Lokal şəbəkələr/Lokal şəbəkələrdə istifadə olunan kabellər
Lokal şəbəkələr |
Lokal şəbəkələrdə aşağıdakı tip kabellər istifadə olunur:
Koaksial kabellər
Burulmuş cütlü kabellər Bu kabellər kompyuter şəbəkələrində istifadə olunan ən ucuz kabellərdir.
Optik kabellər Optik kabellər vasitəsilə informasiyanın ötürülməsi üçün nazik şüşə tellərdən istifadə olunur. İnformasiya işıq dalğaları şəklində ötürülür. Optik kabellər səs və verilənlərin ötürülməsi üçün ideal kabellərdir, ancaq kifayət qədər bahalıdır, quraşdırılması çətindir. İşıq dalğalarını elektrik dalğalarına və əksinə çevirmək üçün mürəkkəb qurğudan istifadə olunur. Əsasən informasiyanın uzaq məsafəyə və geniş diapazonda ötürülməsi lazım olan yerlərdə istifadə olunur. Kənar əngəllərin təsiri praktiki olaraq yoxdur. Məlumatın yayılması sürəti saniyədə bir neçə geqabitlə (Gbit) ölçülür. Məlumat 50 km məsafəyə gücləndirilmədən ötürülə bilir. Bu tip kabellər Ethernet 100 BASE-F şəbəkələrində istifadə olunur.