Linux/Giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
Linux

Linux, çox populyar, sərbəst paylanan əməliyyat sistemidir.

Linux nüvəsinin(kernel) yaradıcısı, Linus Torvalds, 28 Dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, 10 yaşında ikən babası ona Commodore VIC-20 kompyuterini almış və Linus da bu kompyuterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompyuterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Linus Torvalds Helsinki universitetinin kompyuter elmi ixtisasına girdiyi zaman isə artıq bacarıqlı bir proqramçı idi.

1991 ilində, CUnix dərsləri aldığı vaxt özünə fərdi kompyuter aldı. Kompyuterlə bərabər gələn əməliyyat sistemini bəyənmədiyi üçün öz əməliyyat sistemini yazmağa qərar verən Linus, o vaxtı bir Hollandiyalı professor tərəfindən yazılan və mənbələri açıq olan MINIX əməliyyat sistemi ilə maraqlanmağa başladı. Beləliklə Linus MINIX-in əsasında daha imkanlı bir əməliyyat sistemi yaratdı. Linus və MİNİX kəlmələrinin birləşməsindən Linux sözü əmələ gəldi.

Linus Torvalds öz əməliyyat sistemində GNUnun yaradıcısı olan Richard Stallmanın da əməyinin keçdiyini söyləyir, ona görə ki Linux-un yaradılmasında GNU layihəsi tərəfindən yazılan proqram hissələri istifadə edilmişdi. www.compuser.info