |
Fərdi kompyuterin proqram təminatı – təlimatlar yığımından ibarət olub, kompyuteri idarə edir və onun köməyi ilə lazım olan məsələni həll edir. Proqram təminatı iki hissəyə bölünür: ümumi və tətbiqi.
Ümumi proqram təminatı hesablama sisteminin resurslarının düzgün bölünməsini və istifadə edilməsini təmin edir.
Tətbiqi proqram təminatı özündə istifadəçinin tətbiqi programlar paketini birləşdirir. Bu proqramlar paketində istifadəçinin konkret məsələsini həll edə biləcək proqramlar olur. Proqram təminatının təsnifatı şəkil 2-də (?) göstərilmişdir. Ümumi proqram təminatının tərkibinə aşağıdakı proqramlar daxildir.
- əməliyyat sistemi;
- proqramlaşdırma dilləri;
- texniki xidmət proqramları.
Əməliyyat sistemi hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasıni təmin edən proqramlar toplusundan ibarətdir. Kompyuter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompyuterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir. Kompyuterlərdə bir neçə tip əməliyyat sistemlərindən istifadə edirlər: MS DOS, OS/2, Windows 9x, Unix və s. Fərdi kompyuterlərdə əsasən Windows 9x (1995-ci ildə yaradimışdır) əməliyyat sistemi proqram təminatından geniş istifadə olunur. Windows 9x çoxməsələli əməliyyat sistem olub, qrafiki pəncərə istifadəci interfeysinə malikdir.
Proqramlaşdırma dilləri proqram modullarından ibarət olub, məsələnin həll mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dilləri iki hissəyə bölünür: aşağı səviyyəli dillər (Assembler, Avtokod və s.), yüksək səviyyəli dillər (Fortran, Alqol, Kobol, Basic, Pascal, Ci və s.). Aşağı səviyyəli proqramlaşdırma dillərində hər operatora bir maşın əmri uyğun gəlir. Bu dildə yazılan proqram az yer tutur və tez yerinə yetirilir. Aşağı səviyyəli dillərdən sistem proqramçılar istifadə edir. Yuxarı səviyyəli proqramlaşdırma dillərində hər operator bir neçə maşın əmri ilə əvəz edilə bilər, bu isə yaddaşda çox yer tutur. Yüksək səviyyəli dillərdən isə tətbiqi proqramçılar istifadə edir.
Tətbiqi proqram paketi (TPP) – istifadəçinin müəyyən sinif məsələlərini həll etmək üçündür. Bu proqram paketləri istifadəçinin aşağıda göstərilən işlərini yerinə yetirir:
- mətinlərin emalı (Lexicon, ChiWriter, Word və s.)
- elektron cədvəllərin emalı (Excel, Lotus və s.)
- verilənlər bazasının idarəsi (Fox Pro, Paradox, Access və s.)
- kommunikasiya (Internet Explorer, Netscape Communicator)
Texniki xidmət proqramları kompyuterlərin işləmə vəziyyətini yoxlamaq üçündür. Bu proqramlar (Norton Utilites, PC Tool Deluxe və s.) kompyuterin ayrı-ayrı qurğularının normal fəaliyyətinin yoxlanmasını həyata keçirir.