Məzmuna keç

Lətifələr/Müxtəlif

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Lətifələr

../

Siyavuş Novruzovla Mübariz Qurbanlı Kanar adalarında istirahət edirlər. Çimərliyə getməyə hazırlaşan Siyavuş müəllim:

- Mübariz, görəsən çimərliyə nə geyinsəm hamının diqqətini cəlb edərəm?

Mübariz müəllim soyuqqanlılıqla:

- Ayağına xizək geyin, nəinki çimərlikdəkilər, hətta oteldəkilər də gəlib sənə baxacaqlar.

Mənbə: GÜNÜN LƏTİFƏSİ 2011-04-08 07:17:44

Təzə götürdüyü şagirdi ustasına deyir:

- Usta, ehtiyatlı olun, dəzgah təhlükəlidir!

-Uşaq, sən kimi öyrədirsən? Mən təhlükəsizlik texnikasını üç barmağım kimi bilirəm.

Mənbə: GÜNÜN LƏTİFƏSİ 2011-04-07 05:27:43

Yaponlar yeni robort kompyuter istehsal etdiklərini bildirirlər və elan edirlər ki, bu kompyuter bütün suallara cavab verir. "Ədalət"in əməkdaşları Şamxal Şəbiyev və Vüsal Məmmədli kompyuteri imtahan etmək istəyirlər.

- Nə var, nə yox?

Bir qədər keçmiş kompyuter tüstülənir. İxtiraçı mühəndis tez özünü yetirib təəccüblə kompyuterə və Şamxala baxır. Onun verdiyi sualı eşidib robotu götürüb sakitcə gedir. Vüsal heyrət içində Şamxaldan soruşur:

- Ə qaqa, sən ondan nə soruşdun ki, tüstüləndi?

- Heç nə, dedim nə var, nə yox tüstüləndi. Cavab versəydi soruşacağdım ki, daha nə var, nə yox.

Mənbə: GÜNÜN LƏTİFƏSİ 2011-04-06 06:49:13

Bir qadın qonşusuna deyir:

- Necə olur ey, mən həmişə paltar yuyanda yağış yağır, sən yuyanda günəş çıxır?

Qonşu qadın deyir:

- Ay axmaq, səhər duranda ərinə bax, sağ böyrü üstə yatıbsa deməli, yağış yağacaq, paltar yuma. Sol böyrü üstə yatıbsa, deməli, gün çıxacaq, paltarını yu.

- Bəlkə ərim oyaqdı?

- Ay axmaq, adam da oyaq kişini qoyub paltar yuyar?

Mənbə: GÜNÜN LƏTİFƏSİ 2011-04-05 08:04:28

Mənbə: GÜNÜN LƏTİFƏSİ 2011-04-08 07:17:44

Mənbə: GÜNÜN LƏTİFƏSİ 2011-04-08 07:17:44

Mənbə: GÜNÜN LƏTİFƏSİ 2011-04-08 07:17:44


Günlərin bir günü üç dost qatar stansiyasına yanaşırlar.Qatarın qalxmasına yarım saat qaldığını bilib oturub bir az yemək yeməyi qərar alırlar.Bunlar şirin-şirin yemək yeyərkən , birdən qatar yola düşür.Bu üç dost təlaşa düşür.Biri şotu verir,biri isə çantaları yığır.Bundan sonra bunlar başlayırlar qatarın arxasınca qaçmaya.Bunlardan biri gücnən də olsa qatara çıxmağı bacarır.Digər ikisi isə qaçmağı dəvam etdirirlər.Sonra bunlardan biri də qatara çıxmağı bacarır.Axırda tək qalan dost bir az qaçdıqdan sonra yerə sərilib gülməyə başlayır.Qıraqdan bunu görən biri buna yaxınlaşıb soruşur:
-Ay qardaş!!!Sənin dostların qaçıb qatara çatdılar.Amma sən çata bilmədiyin az deyilmiş kimi,bir də uzanıb qəh-qəh çəkib gülürsən.Bunun səbəbi nədir?
Dost deyir:Onlar məni ötürməyi gəlmişdilər ona görə.:):):)


Mənbə: Üç dost