Legends of Runeterra/Oyunu oynamaq
Görünüş
←../ | Legends of Runeterra |
../→ |
Dəstə
[redaktə]Oyunçular bir-birinə qarşı qabaqcadan hazırladıqları dəstə ilə oynayırlar. Bir dəstə 40 kartdan ibarət olmalıdır. Dəstəyə istənilən kartlar qoyula bilsə də, bəzi dəstə qurma qaydaları mövcuddur: kartlar ancaq oyundakı 2 regiona aid ola bilər; bir kartın maksimum 3 nüsxəsi qoyula bilər; dəstədə maksimum 6 çempion kartı ola bilər. Bəzi hallarda, məsələn, Runeterra çempionları üçün xüsusi dəstə qurma qaydaları mövcuddur.