Məzmuna keç

Kosmetika/Xiyar maskaları

Vikikitab, açıq dünya üçün açıq kitablar


Xiyardan Koreya maskası

[redaktə]

Nəmliyini itirmiş və həssas dəri üçün məsləhətdir. Bu maskadan çox vaxt Koreyada SPA zamanı istifadə edirlər. Maska dərini yaxşı yumşaldır və sakitləşdirir. Demək olar ki, hamıya uyğundur.

Tərkibi:

  • 1 xörək qaşığı badam yağı (apteklərdə satılır)
  • 1 xörək qaşığı bal
  • 1 xörək qaşığı təzə xiyarın ətli hissəsi

Əvvəlcədən təmizlənmiş sifətinə yağı, balı və xiyarı növbə ilə lay-lay sürtmək lazımdır. 10-15 dəqiqə saxlandıqdan sonra silinir.