Linux/Distributivlər

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
../ Linux

../

Distributivlər[redaktə]

Distributiv nədir?[redaktə]

Qeyd etdiyimiz kimi Linux dedikdə Linuxun nüvəsi(kernel) nəzərdə tutulur. Funksional əməliyyat sistemi kimi işlədilən isə distributivdir.

Distributiv nüvə və nüvənin ətrafında yığılan proqram təminatlarıdır. Bu proqram təminatlarına GNOME, KDE iş masaları, OpenOffice ofis paketi, Mozilla FireFox, Thunderbird və s. misallar göstərmək olar. Bunlar hamısı birlikdə istifadəçiyə rahat imkan yaradır. Bunlar bir yerdə distributiv adlanır.

Hal hazırda mövcud distributivlər[redaktə]

Dediyimiz kimi distributivləri şirkətlər, qruplar, fondlar və hətta şəxslər özləri yaradırlar. Stabilliyinə və funksionallığına görə aşağıdakı məşhur distributivlər haqqında danışacağıq.

Fedora Core[redaktə]

Fedora Core Fedora layihəsinin əsasını təşkil edir. Fedora Core bir çox distributivlər kimi pulsuzdur və kodları açıqdır. Fedora Core distributivi Red Hat şirkəti tərəfindən yaradılıb.

RedHat 9.0 versiyasından sonra RedHat şirkəti öz distributivlərini iki varianta ayırdı. Birinci varianta komersial digər varianta isə qeyri-komersial distributivi saldı.

RedHat şirkətinin qeyri-komersial layihəsi Fedora Core oldu. Fedora Core həm fərdi kompüterlər üçün həm də serverlər üçün münasibdir. İstifadəsi çox rahatdır. Sistemi qurmaq üçün Anaconda sistemi istifadə olunur. Bu da istifadəçi üçün rahatlıq yaradır.

Sistemi DVD və ya CD-lər şəklində http://fedora.redhat.com saytından yükləyə bilərsiniz.

Gentoo[redaktə]

Gentoo distributivi çox sürətli və təmamilə pulsuz Linuks distributividir. Əsasən Gentoo mütəxəssis və proqramçılar tərəfindən işlənilir və o sektora yönəldilib. Başqa distributivlərdən fərqli olaraq, Gentoo Linuks "Portage" paket sistemini işlədir. Bu BSD sistemlərində port sisteminə oxşayır, amma onlardan fərqli olaraq Python dilində yazılıb və bir neçə üstünlükləri var: asılıların tapması, təhlükəsiz paket ayırması, sistem profaylları, virtual paketlər, və s.

Rəsmi saytı: www.gentoo.org

Ubuntu[redaktə]

Ubuntu sözü qədim Afrika sözüdür və mənası "başqalarına qarşı humanizm" mənasını əks etdirir.

Ubuntu distributivi Debian distributivi üzərində qurulmuş bir distributivdir. Həm adi istifadə üçün həm də serverlər üçün versiyaları vardır.

Ubuntu sistemi 1 CD-də yayımlanır. İnstalyasiya və LiveCD birlikdə. CD-ni taxıb kompüteri CD-ROMdan yükləyib Siz tam işə hazır sistemlə qarşılaşacaqsız, və sərt diskdən yani sistemə heç bir zərər vermədən işləyəcək. "Espresso"-nun köməkliyi ilə, Siz Ubuntunu asanlıqla kompyuterivizə yükləyə bilərsiz. Mozilla Firefox brauzerində xəbərləri oxuyub, e-poçtu yoxlayarkən, sistemi install edə bilərsiz, sonra CDsiz tam sürətlə işləyən sistemlə işləyəsiz.

Ubuntu Linuxun CDlərini www.ubuntu.com saytından yükləyə bilərsiniz. Əgər istəsəniz həmin saytdan sifariş verə bilərsiniz. Sifariş verdikdə Ubuntunun diskləri evinizə pulsuz gətiriləcək.

Kubuntu[redaktə]

Kubuntu.png

Kubuntu bir Ubuntu distributividir. Yeganə fərq ondan ibarətdir ki, Ubuntuda əsas masaüstü GNOME, Kubuntuda isə KDEdir. Onu həmçinin pulsuz yükləyib və ya sifariş etmək olar:

www.kubuntu.org

SUSE Linux[redaktə]

Mandriva[redaktə]

Mepis[redaktə]

Debian GNU/Linux[redaktə]

Debian.jpg Rəsmi saytı www.debian.org

PCLinuxOS[redaktə]

Slackware[redaktə]

Slack.png

Vector Linux[redaktə]

Distributivlərin siyahısı bununla bitmir. Bunlardan onlarla distributivlər mövcuddur.