Məzmuna keç

Kosmetika/Çiyələk lasyonu

Vikikitab, açıq dünya üçün açıq kitablar

Keçmişdə Azərbaycanda çiyələyi dərini cavanlaşdırmaq məqsədilə istifadə edirdilər.

Müasir mütəxəssislər belə bir resepti məsləhət görürlər:

  • 25 q yetişmiş təzə tər çiyələyi əzirlər və nazik parçadan süzürlər,
  • bir çimdik soda,
  • bir neçə damcı spirt əlavə edərək yaxşıca qarışdırırlar,
  • 1/4 stəkan süd əlavə edirlər.

Soyuducuda bu lasyonu xeyli vaxt saxlamaq olar. Heç olmasa gündə bir dəfə üzə sürtmək məsləhət görülür, 10 dəqiqədən sonra ev temperaturunda olan su ilə yumaq lazımdır.

Həmçinin bax

[redaktə]